BSU-da özbək dilinin tədrisinə maraq artır: yeni tədris ili üçün 45 yer proqnozlaşdırılır
23.08.2026 [17:58]
Azərbaycan-Özbəkistan arasında elm, təhsil və mədəni-humanitar əlaqələrin genişlənməsi Bakı Slavyan Universitetində də özünü göstərir. Universitetdə özbək dilinin tədrisinin təşkili, tələbə mübadiləsi və Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlıq istiqamətində bir sıra layihələr həyata keçirilir.
Universitetdən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü ildə Nizami adına Özbəkistan Milli Pedaqoji Universiteti ilə imzalanmış memorandum əsasında Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisinin təşkili ilə bağlı əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Bu çərçivədə 2025-ci ilin sentyabrından BSU-da özbək dilinin tədrisinə başlanılıb.
Hazırda universitetdə regionşünaslıq (Mərkəzi Asiya ölkələri üzrə) ixtisasında özbək dilini öyrənən tələbələrin ümumi sayı 29 nəfərdir. 2025-2026-cı tədris ilində həmin ixtisas üzrə 29 tələbə qəbul olunub. 2026-2027-ci tədris ili üçün isə 45 yerin proqnozlaşdırılması özbək dilinin öyrənilməsinə və Mərkəzi Asiya istiqamətinə marağın artdığını göstərir.
Qeyd olunub ki, BSU ilə Nizami adına Özbəkistan Milli Pedaqoji Universiteti, Səmərqənd Dövlət Xarici Dillər Universiteti və Namangan Dövlət Universiteti arasında Azərbaycan dilinin tədrisi istiqamətində əməkdaşlığın həyata keçirilməsi də nəzərdə tutulur.
Azərbaycan-Özbəkistan arasında akademik mobillik imkanları da genişləndirilir. Hazırda tələbə mobilliyi proqramı çərçivəsində Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetindən 2 tələbə BSU-da təhsil alır. Eyni proqram çərçivəsində BSU-nun 1 tələbəsi Özbəkistanda - Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetində təhsil alır.
Universitetdə Özbəkistanla bağlı elmi və mədəni əlaqələrin inkişafına yönəlmiş tədbirlər də diqqət mərkəzində saxlanılır. Belə ki, sentyabrın 7-dən 13-dək BSU-da Azərbaycanşünaslıq üzrə beynəlxalq yay məktəbinin keçirilməsi nəzərdə tutulur. Yay məktəbində Özbəkistanın ali təhsil müəssisələrindən 4 tələbənin - Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetindən 2, Səmərqənd Dövlət Pedaqoji İnstitutundan isə 2 tələbənin iştirakı planlaşdırılır.
Bundan əlavə, BSU-nun Şərqi Avropa və Balkanşünaslıq fakültəsinin regionşünaslıq (Mərkəzi Asiya ölkələri üzrə) ixtisası iki nəfər I kurs tələbəsi iyulun 12-dən 21-dək Daşkənd və Səmərqənd şəhərlərində keçirilən “Özbək dili və mədəniyyəti” beynəlxalq yay məktəbində iştirak ediblər. Yay məktəbi Nizami adına Özbəkistan Milli Pedaqoji Universiteti və Səmərqənd Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.
Azərbaycan-Özbəkistan arasında dil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafı istiqamətində müəllim və mütəxəssis mübadiləsinə də diqqət yetirilir. BSU-nun Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Məleykə Mirzəlinin sentyabrın 1-dən dekabrın 30-dək özbək dilini təkmilləşdirmək məqsədilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinə ezam olunması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq yalnız tələbə və müəllim mübadiləsi ilə məhdudlaşmır. İki ölkənin ali təhsil müəssisələri arasında dil tədrisi, akademik mobillik, yay məktəbləri, birgə tədbirlər və elmi əlaqələrin inkişaf etdirilməsi Azərbayca-Özbəkistan münasibətlərinin humanitar və intellektual əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir.
Xatırladaq ki, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetinin Elmi şurasının 2025-ci il 28 aprel tarixli qərarı ilə həmin universitetin fəxri professoru adına layiq görülüb. Bu fakt da iki ali təhsil müəssisəsi arasında formalaşan qarşılıqlı etimad və akademik əlaqələrin göstəricilərindən biridir.
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07

