Azərbaycanda torpaq laboratoriyaları beynəlxalq standartlara uyğunlaşdırılır
12.08.2026 [14:20]
Azərbaycan torpaq laboratoriyaları sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyiş əldə edib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşəbbüsü olan Qlobal Torpaq Laboratoriyaları Şəbəkəsinin (GLOSOLAN) səriştəlilik sınağında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin 8 torpaq laboratoriyası uğurla nəticə əldə edib.
FAO-nun Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, səriştəlilik sınağına hazırlıq çərçivəsində FAO tərəfindən Sabirabad, Ucar və Şəki regional laboratoriyalarının 30 əməkdaşı üçün texniki təlimlər təşkil olunub. FAO-nun beynəlxalq eksperti və Aqrar Xidmətlər Agentliyinin mütəxəssislərinin keçirdiyi təlimlərdə torpaq analizləri, nümunələrin hazırlanması, nəticələrin emalı və standart metodların tətbiqi üzrə praktiki bilik və bacarıqlar təkmilləşdirilib.
Bu nailiyyət FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində FAO-nun Aqrar Xidmətlər Agentliyi ilə sıx əməkdaşlıq əsasında həyata keçirdiyi texniki dəstək fəaliyyətinin nəticəsidir. Əməkdaşlıq torpaq laboratoriyalarının texniki və peşəkar potensialının artırılmasına, torpaq analizlərinin keyfiyyətinin və etibarlılığının yüksəldilməsinə yönəlib.
FAO-nun Qlobal Torpaq Tərəfdaşlığı çərçivəsində yaradılmış GLOSOLAN torpaq laboratoriyaları arasında əməkdaşlığı və vahid keyfiyyət yanaşmalarını təşviq edir. Şəbəkənin beynəlxalq səviyyədə tanınan səriştəlilik sınağı laboratoriyaların analiz nəticələrinin dəqiqliyini beynəlxalq meyarlarla müqayisə etməsinə şərait yaradır. Ölkənin 11 torpaq laboratoriyasının potensialının gücləndirilməsi laboratoriya xidmətlərinin müasirləşdirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrasına birbaşa dəstək verir.
“Dəqiq və etibarlı torpaq analizləri dayanıqlı kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan laboratoriyalarının beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinə dəstək verməklə, biz ölkədə elmi əsaslı qərarların qəbulunu gücləndiririk. Bu iş fermerlərin ehtiyaclarına cavab verməklə yanaşı, torpaq ehtiyatlarının qorunmasına və kənd təsərrüfatının inkişafına xidmət edir”, – FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat bildirib.
Bildirilib ki, 11 laboratoriyaların hər biri səriştəlilik sınağını uğurla tamamladıqdan sonra Azərbaycanda beynəlxalq səviyyədə tanınan standartlara uyğun fəaliyyət göstərən vahid torpaq laboratoriyaları şəbəkəsi formalaşacaq. Bu isə torpaq ehtiyatlarının dayanıqlı idarə olunması, kənd təsərrüfatında məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün güclü zəmin yaradacaq.
Xəbər lenti
Hamısına baxAnalitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15

