Xəzər dənizinin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin çəkilişi başa çatıb
06.08.2026 [14:36]
Avropa ilə Asiya arasında Azərbaycan tərəfinin təşəbbüsü ilə həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə ilk fiber-optik kabelin çəkilməsi uğurla başa çatıb.
“AzerTelecom” və “Kazakhtelecom” şirkətləri tərəfindən icra olunan “Trans-Xəzər Fiber-Optik Kabel Xətti” layihəsinə əsasən Sumqayıt şəhərindən (Azərbaycan) Aktau şəhəri (Qazaxıstan) istiqamətində 380 kilometr uzunluğunda sualtı fiber-optik kabel xətti çəkilib. Xüsusi avadanlıqla təchiz olunmuş gəmi vasitəsilə zirehli fiber-optik kabel Xəzər dənizinin dibi ilə təhlükəsiz və dayanıqlı marşrut üzrə yerləşdirilib.
“AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov layihənin strateji əhəmiyyətini vurğulayaraq qeyd edib: “Azərbaycan üzərindən yeni rəqəmsal dəhliz yaradacaq “Rəqəmsal İpək Yolu” layihəsinin əsas komponentlərindən biri Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsidir. Layihəni texniki baxımdan mürəkkəbləşdirən əsas amil Xəzər dənizinin dibi ilə belə bir infrastrukturun ilk dəfə yaradılması idi. Bu mərhələnin uğurla tamamlanması tezliklə Xəzər dənizi üzərindən Avropa ilə Asiya arasında trafik mübadiləsinin başlamasına imkan verəcək”.
Hazırda kabel xəttinin sahilyanı infrastrukturla inteqrasiyası, həmçinin yerüstü infrastrukturun tikintisi üzrə işlər davam etdirilir. “Trans-Xəzər Fiber-Optik Kabel Xətti” layihəsinin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Xəzər dənizində ilk sualtı rəqəmsal marşrut regionda 400 terabit/saniyədən çox yüksəksürətli internet bağlantısını, böyük həcmdə məlumat mübadiləsini təmin edəcək, həmçinin regionda rəqəmsal xidmətlərin inkişafına töhfə verəcək.
Trans-Xəzər fiber-optik kabel xətti “Rəqəmsal İpək Yolu” layihəsinin önəmli hissəsidir. Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Bolqarıstan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi - “Rəqəmsal İpək Yolu” məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.
“AzerTelecom” haqqında
"AzerTelecom" regionun ən böyük beynəlxalq magistral operatoru olmaqla internet trafikinin topdansatışı, tranziti, transmissiya və s. xidmətləri təqdim edir. “AzerTelecom” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.
“Kazakhtelecom” haqqında
“Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri təqdim edir.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51

