Uzunmüddətli investisiya reytinqi
22.08.2026 [10:40]
SOCAR beynəlxalq enerji şirkəti kimi qlobal mövqeyini gücləndirir
“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli kredit reytinqini “Baa3” səviyyəsində, proqnozunu isə “stabil” olaraq təsdiq edib. Bu qərar SOCAR-ın maliyyə dayanıqlığının, kredit profilinin və beynəlxalq kapital bazarlarında etibarlı borcalan mövqeyinin növbəti əyani təsdiqdir. Eyni zamanda bu, şirkətin uzunmüddətli maliyyə siyasətinin və intizamının, davamlı inkişaf istiqamətində həyata keçirdiyi tədbirlərin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini göstərir. Nəticədə, SOCAR ötən il əldə etdiyi investisiya oluna bilən kredit reytinqini qoruyub saxlayıb.
“Moody’s”in qiymətləndirməsində SOCAR-ın Azərbaycan iqtisadiyyatı və enerji sektorunda strateji rolu, inteqrasiya olunmuş fəaliyyət modeli, sağlam maliyyə göstəriciləri və güclü kredit metrikləri reytinqi dəstəkləyən əsas amillər kimi qeyd edilib. Bildirilir ki, bu qərar qlobal iqtisadiyyatda mövcud qeyri-müəyyənliklər, beynəlxalq maliyyə bazarlarındakı dəyişkənlik, müşahidə olunan geosiyasi gərginliklər fonunda enerji bazarlarında qiymət volatilliyinin davam etdiyi bir dövrdə qəbul olunub. Belə mürəkkəb xarici mühitə baxmayaraq, SOCAR-ın investisiya oluna bilən kredit reytinqinin təsdiqlənməsi şirkətin dayanıqlı maliyyə vəziyyətini, risklərin effektiv idarə olunmasını və uzunmüddətli inkişaf potensialını bir daha nümayiş etdirir. Kredit reytinqinin qorunub saxlanılması beynəlxalq kapital bazarlarında investor etimadının möhkəmlənməsinə, maliyyə institutları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə və şirkətin maliyyələşmə imkanlarının genişlənməsinə töhfə verən mühüm amillərdəndir. Bu, eyni zamanda SOCAR-ın beynəlxalq kapital bazarlarında etimad göstərilən tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
96 milyard manatı ötən aktivlər
SOCAR son illər ərzində korporativ idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, maliyyə hesabatlılığının və şəffaflığın artırılması, risklərin idarə olunması sisteminin gücləndirilməsi və maliyyə dayanıqlığının qorunması istiqamətlərində ardıcıl tədbirlər həyata keçirir. Bu isə “Moody’s”lə yanaşı, digər beynəlxalq kredit reytinq agentlikləri tərəfindən də investisiya potensialının yüksək səviyyədə qiymətləndirilməsinə səbəb olub. Hazırda şirkət “Fitch Ratings” tərəfindən “BBB” (stabil) və “S&P Global Ratings” tərəfindən “BB” (pozitiv) uzunmüddətli kredit reytinqinə malikdir.
Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycanın milli enerji korporasiyası qlobal investor kimi öz fəaliyyətini genişləndirməkdədir. Ötən il gəlirlərini əvvəlki ildəki 84,6 milyard manatdan 86 milyard 309 milyon manata çatdıran şirkət düzgün və yeni idarəetmə strategiyası nəticəsində aktivlərinin həcmini 96 milyard 852 milyon manata yüksəldib. Şirkət inkişaf prioritetlərinə uyğun olaraq, həm də beynəlxalq aktivlər portfelini genişləndirib, enerji dəyər zəncirində mövqeyini daha da gücləndirib, əməliyyat səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində fəaliyyətini uğurla həyata keçirib. Nəticədə, investisiya strategiyası üzrə sərmayə qoyuluşları da artıb.
Aralıq dənizindən Fil Dişi Sahilinədək...
SOCAR-ın strateji əhəmiyyətli investisiya və biznes əməliyyatlarının əhəmiyyətli hissəsi “Bahar” və “Qum-Dəniz” yataqlarında 80 faiz payın alınması, İsrailin Aralıq dənizi hövzəsində yerləşən “Tamar” qaz yatağında 10 faiz effektiv iştirak payının əldə edilməsi, Türkiyədə yeni neft-kimya və enerji layihələrinin inkişafı, rəqəmsal infrastruktur və petrokimya sahələrində strateji investisiyaların həyata keçirilməsi, eləcə də qaz ixracı və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi ilə bağlı olub.
