Partiyamızın hədəfləri xalqın milli məqsədlərini əks etdirir
11.09.2026 [15:01]
Sentyabrın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının X konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Azərbaycanın davamlı inkişafında Yeni Azərbaycan Partiyasının özünəməxsus rolu var. A.Xudadanovun sözlərinə görə, 2021-ci il martın 5-də keçirilən VII qurultay partiyanın müasir çağırışlara uyğun olaraq fəaliyyətinin gücləndirilməsi baxımından mühüm mərhələ olub. “YAP Sabunçu rayon təşkilatının fəaliyyəti də məqsədyönlü şəkildə təşkil edilib” - deyən məruzəçi əlavə edib ki, hesabat dövründə təşkilati işin daha da təkmilləşdirilməsi, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, siyasi maarifləndirmə və ideoloji işin səmərəli təşkili əsas istiqamətlərdən olub.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması xalqımızın milli iradəsinin, dövlətçilik ənənələrinə sədaqətinin və Azərbaycanın parlaq gələcəyinə inamının ifadəsi idi. Onun sözlərinə görə, qısa müddət ərzində geniş xalq dəstəyi qazanan partiya ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilib. A.Vəliyev, həmçinin Sabunçu rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri və bu prosesdə partiya üzvlərinin fəal iştirakı barədə fikirlərini bildirib.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxışında qeyd edib ki, şərəfli yol keçən Yeni Azərbaycan Partiyası çoxsaylı tarixi uğurlar əldə edib. O bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan davamlı inkişaf yolunda inamla irəliləyir. Ə.Muradov YAP Sabunçu rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirərək təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov Yeni Azərbaycan Partiyasının qazandığı uğurlarla yanaşı, qarşıda dayanan vəzifələrdən də bəhs edib. O bildirib ki, YAP Sabunçu rayon təşkilatı qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirib.
“Sülh küçəsi 32” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Mehriban Hacıyeva, “S.Hüseyn küçəsi 1” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Kərim Aşurov və partiya fəalı Zeynəb Vəlizadə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini təmin etmiş güclü dövlət kimi çıxış etdiyini diqqətə çatdırıblar. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.
Konfransda YAP Sabunçu rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxİdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52

