/ / Bu səfərlər ölkəmizin ərazi bütövlüyünün bütün dövlətlər tərəfindən tanındığını və dəstəkləndiyini göstərir
Bu səfərlər ölkəmizin ərazi bütövlüyünün bütün dövlətlər tərəfindən tanındığını və dəstəkləndiyini göstərir
16.09.2026 [14:41]
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq aləm tərəfindən qəbul edildiyini bir daha dünyaya nümayiş etdirdi. Lakin bu səfərlə bağlı Ermənistan cəmiyyətinin bəzi nümayəndələrinin və mediasının aqressiv reaksiyaları bu ölkədə hələ də xəstə və revanşist təfəkkürlə yaşayanların olmasından xəbər verir.
Qeyd edək ki, erməni cəmiyyətinin sərgilədiyi aqressiv reaksiya illərdir davam edən şüurlu tarix saxtakarlığının və rasist düşüncə tərzinin təzahürüdür. Ermənistan Gəncəsər və Xudavəng kimi qədim alban dini-memarlıq abidələrini öz irsi kimi qələmə verməyə və mənimsəməyə çalışdığı halda, öz ərazisində əsrlər boyu mövcud olmuş zəngin Azərbaycan tarixi-mədəni irsini tamamilə görməzdən gəlir və inkar edir. Azərbaycan torpaqlarında tarixən guya yalnız ermənilərin məskunlaşdığı nağılını uyduran, lakin müasir Ermənistan ərazisində azərbaycanlıların tarix boyu yaratdığı maddi-mədəni irsi, yaşayış məskənlərini yox sayan bu xəstə təfəkkür kökündən ksenofob xarakter daşıyır.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın tarixi coğrafiyasında silinməz izlər qoymuş Qafqaz Albaniyası irsinə qarşı Ermənistandakı inkarçı reaksiya birbaşa ideoloji irqçilik nümunəsidir. Qafqaz Albaniyasının bu torpaqlardakı tarixi mövcudluğu, onun zəngin memarlığı beynəlxalq tədqiqatçılar tərəfindən təkzibedilməz faktlarla sübuta yetirilib. Ermənistan cəmiyyətində bəzi dairələrin bu tarixi həqiqətləri qəbul edə bilməməsi, elmi faktlara göz yumması isə onların saxtakarlığını göstərir.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yaratdığı yeni reallıqların dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi rəsmi Bakının qlobal miqyasda qazandığı böyük siyasi-diplomatik nailiyyətdir. Ölkəmizin yaratdığı yeni reallıqlar regionda sülh və əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırmaqla yanaşı, heç bir qüvvənin bu reallıqları dəyişdirə bilməyəcəyini də aydın şəkildə göstərir. Ermənistan isə nə qədər tez xəstə və revanşist təfəkkürdən əl çəkib yeni reallıqları qəbul edərsə, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunmasına bir o qədər real töhfə verə bilər.
Anar Süleymanov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45