Azərbaycan Dövlət Neft Şirkəti investisiya strategiyası çərçivəsində xarici ölkələrə investisiya etdiyi kapital portfelindən əhəmiyyətli dividendlər əldə edib. Həmin gəlirlərin böyük hissəsi 50 milyard 582 milyon manatı İsveçrədən qazanılıb. Bu ölkədən əldə edilən gəlirlər ümumi portfel gəlirlərinin 58,6 faizini təşkil edib. SOCAR-ın gəlirlərində əsas yeri tutan ikinci ölkə Türkiyə olub. Qardaş ölkədəki investisiyalardan daxil olan gəlirlərin həcmi 16 milyard 510 milyon manata bərabər olmaqla, illik müqayisədə 6 milyard 860 milyon manat və ya 71,1 faiz artıb. Bu, cəmi portfel qazancının 19,1 faizi deməkdir. Şirkətin Birləşmiş Ərəb Əmirliklərindən gəlirləri 7 milyard 809 milyon manat, Gürcüstandakı gəlirləri 1 milyard 664 milyon manat təşkil edib. SOCAR digər ölkələrdən 2 milyard 857 milyon manat gəlir əldə edib. Bu da, illik müqayisədə 271 milyon manat və ya 10,5 faiz çoxdur.
Dövlət Neft Şirkəti daxili bazarda da mənfəətini çoxaldıb. Ölkə üzrə gəlirlər isə 13 milyard 682 milyon manat olaraq, ümumi gəlirlərin 15,6 faizini təşkil edib. Bu, son bir ildə 5 milyard 476 milyon manat və ya 66,7 faiz artım deməkdir.
Ümumilikdə, SOCAR-ın qlobal arenada strateji xarici investora çevrilməsini göstərən əsas amillərdən biri Avropa və digər bazarlarda güclənən mövqe ilə bağlıdır. Son illərdə Azərbaycanın milli enerji korporasiyası Avropanın strateji bazarlarına birbaşa daxil olaraq İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli” şirkətinin 99,82 faiz səhmlərini satın alıb ki, bu, enerji sektorunda ən mühüm iqtisadi hadisə kimi səciyyələndirilə bilər. 2026-cı ilin may ayında Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimat mərasiminin keçirilməsi dünya enerji şirkətlərinin xüsusi marağı ilə qarşılanıb. Bundan başqa, milli şirkətin maliyyə dövriyyəsinin və gəlirlərinin əhəmiyyətli hissəsinin yerləşdiyi İsveçrə bazarı da son illər fəal investisiya dinamikliyi ilə seçilir və “SOCAR Trading” Avropanın mərkəzində öz rəqabət potensialını nümayiş etdirməkdədir. Balkan regionunda da investisiya hərəkətliliyi artır, Serbiyanın “Srbijagas” şirkəti ilə birgə müəssisə yaradılması və infrastruktur layihələrinin icrası üzrə səhmdar sazişlərinin hazırlanması son mərhələdədir. Yaxın regionda isə ən inkişaf edən bazar Türkiyənin enerji sistemidir. Qardaş ölkənin iqtisadiyyatına 18 milyard dollardan çox sərmayə qoymaqla Türkiyənin ən böyük xarici investoru statusunu daşıyan SOCAR hazırda Türkiyədə makroiqtisadi sabitliyə dəstək olmaq məqsədilə 7 milyard dollarlıq yeni neft-kimya kompleksi investisiyası planlaşdırır.
Hazırda şirkət beynəlxalq hasilat layihələrində iştirakını genişləndirir, Fil Dişi Sahilindəki “Baleine” layihəsi üzrə “PETROCI Holding” ilə əməkdaşlıq fəaliyyətini gücləndirir. Beynəlxalq reytinq agentliyi “S&P” şirkətin illik investisiya qoyuluşlarının daha da artaraq ildə 3 milyard manat səviyyəsinə yüksələcəyini proqnozlaşdırır.
“Yaşıl enerji” üzrə böyük investisiya planı
Şirkət dünya ölkələrinin müasir enerji gündəliyinə çevrilmiş “yaşıl enerji” sektorunda da aparıcı investor kimi mövqeyini gücləndirir. “SOCAR Green” törəmə şirkəti vasitəsilə indiyə qədər 1,5 milyard dollar dəyərində beynəlxalq və yerli bərpaolunan enerji (günəş və külək) layihələrinin idarə olunması mümkünləşib. 2025-2030-cu illər üzrə investisiya planına əsasən, 6 günəş və 2 külək enerjisi layihəsi daxil edilib. Ümumi planlaşdırılan gücün təxminən 1,7 QVt olması nəzərdə tutulur. Portfelin 85 faizi günəş, 15 faizi isə külək enerjisi layihələrinin payına düşəcək.
“SOCAR Green”in fəaliyyət istiqamətlərindən biri də aşağı karbonlu və dairəvi iqtisadiyyat layihələridir. Bu çərçivədə kənd təsərrüfatı və heyvandarlıq tullantılarının emalı əsasında bioqaz, bərpaolunan elektrik enerjisi və üzvi gübrə istehsal edəcək müəssisənin yaradılması imkanları qiymətləndirilir. Layihənin metan emissiyalarının azaldılmasına və karbon kreditlərinin əldə edilməsinə töhfə verməsi nəzərdə tutulur. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının emalından yaranan tullantıların bioçara çevrilməsi və uzunmüddətli karbon kreditlərinin formalaşdırılması üzrə təşəbbüs üzərində iş aparılır. Geotermal enerjidən istilik və elektrik enerjisi istehsalında istifadə imkanları da araşdırılan istiqamətlər sırasındadır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23

