Çoxşaxəli islahatlar Azərbaycanın yüksəlişinə xidmət edir
09.09.2026 [15:47]
Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının XIII konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, partiyanın VII qurultayından ötən müddət ərzində ərazi partiya təşkilatlarında fəaliyyətin gücləndirilməsi, üzvlərlə işin təkmilləşdirilməsi, partiya sıralarının genişləndirilməsi və ictimai-siyasi tədbirlərin keçirilməsi istiqamətində ardıcıl iş aparılıb. Bildirilib ki, YAP Xəzər rayon təşkilatı bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək üçün fəaliyyətini sistemli şəkildə davam etdirəcək.
N.Əhmədov vurğulayıb ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın hərtərəfli inkişafını təmin edib, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması isə xalqımızın çoxəsrlik tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qalıb. Onun sözlərinə görə, bu gün ölkəmizdə davamlı islahatlar həyata keçirilir və bu, Azərbaycanın yüksəlişinə xidmət edir.
Çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rolundan danışıb. O, YAP Xəzər rayon təşkilatının rayonun ictimai həyatında fəal iştirak etdiyini, həyata keçirilən sosial və ictimai təşəbbüslərin əhəmiyyətini qeyd edib. E.Salahov təşkilatın şəhid ailələri, qazilər və digər həssas sosial qruplarla bağlı gördüyü işlərin təqdirəlayiq olduğunu deyib və qarşıdakı dövrdə də əməkdaşlığın uğurla davam etdirilməsinin vacibliyini vurğulayıb.
YAP İdarə Heyətinin üzvü Rauf Əliyev çıxışında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, Azərbaycanın son illərdə əldə etdiyi mühüm siyasi, iqtisadi və hərbi nailiyyətlərə toxunaraq Vətən müharibəsində qazanılan tarixi Zəfərin və ölkəmizin ərazi bütövlüyünün bərpasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib. R.Əliyev YAP-ın yerli təşkilatlarının qarşısında duran əsas vəzifələrdən, partiya üzvlərinin fəallığının artırılmasının və vətəndaşlarla əlaqələrin daha da gücləndirilməsinin vacibliyindən danışıb.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rəfael Gülməmmədov isə çıxışında yerli təşkilatların partiyanın fəaliyyətində mühüm rol oynadığını qeyd edib. O, ərazi partiya təşkilatlarında işin düzgün və sistemli qurulmasının, partiya üzvləri ilə əlaqələrin möhkəmləndirilməsinin, təşkilati intizamın və hesabatlılığın gücləndirilməsinin vacibliyini bildirib.
Daha sonra Əfqan Əliyev adına 125 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru, Məmməd Səid Ordubadi küçəsi 7 ərazi partiya təşkilatının sədri Zeynəb Əliyeva, Milli Məclis sədrinin birinci müavininin köməkçisi İsgəndər-Zadə Mustafayev çıxış ediblər.
Konfransda təşkilatın hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib və YAP-ın VIII Qurultayına nümayəndələr seçilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56

