Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma istiqamətində verilən mesajlar

Sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma istiqamətində verilən mesajlar

21.09.2026 [13:19]

Elməddin Abbasov

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Prezident cənab İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Prezident cənab İlham Əliyev Azərbaycanın həm Türk dünyasının, həm Qafqazın, həm də İslam aləminin bir hissəsi olduğunu vurğulayıb. Onun çıxışında Azərbaycanın bu coğrafiyalar arasında əlaqələndirici roluna xüsusi diqqət yetirilib. Dini liderlərin sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma istiqamətində verdiyi mesajların müsəlman cəmiyyətləri üçün əhəmiyyətli olduğu qeyd olunub. Prezident belə görüşlərin mütəmadi keçirilməsini də təklif edib. Prezident İlham Əliyev vurğulayıb ki, TDT məkanının qərbində və şərqində təşkilatın nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və ümumi təhlükəsizlik məsələlərində oynadığı rol böyük maraqla izlənilir.

Azərbaycan bu baxımdan xüsusi coğrafi mövqeyə malikdir. Ölkəmiz həm enerji resurslarının dünya bazarlarına çatdırılmasında, həm də Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Xəzər vasitəsilə beynəlxalq bazarlara çıxarılmasında mühüm tranzit imkanlarına sahibdir.

Prezidentin çıxışının geniş hissəsi Qarabağ məsələsinə həsr olunub. O, 30 illik işğal dövründə Azərbaycan ərazilərində baş vermiş dağıntılardan, məcburi köçkünlükdən və dini-mədəni abidələrin məhv edilməsindən danışıb. İlham Əliyev Qarabağ məsələsini yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində deyil, eyni zamanda beynəlxalq hüquq və ədalət məsələsi kimi təqdim edib. Xüsusilə məscidlərin dağıdılması və dini irsə vurulan zərər dini liderlərdən ibarət auditoriya qarşısında ayrıca vurğulanıb.

Paylaş:
Baxılıb: 111 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30