Qaradağda palçıq vulkanlarının mühafizəsi və təbliğinə həsr olunmuş tədbir keçirilib
14.08.2026 [18:45]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində” 2026-cı il avqustun 14-də Qaradağ Rayon
İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının birgə
təşkilatçılığı ilə Qaradağ Rayon İcra Hakimiyyətində “Bakı və Abşeron yarımadasının
palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 15 avqust 2007-ci il tarixli, 2315 nömrəli Sərəncamının
imzalanmasının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən başçınınn
birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının
sədri İlqar İlyasov, Azərbaycan Respublikası Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin
rəis müavini Rəşad Allahverdiyev, Bakı və Abşeron yarımadasının palçıq vulkanları
qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev, Mədəniyyət Nazirliyinin
abidələr üzrə eksperti, tədqiqatçı Faiq Nəsibov, ətraf mühit üzrə beynəlxalq ekspert
Xakiyev İsrafil Rəşid oğlu, Azərbaycan Respublikası Bioloji Müxtəlifliyin Qorunması
Xidmətinin və Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət
Qoruğunun əməkdaşları, rayon icra hakimiyyətinin məsul əməkdaşları, müvafiq sahə
üzrə mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın nadir təbiət sərvətlərindən olan
palçıq vulkanlarının qorunmasının əhəmiyyətini ictimaiyyətin diqqətinə çatdırmaq, onların
elmi, ekoloji və turizm potensialı barədə məlumatlılığı artırmaq, bu unikal təbiət irsinin
gələcək nəsillər üçün qorunmasında dövlət qurumlarının, mütəxəssislərin və cəmiyyətin
birgə məsuliyyətini ön plana çəkmək olub.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və
suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla
yad edilməsi ilə başlayıb.
Sonra Azərbaycanın zəngin təbiətini, palçıq vulkanlarının bənzərsiz landşaftını və onları
əhatə edən təbiət mənzərələrini əks etdirən xüsusi hazırlanmış videoçarx nümayiş
olunub. Videoçarx vasitəsilə ölkəmizin nadir geoloji irsinin unikallığı və onun
qorunmasının əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini
icra edən başçınınn birinci müavini Emil Abbasov bildirib ki, bu tədbirin keçirilməsi
Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2007-ci il tarixli 2315 nömrəli
Sərəncamı ilə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət
Qoruğu”nun yaradılmasının 19-cu ildönümünə təsadüf edir. Bu mühüm sənəd ölkəmizin
nadir geoloji və təbii irsinin qorunmasına dövlət səviyyəsində verilən yüksək qiymətin
bariz nümunəsidir.
Azərbaycan zəngin təbii sərvətləri, özünəməxsus landşaftı və geoloji xüsusiyyətləri ilə
seçilən ölkələrdəndir. Bu təbii irsin mühüm hissəsini palçıq vulkanları təşkil edir. Xüsusilə
Qaradağ rayonu ərazisində yerləşən palçıq vulkanları həm təbiətimizin unikallığını
nümayiş etdirir, həm də elmi tədqiqatlar, ekoloji maarifləndirmə və turizmin inkişafı
baxımından böyük potensiala malikdir.
Palçıq vulkanlarına yalnız geoloji obyekt kimi yanaşmaq düzgün olmazdı. Onlar
Azərbaycanın təbii irsinin ayrılmaz hissəsidir. Bu obyektlərin qorunması eyni zamanda
ətraf mühitin, biomüxtəlifliyin və təbii landşaftın mühafizəsi deməkdir.
Bu baxımdan Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən təbii irsin qorunması, ətraf
mühitə məsuliyyətli münasibətin formalaşdırılması və rayonun turizm potensialının
tanıdılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti xüsusi qeyd edilib.
Tədbirin rəsmi hissəsində çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ rayon
təşkilatının sədri İlqar İlyasov “Azərbaycanın nadir təbiət irsinin qorunmasında dövlət
siyasəti və Qaradağ rayonunun palçıq vulkanlarının əhəmiyyəti” mövzusunda danışıb.
Çıxışında ölkəmizin nadir təbiət abidələrinin qorunmasına göstərilən dövlət qayğısından,
bu istiqamətdə həyata keçirilən siyasətin əhəmiyyətindən, eləcə də Qaradağ rayonunda
yerləşən palçıq vulkanlarının təbii irsimizdə tutduğu xüsusi yerdən bəhs edib.
Azərbaycan Respublikası Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad
Allahverdiyev “Azərbaycan palçıq vulkanlarının geoloji və elmi əhəmiyyəti” mövzusunda
çıxış edib. O, palçıq vulkanlarının Azərbaycanın geoloji baxımdan ən maraqlı və nadir
təbiət hadisələrindən biri olduğunu qeyd edərək, onların öyrənilməsi, mühafizəsi və elmi
əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət
Qoruğunun direktoru Ceyhun Paşayev “Palçıq vulkanlarının mühafizəsi, ekoloji
təhlükəsizlik və maarifləndirmə” mövzusunda çıxış edib. Məruzədə palçıq vulkanlarının
qorunmasının yalnız elmi deyil, eyni zamanda mühüm ekoloji və ictimai məsuliyyət
məsələsi olduğu diqqətə çatdırılıb, onların mühafizəsi, ekoloji təhlükəsizliyin təmin
olunması və əhali arasında maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanıb.
Çıxışlar zamanı qeyd olunub ki, Qaradağ rayonunun ərazisində yerləşən palçıq vulkanları
rayonun zəngin geoloji və təbii irsinin mühüm tərkib hissəsini təşkil edir. Bu unikal təbiət
abidələrinin mühafizəsi ilə yanaşı, onların elmi əsaslarla öyrənilməsi, ekoloji
təhlükəsizliyin təmin edilməsi, ictimai maarifləndirmənin gücləndirilməsi və turizm
potensialından dayanıqlı şəkildə istifadə edilməsi mühüm əhəmiyyət daşıyır.
Tədbirin məruzələr hissəsindən sonra sual-cavab və müzakirələr aparılıb. İştirakçılar
palçıq vulkanlarının mühafizəsi, elmi tədqiqi, ekoloji əhəmiyyəti və turizm imkanları ilə
bağlı suallarını mütəxəssislərə ünvanlayıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin xüsusi məqamlarından biri təbiətin və təbii sərvətlərin qorunması istiqamətində
çalışan insanların əməyinin qiymətləndirilməsi olub. Təbii sərvətlərin mühafizəsində
göstərdikləri səmərəli və məsuliyyətli fəaliyyətə görə 8 nəfər əməkdaş təltif
olunub. Onların təbiət abidələrinin, palçıq vulkanlarının və ətraf ekosistemin
qorunmasında göstərdikləri əməyin əhəmiyyəti xüsusi qeyd edilib.
Belə tədbirlərin keçirilməsi ekoloji maarifləndirmənin genişləndirilməsinə, cəmiyyətdə
təbiətə məsuliyyətli münasibətin formalaşdırılmasına, Azərbaycanın nadir təbiət irsinin
təbliğinə və onun qorunması istiqamətində dövlət, mütəxəssis və ictimaiyyət
əməkdaşlığının gücləndirilməsinə xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16

