Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları milli sərvətimizdir
09.09.2026 [16:11]
Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev hesabat məruzəsi ilə çıxış edib. Qeyd edilib ki, ötən dövrdə rayon təşkilatı fəaliyyətini YAP-ın Proqram və Nizamnaməsinə, Mərkəzi Aparatın tapşırıq və tövsiyələrinə uyğun qurub. Təşkilati işin daha da təkmilləşdirilməsi, partiya sıralarının genişləndirilməsi, ideoloji-siyasi maarifləndirmə, şəhid ailələri və qazilərlə iş, müharibə veteranlarına diqqət, gənclərin və qadınların ictimai-siyasi fəallığının artırılması əsas istiqamətlər olub.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib ki, rayon təşkilatı müxtəlif dövrlərdə qarşıya qoyulan vəzifələrin icrasını layiqincə təmin edib, rayonun ictimai-siyasi həyatında fəal iştirak edib və partiyanın ideoloji prinsiplərinin təbliğinə mühüm töhfələr verib. Mirhəsən Seyidov təşkilatın bundan sonra da siyasi xəttə uyğun olaraq fəaliyyətini uğurla davam etdirəcəyinə əminliyini ifadə edib.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu bildirib ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında formalaşıb və ötən dövr ərzində şərəfli yol keçib. Deputatın fikrincə, Heydər Əliyev ideyaları milli sərvətimizdir. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi nailiyyətlər əldə edib, Vətən müharibəsində qazanılan Zəfər, eləcə də ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpası xalq-iqtidar birliyinin gücünü bir daha nümayiş etdirib. Deputat vurğulayıb ki, yerli təşkilatlar partiyanın cəmiyyətlə əlaqələrinin möhkəmləndirilməsində, üzvlərlə işin təşkilində və partiyanın ideoloji prinsiplərinin təbliğində mühüm rol oynayır.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov çıxışında Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra həyata keçirilən tədbirlərdən və qarşıda duran əsas vəzifələrdən danışıb. O bildirib ki, YAP Neftçala rayon təşkilatı hesabat dövründə təşkilati işin təkmilləşdirilməsi, ideoloji fəaliyyətin gücləndirilməsi və ictimai fəallığın artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirib.
Partiya veteranı Valeh Tağıyev, “Neftçala şəhər-1” ərazi partiya təşkilatının sədri Vasif Əliyev, partiya fəalı, “Neftçala-Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftalıyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı misilsiz nailiyyətlərdən, xalq-iqtidar birliyi və partiya üzvlərinin dövlətçilik maraqları naminə nümayiş etdirdikləri həmrəylikdən danışıblar.
Konfransda YAP Neftçala rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13

