20 Sentyabr – Zəfərimizin və Suverenliyimizin rəmzi
16.09.2026 [13:26]
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etməklə dövlət suverenliyini bərpa etdi, çünki suverenlik hakimiyyətin ali xüsusiyyətini ifadə edir, sovetlər dövründə isə hakimiyyət ali xüsusiyyətdən məhrum idi. Suverenlik dövlətin mövcudluğunun hüquqi əsası və onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərti kimi çıxış edir. Başqa cür desək, dövləti təşkil edən ərazi, əhali və siyasi hakimiyyət kimi obyektiv amillər hüquqi müstəvidə nəzərə alınır. Lakin bu atributları özündə ehtiva edən hər-hansı siyasi varlığın dövlət qurması üçün mütləq şəkildə suverenlik xüsusiyyətinə malik olması qaçılmaz şərtdir.
Azərbaycan xalqı uzun illər ərzində öz ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunacağı günü böyük inamla gözləyib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Bununla da Azərbaycan öz ərazisində dövlət hakimiyyətinin tam təmin olunmasına nail oldu və uzun illər davam edən separatizmə son qoyuldu.
20 sentyabr Azərbaycan tarixinin ən mühüm və qürurverici səhifələrindən birini təşkil edən əlamətdar gündür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə məhz bu günün Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi xalqımızın milli iradəsinin, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün bərpasının tarixi əhəmiyyətini bir daha nümayiş etdirir.
Dövlət suverenliyi yalnız ərazi üzərində hakimiyyət anlayışı ilə məhdudlaşmır. Suverenlik hər bir dövlətin öz siyasi, iqtisadi və sosial inkişaf istiqamətlərini müstəqil şəkildə müəyyənləşdirmək hüququdur. Azərbaycan bu gün müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən və beynəlxalq münasibətlər sistemində öz mövqeyini getdikcə möhkəmləndirən dövlət kimi çıxış edir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasətin mühüm nəticələrindən biridir. Bu tarixi nailiyyət Azərbaycan Ordusunun gücünü, xalqımızın həmrəyliyini və dövlətimizin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu Zəfərin əldə olunmasında Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir. Torpaqlarımızın azadlığı uğrunda döyüşən qazilərimizin qəhrəmanlığı isə xalqımızın yaddaşında əbədi yaşayacaq.
Suverenliyin tam bərpası işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq və bərpa prosesinin də yeni mərhələyə keçməsinə imkan yaradıb. Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Bu proses Azərbaycanın öz ərazi bütövlüyünü yalnız hərbi-siyasi müstəvidə deyil, həm də sosial-iqtisadi və humanitar istiqamətlərdə möhkəmləndirdiyini göstərir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının milli qürurunu daha da gücləndirən mühüm tarixdir. Bu gün biz müstəqilliyimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin qorunmasının nə qədər böyük dəyər olduğunu bir daha dərk edirik. Dövlət Suverenliyi Günü gələcək nəsillərə də mühüm mesaj verir: Azərbaycan xalqının birliyi, dövlətimizin gücü və milli iradəmiz ölkəmizin müstəqil inkişafının əsas təminatıdır. Bu əzəmətli tarix xalqımızın Zəfər salnaməsinin ayrılmaz hissəsi olaraq daim yaşayacaq.
Araz Xudadanov
YAP Sabunçu rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 19:17
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55

