Tarixi Zəfərdən Böyük Qayıdışa
16.09.2026 [16:29]
20 sentyabr Azərbaycan tarixində dövlətçilik və milli yaddaş baxımından xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin həyatında yeni mərhələnin başlanmasını ifadə etməklə yanaşı, Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə bağlı mühüm tarixi hadisələri özündə əks etdirir.
Bu şəhərlərin hər biri Qarabağın tarixində özünəməxsus yerə malikdir. Uzun illər davam edən işğal nəticəsində bu ərazilərdə həyatın normal axarı pozulmuş, yaşayış məntəqələri dağıdılmış, insanlar doğma yurdlarından didərgin salınmışdır. Xüsusilə Xocalı faciəsi xalqımızın yaddaşında silinməz iz buraxıb. Bu ağrılı hadisə illər ərzində hər bir azərbaycanlının qəlbində yaşayıb.
2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər Qarabağın taleyində yeni səhifə açdı. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı və dövlətimizin qətiyyətli siyasəti nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu.
20 sentyabr məhz bu baxımdan xüsusi məna daşıyır. Bu tarix Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi yeni inkişaf mərhələsinə qədəm qoymasını simvolizə edir. Bu gün həmin ərazilərdə bərpa və quruculuq işləri geniş vüsət alıb, yeni infrastruktur yaradılır, insanların doğma torpaqlarına qayıdışı təmin olunur.
Qarabağda həyata keçirilən Böyük Qayıdış prosesi yalnız şəhər və kəndlərin yenidən qurulması deyil, uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların həyatlarının yenidən canlandırılmasıdır. İnsanların öz evlərinə, doğulduqları torpaqlara qayıtması bu prosesin ən böyük mənəvi nəticəsidir. Xocalıda, eləcə də Qarabağın digər yaşayış məntəqələrində həyatın yenidən bərpa olunması gələcəyə olan inamı daha da gücləndirir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin gələcək inkişafı Qarabağın ümumi dirçəliş prosesinin mühüm istiqamətlərindən biridir. Bu şəhərlərin müasir standartlara uyğun şəkildə yenidən qurulması, sosial və iqtisadi imkanlarının genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Qarabağda yaradılan yeni infrastruktur və həyata keçirilən layihələr bu ərazilərin ölkənin inkişafında mühüm rol oynayacağına əsas verir.
20 sentyabr həm də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdiyimiz gündür. Bu gün əldə olunan tarixi nəticələrin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və Azərbaycan Ordusunun qəhrəmanlığı dayanır. Onların göstərdiyi şücaət gələcək nəsillər üçün daim örnək olacaq.
Bu baxımdan 20 sentyabr keçmişi xatırlamaqla yanaşı, gələcəyə baxmaq üçün də əlamətdar gündür. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bu gün Azərbaycanın suverenliyinin, Qarabağda qurulan yeni həyatın və Böyük Qayıdışın rəmzlərindən birinə çevrilir.
Bu şəhərlərin günü xalqımızın yaddaşında mühüm bir tarix kimi yaşayacaq. Çünki 20 sentyabr Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etməsi, Qarabağda yeni həyatın başlanması və gələcəyə inamla addımlanması baxımından xüsusi əhəmiyyət daşıyır.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45

