Prezident müsahibəsində mühüm məqamlara toxundu
24.08.2026 [14:23]
Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə
verib. Bu müsahibə yalnız iki ölkə arasındakı münasibətləri izah etmirdi, eyni
zamanda Azərbaycan diplomatiyasının məqsədli və strateji yönünü açıq şəkildə ortaya
qoydu. Müsahibədə ölkəmizin başçısı Azərbaycanın regional siyasətini, ikitərəfli
əlaqələrin dərinliyini və mövcudluğunu aydın şəkildə şərh edərək gələcək
əməkdaşlığın dayanıqlı tərəfdaşlıq, qarşılıqlı etimad və bölgədə sülhün
möhkəmlənməsinə xidmət edəcəyini vurğuladı. Eyni zamanda, müsahibə Azərbaycan
liderliyinin həm regional, həm də beynəlxalq səviyyədə nüfuzunu daha da
möhkəmləndirdiyini, Türk dünyası ilə əməkdaşlığın inkişafında önəmli rol oynadığını
və ölkəmizin strateji təşəbbüslərinin uğurla nəticələndiyini nümayiş etdirdi.
Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi,
mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi
Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici
amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl
xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının
rəmzidir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu
iştirakının təmin edilməsi də bu baxımdan tarixi hadisədir. Faktiki olaraq, əvvəlki
“C5” formatının “C6” formatına çevrilməsi Azərbaycanın artıq Mərkəzi Asiya ilə
bağlı proseslərə kənardan baxan ölkə deyil, regional əməkdaşlığın fəal iştirakçısı
olduğunu göstərir. Azərbaycan artıq yalnız regionlar arasında körpü rolunu
oynamaqla kifayətlənmir, həmin regionların siyasi və iqtisadi inteqrasiyasının
iştirakçısına çevrilir. Cənubi Qafqaz, Mərkəzi Asiya və Türk dünyası arasında
yaranan yeni əlaqələr Azərbaycanın geosiyasi çəkisini də artırır.
Müsahibədə Azərbaycanla Özbəkistan arasında dostluq və qardaşlıq əlaqələrinə,
gündən-günə möhkəmlənən və inkişaf edən qarşılıqlı münasibətlərə xüsusi toxunulub.
Bildirilib ki, Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir.
Ölkələrimizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və
mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və
hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlər bu möhkəm
təməl üzərində uğurla inkişaf edir.
Vüqar Musayev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxGündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43

