İrəvan Bakının şərtlərini qəbul edir
22.08.2026 [11:55]
Real Ermənistan ideologiyası - Vətən müharibəsinin reallıqları...
Azərbaycanın 2020-ci il Vətən müharibəsi nəticəsində yaratdığı yeni situasiya və ölkəmizin postmüharibə davranışları Ermənistan üçün də mühüm reallıqlar formalaşdırdı. Belə ki, 200 illik tarixini işğal, talançılıq, qərəz və yalan iddialar üzərində quran Ermənistan artıq reallıqları dərk edir, XXI əsrdə regional münasibətlərin yalnız əməkdaşlıq və sabitlik məcrasında formalaşacağını başa düşür. Azərbaycanın postmüharibə dövründə irəli sürdüyü sülh təşəbbüsü, Zəngəzur dəhlizi layihəsi Ermənistanın gələcəyi üçün yeni perspektivlər açır. Bu baxımdan, rəsmi İrəvanın artıq revanşizmi bir kənara qoyaraq yeni münasibətlər sistemi yaratmasının da vaxtı çatıb...
Paşinyanın yeni strategiyası
Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 20-də hökumətin beşillik proqramının təqdimatı zamanı ölkənin tarixində yeni mərhələnin - “Dördüncü Respublika” dövrünün başlandığını bəyan edib. Onun sözlərinə görə, əvvəlki dövlət modeli münaqişə və “tarixi ədalətin bərpası” məntiqi üzərində qurulmuşdusa, yeni Ermənistanın əsas ideologiyası sülh olacaq.
Ermənistan mediasının məlumatına görə, baş nazir bildirib ki, onun irəli sürdüyü “Real Ermənistan” ideologiyası artıq Ermənistan Respublikasının rəsmi ideologiyasına çevrilib. Paşinyanın fikrincə, 7 iyun 2026-cı il seçkilərində də məhz bu siyasi xətt qalib gəlib. O bildirib ki, Üçüncü Respublika münaqişə məntiqinə uyğun yaradılmışdı, Dördüncü Respublika isə sülh məntiqi əsasında formalaşacaq. Paşinyan Üçüncü Respublikanın ideoloji əsaslarından birinin “tarixi ədalətin bərpası”, bunun praktiki istiqamətlərindən birinin isə Qarabağ hərəkatı olduğunu açıq şəkildə etiraf edib. Onun sözlərinə görə, Ermənistanın yaşlı və orta nəsil siyasi xadimlərinin əhəmiyyətli hissəsi məhz Qarabağ hərəkatından çıxıb.
Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının 2021-ci il seçki proqramının da həmin ideologiyanın təsiri altında hazırlandığını xatırladıb. O, həmin proqramda Şuşa və Hadrutun “azad olunması” ilə bağlı müddəaların yer aldığını da etiraf edib. Lakin Paşinyana görə, elə 2021-ci il seçkiləri zamanı özü üçün əsas siyasi vəzifənin artıq sülh gündəliyi olduğunu anlayıb.
Qeyd edək ki, Paşinyan bununla Azərbaycanın irəli sürdüyü sülh strategiyasını təsdiqləyir. Rəsmi Bakı müharibədən sonra Ermənistana neft məhsulları ixrac etməklə, ərazisindən yüklərin Ermənistana keçməsinə icazə verməklə regional münasibətlər üçün bir formul irəli sürmüşdü. Paşinyanın yeni bəyanatı isə bu formulun qəbulu deməkdir. Bəli, Bakının Cənubi Qafqaz üçün yaratdığı strateji yol xəritəsi Ermənistanı yeni gələcəyə daşıyan meyara çevrilir.
Yeni münasibətlər sistemi - Konstitusiya qəbul olunandan sonra...
