Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türk Dövlətləri Təşkilatına üzv ölkələr geniş coğrafiyada yerləşir

Türk Dövlətləri Təşkilatına üzv ölkələr geniş coğrafiyada yerləşir

21.09.2026 [13:17]

Elmin Məmmədov

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuraları arasında əməkdaşlıq Türk dünyasının inteqrasiya prosesinin sadəcə siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmadığının, həm də uzunmüddətli strateji xarakter daşıdığının göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Prezident cənab İlham Əliyev qeyd edib ki, TDT artıq yalnız türk dövlətləri arasında əməkdaşlıq platforması deyil, beynəlxalq gündəliyin mühüm məsələlərinin müzakirə edildiyi və müxtəlif istiqamətlərdə qarşılıqlı fəaliyyətin inkişaf etdirildiyi nüfuzlu təşkilata çevrilir. Təhlükəsizlik, enerji, nəqliyyat, ticarət, humanitar əməkdaşlıq və multikulturalizm kimi məsələlər təşkilatın gündəliyində mühüm yer tutur.

Türk Dövlətləri Təşkilatına üzv ölkələr geniş coğrafiyada yerləşir və böyük təbii, iqtisadi, demoqrafik və geosiyasi potensiala malikdir. Bu ölkələrin ərazisindən mühüm enerji və nəqliyyat dəhlizləri keçir.

Cənab Prezident İlham Əliyev vurğulayıb ki, TDT məkanının qərbində və şərqində təşkilatın nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və ümumi təhlükəsizlik məsələlərində oynadığı rol böyük maraqla izlənilir.

Azərbaycan bu baxımdan xüsusi coğrafi mövqeyə malikdir. Ölkəmiz həm enerji resurslarının dünya bazarlarına çatdırılmasında, həm də Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Xəzər vasitəsilə beynəlxalq bazarlara çıxarılmasında mühüm tranzit imkanlarına sahibdir.

Bu potensialın düzgün qiymətləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi Türk dövlətləri arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə imkan yaradır.

Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. Üzv ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri bunun parlaq göstəricisidir. Azərbaycan Türkiyə ilə yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə də müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Ölkəmiz Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, bizim əsas xarici siyasət prioritetimizdir. Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin istər ikitərəfli, istərsə də təşkilat daxilində əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı üçün geniş imkanlar mövcuddur.

Paylaş:
Baxılıb: 64 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30