Dini-mənəvi həmrəylik və Türk dünyasının ortaq dəyərləri
21.09.2026 [13:20]
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycanın zəngin dini-mənəvi irsi, multikultural dəyərlərə sadiqliyi və Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət ölkəmizin beynəlxalq nüfuzunun mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Görüşdə ortaq dini-mənəvi dəyərlərin qorunması, qardaş xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi və tarixi irsin beynəlxalq miqyasda təbliği məsələləri ön plana çıxıb. Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının VII toplantısının və Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi Azərbaycanın mənəvi irsinə göstərilən diqqətin mühüm nümunəsidir. XV əsrin görkəmli Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuvinin elmi-fəlsəfi irsinin müxtəlif ölkələrdən gəlmiş din xadimləri və alimlər tərəfindən müzakirəsi onun ümumbəşəri əhəmiyyətini bir daha gündəmə gətirir.
Prezident İlham Əliyevin çıxışında əksini tapan əsas məqamlardan biri Türk dünyasında dini-mənəvi həmrəyliyin gücləndirilməsinin vacibliyidir. Ortaq tarixi köklər, mədəni yaxınlıq və dini dəyərlər xalqlarımız arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edən mühüm amillərdir. Bu baxımdan, dini rəhbərlərin mütəmadi görüşləri yalnız dini qurumlar arasında əməkdaşlıq deyil, həm də cəmiyyətlər arasında anlaşma və dostluq münasibətlərinin inkişafı üçün əhəmiyyətlidir. Görüşdə Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquşun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırması, Azərbaycan xalqına və dövlətinə birlik və həmrəylik arzularını ifadə etməsi iki qardaş ölkə arasındakı münasibətlərin mənəvi müstəvidə də möhkəm əsaslara söykəndiyini göstərir. Əl-Əzhər Əş-Şərifin Böyük İmamı Şeyx Əhməd ət-Tayyibin Seyid Yəhya Bakuvi irsinə verdiyi yüksək qiymətin vurğulanması isə Azərbaycan mütəfəkkirinin İslam dünyasının elmi və mənəvi mühitində də diqqət mərkəzində olduğunu təsdiqləyir. Müasir dövrdə dini ayrı-seçkiliyin və qarşıdurmaların qarşısının alınması, tolerantlığın və qarşılıqlı hörmətin təşviqi baxımından bu cür beynəlxalq təmasların əhəmiyyəti daha da artır.
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52