Paşinyanın bəyan etdiyi Dördüncü Respublika ideyası bütövlükdə regionun təhlükəsiz inkişafından stimul alacaq. Ermənistan rəhbərliyi dərk edir ki, revanşizm artıq bölgə üçün xarakterik model ola və ya mahiyyət kəsb edə bilməz. Ötən 30 il ərzində israrla davam etdirilən işğal siyasəti bu ölkəni dalana gətirib çıxardı - 2020-ci il Vətən müharibəsi isə bu dalanın bitməsi üçün bir şans yaradıb. Paşinyan yeni strategiyası ilə Azərbaycanın yürütdüyü siyasəti təsdiqlədiyini bildirir. Yeri gəlmişkən, Ermənistan hökumətinin 2026-2031-ci illər üzrə inkişaf proqramı da analoji mahiyyəti kəsb edir. Qeyd edək ki, sənəddə Azərbaycan və Türkiyə ilə münasibətlərə dair əsas siyasət istiqamətləri də yer alıb. Proqrama əsasən, Ermənistan hakimiyyəti Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və ratifikasiyası istiqamətində işləri davam etdirmək niyyətində olduğunu bildirir. Bundan əlavə, İrəvan hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında təmasları aktivləşdirmək, Ermənistan və Azərbaycan biznesi arasında əlaqələri inkişaf etdirmək və ikitərəfli ticarətin həcmini artırmaq niyyətindədir. Ermənistan sülhün institutsionallaşdırılması çərçivəsində növbəti beş il ərzində Azərbaycanla ticarət əlaqələri qurmağı nəzərdə tutur. Türkiyəyə gəldikdə isə proqramda diplomatik münasibətlərin qurulması və Ermənistan-Türkiyə sərhədinin açılması nəzərdə tutulur. Vurğulanmalıdır ki, sənəddə Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi planlarından da bəhs olunur. Layihənin ictimai müzakirəyə çıxarılması, daha sonra isə referendumun keçirilməsi nəzərdə tutulur.
Təbii ki, bu strategiya özlüyündə müsbət amildir - amma Ermənistan hakimiyyəti unutmamalıdır ki, Türkiyə ilə münasibətlərin normallaşması prosesi birbaşa Azərbaycanla bağlıdır. Başqa sözlə, Türkiyə rəsmilərinin də hər zaman bəyan etdiyi kimi, Ankaranın əsas şərti Azərbaycan ilə sülh müqaviləsinin imzalanmasıdır. Bunun üçün isə Ermənistan yeni mərhələdə əsas addımı atmalı - Konstitusiyasında müvafiq dəyişiklikləri etməlidir. İrəvan Azərbaycana qarşı qondarma ərazi iddialarından əl çəkdiyini rəsmən nümayiş etdirməlidir. Bu addım Ermənistan hökumətinin müəyyənləşdirdiyi yol xəritəsinin uğurlu inkişafına yol açacaq. Əks halda, Ermənistanın bu strategiyası da ikibaşlı oyun kimi yadda qalacaq.
Paşinyan Azərbaycan kəndlərinin qaytarılmasının vacibliyini bildirir
Sülh prosesinin bir nüansı da delimitasiya prosesi ilə bağlıdır. Paşinyan hazırlanan proqramla bağlı danışarkən bildirib ki, İrəvan və Bakı tərəfindən razılaşdırılan delimitasiya prinsipinə əsasən, Kərki, Bərxudarlı və Yuxarı Əskipara Ermənistan ərazisinə daxil deyil. Yəni, Azərbaycana qaytarılmalıdır. Anklav kəndlərlə bağlı bu açıqlama da İrəvanın Azərbaycanın müəyyənləşdirdiyi sülh prosesini izlədiyini göstərir. Qeyd edək ki, adıçəkilən kəndlər Azərbaycanın ərazi bütövlüyü məsələsində xüsusi əhəmiyyət daşıyan yaşayış məntəqələridir. Bu kəndlərin taleyi iki ölkə arasında aparılan delimitasiya prosesinin ən həssas istiqamətlərindən biri olaraq qalır. Qeyd edək ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında müvafiq dövlət sərhədinin delimitasiyası üzrə komissiyaları arasında keçirilən görüşdə delimitasiya prosesinin ilkin mərhələsi kimi Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələri Azərbaycana qaytarılmışdı. Paşinyanın səsləndirdiyi fikirlər isə delimitasiya prosesinin gələcək mərhələsinin də davam etdirilməsi üçün müsbət ştrixlər yaradır. Ən əsası isə Paşinyanın da bildirdiyi kimi, “Bu məsələ həll edilməlidir, lakin hərbi yolla deyil. Bu, artıq bağlanmış keçmişin səhifəsidir”.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17

