Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Milli Qəhrəman İsgəndər Aznaurovun 70 illiyi qeyd olunub

Milli Qəhrəman İsgəndər Aznaurovun 70 illiyi qeyd olunub

18.08.2026 [14:17]

Azərbaycanın Milli Qəhrəmanı, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş
İsgəndər Aznaurovun anadan olmasının 70 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.
Anım tədbirində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı,
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, Türkiyə
Respublikasının Gəncədəki Baş konsulu Recep Öztop, Qazax - Tovuz Regional Təhsil
İdarəsi müdirinin müavini Anar Məcidov, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB)
Baş katibi Fuat Uçar, rayon ziyalısı Fəxrəddin Vəliyev, DATÜB-ün Azərbaycan
nümayəndəsi Xalid Xəlilov, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları iştirak
ediblər.
Çıxışlarda İsgəndər Aznaurovun şərəfli həyat və döyüş yolundan, Vətən qarşısında
göstərdiyi misilsiz xidmətlərdən bəhs olunub. Bildirilib ki, onun qəhrəmanlığı və Vətənə
sədaqəti Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.
Qeyd olunub ki, İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistan
Respublikasının Buxara vilayətində anadan olub. 1980-ci illərin sonlarında Fərqanə
hadisələrindən sonra bir çox ahıska türkü ailəsi kimi onun ailəsi də Azərbaycana pənah
gətirib və Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıb.
Bildirilib ki, 1992-ci ildən Azərbaycan Ordusunda könüllü olaraq zabit kimi xidmət edən
İsgəndər Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində erməni silahlı dəstələrinə qarşı
döyüşlərdə iştirak edib, Mutludərə, Ər dağı, Ləzgi daşı və digər strateji yüksəkliklərin
müdafiəsi zamanı şəxsi şücaət nümunələri göstərib.
1993- cü ilin baharında şəhid olan İsgəndər Aznaurova ulu öndər Heydər Əliyevin
fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Bu gün onun adını daşıyan
yaşayış məntəqəsi, küçə və məktəb mövcuddur. Vaxtilə döyüşdüyü səngər isə qəhrəmanın
xatirəsinə “İsgəndər qalası” adlandırılıb.
Tədbirin bədii hissəsində Kür qəsəbə İsgəndər Aznaurov adına tam orta məktəbin
şagirdləri tərəfindən Milli Qəhrəmanın həyat və döyüş yolu, onun Vətən uğrunda
göstərdiyi qəhrəmanlıqlardan bəhs edən şeirlər, mahnılar və səhnəciklər təqdim olunub.

Paylaş:
Baxılıb: 235 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Dünya

İqtisadiyyat

Analitik

11 sentyabrın kölgəsi

18 Sentyabr 09:17  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30