Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şəhid Kazımov Vüsal Vüqar oğlunun doğum günündə əziz xatirəsi yad edildi.

Şəhid Kazımov Vüsal Vüqar oğlunun doğum günündə əziz xatirəsi yad edildi.

18.08.2026 [14:57]

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi.

Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, YAP Nəsimi rayon təşkilatının, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin nümayəndələri, Şəhid ailələri, Vətən müharibəsi qaziləri və  rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Şəhid Kazımov Vüsal Vüqar oğlunun  doğum günündə əziz xatirəsi  dərin hörmət və ehtiramla yad olundu, məzarı üzərinə gül-çiçək dəstələri düzüldü.

Şəhidin  ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Paylaş:
Baxılıb: 232 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30