/ / Qaradağ rayonunda Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü və sərhəd qoşunlarının yaranmasının 107-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib
Qaradağ rayonunda Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü və sərhəd qoşunlarının yaranmasının 107-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib
18.08.2026 [22:25]
18 avqust 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin N saylı hərbi hissəsində 18 Avqust – Sərhəd Mühafizə Orqanları
Əməkdaşlarının Peşə Bayramı Günü və sərhəd qoşunlarının yaranmasının
107-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra
edən, başçının birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyası
Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Dövlət Sərhəd Xidmətinin və
hərbi hissənin rəhbər heyəti, zabit və hərbi qulluqçular, veteranlar, eləcə də
digər qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan
tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü,
suverenliyi və dövlət sərhədlərimizin müdafiəsi uğrunda canından keçmiş
şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi
general-polkovnik Elçin Quliyevin Sərhəd Mühafizə Orqanları
Əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə şəxsi heyətə ünvanladığı
təbrik müraciəti oxunub. Müraciətdə Azərbaycan sərhədçilərinin dövlət
sərhədlərimizin etibarlı mühafizəsinin təmin edilməsində göstərdikləri yüksək
peşəkarlıq, Vətənə sədaqət və fədakar xidmət xüsusi qeyd olunub.
Tədbirin rəsmi hissəsində çıxış edənlər şəxsi heyəti peşə bayramı
münasibətilə təbrik edib, Azərbaycan dövlət sərhədlərinin qorunmasının
ölkəmizin suverenliyi, ərazi bütövlüyü və milli təhlükəsizliyi baxımından
mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən
başçının birinci müavini Emil Abbasov çıxışında hərbi hissənin şəxsi heyətini
rayon rəhbərliyi adından təbrik edib, sərhədçilərə məsuliyyətli və şərəfli
xidmətlərində uğurlar, möhkəm cansağlığı və ailə səadəti arzulayıb. Dövlət
sərhədlərinin keşiyində dayanan hər bir hərbi qulluqçunun xidmətinin yüksək
ehtirama layiq olduğu bildirilib.
Sonra Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar
İlyasov çıxış edərək sərhədçiləri peşə bayramı münasibətilə təbrik edib,
Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və təhlükəsizliyinin qorunmasında
hərbi qulluqçuların xidmətlərinin əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik
siyasətində dövlət sərhədlərinin etibarlı mühafizəsi daim prioritet
istiqamətlərdən biri olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizin müdafiə və təhlükəsizlik potensialının gücləndirilməsi
istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Dövlət Sərhəd
Xidməti müasir texniki imkanlara, yüksək döyüş hazırlığına və peşəkar şəxsi
heyətə malik mühüm dövlət qurumlarından birinə çevrilib.
Çıxışlarda Azərbaycan sərhədçilərinin Vətən müharibəsi və ölkəmizin
suverenliyinin tam bərpası zamanı nümayiş etdirdikləri qəhrəmanlıq və
şücaət də xüsusi vurğulanıb. Bildirilib ki, bu gün Azərbaycanın üçrəngli
Dövlət Bayrağının bütün suveren ərazilərimizdə dalğalanması xalqımız üçün
böyük qürur mənbəyidir və sərhədçilərimiz dövlətimizin müqəddəs
sərhədlərinin keşiyində şərəflə dayanırlar.
Tədbirdə çıxış edən hərbi hissə rəhbərliyi şəxsi heyətin qarşısında duran
vəzifələrdən, sərhəd mühafizəsinin daim təkmilləşdirilməsindən və hərbi
qulluqçuların peşəkarlığının artırılması istiqamətində görülən işlərdən bəhs
edib. Bildirilib ki, sərhədçilər bundan sonra da Vətənə, dövlətə və xalqa
sədaqətlə xidmət edərək Azərbaycan Respublikasının dövlət sərhədlərinin
toxunulmazlığını əzmlə qoruyacaqlar.
Mərasimin yaddaqalan məqamlarından biri də xidmətdə fərqlənən hərbi
qulluqçuların təltif olunması olub. Xidməti vəzifələrinin icrasında yüksək
peşəkarlıq, nümunəvi intizam və fərqlənmə göstərən bir qrup hərbi qulluqçu
Fəxri fərmanlarla təltif edilib, bir sıra hərbi qulluqçuya isə növbəti hərbi
rütbələr təqdim olunub. Təltif olunan hərbi qulluqçulara gələcək
xidmətlərində yeni uğurlar arzulanıb.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra bayram münasibətilə
konsert proqramı təqdim olunub. Konsertdə tanınmış müğənni, Ə.Əmirov
adına Mədəniyyət sarayının əməkdaşı, Vətən Müharibəsi qazisi Məbud
Əhmədov çıxış edərək vətənpərvərlik ruhunda sevilən musiqi nümunələrini
səsləndirib. Musiqili proqram hərbi qulluqçular və tədbir iştirakçıları
tərəfindən böyük maraqla qarşılanıb.
Sonda hərbi hissənin şəxsi heyətinə bir daha 18 Avqust – Sərhəd
Mühafizə Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə
təbriklər çatdırılıb, Azərbaycan Respublikasının dövlət sərhədlərinin
keşiyində dayanan bütün sərhədçilərə şərəfli xidmətlərində yeni uğurlar,
möhkəm cansağlığı arzulanıb.
Xəbər lenti
Hamısına baxGündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43

