Türk dünyasının birliyinə xidmət edən strateji tərəfdaşlıq
05.08.2026 [22:23]
2026-cı ilin 31 iyul tarixində Prezident İlham Əliyevin Qırğızıstana gerçəkləşdirdiyi rəsmi səfər iki ölkə arasındakı diplomatik bağların keyfiyyətcə yeni müstəviyə qədəm qoyduğunu aydın şəkildə üzə çıxardı. Yüksək səviyyəli danışıqlar, imzalanan mühüm razılaşmalar və liderlərin bəyanatları göstərdi ki, tərəflər arasında əlaqələr adi dostluq və tərəfdaşlıq hədlərini aşaraq, dərin etimada və uzunmüddətli ortaq mənafelərə söykənən strateji müttəfiqlik prioritetinə çevrilib. Çolpon-Ata görüşləri həm də Türk dünyası daxilindəki inteqrasiya proseslərinin real layihələrlə daha da möhkəmləndiyini bir daha sübut etdi.
Prezident İlham Əliyevin mətbuata açıqlaması zamanı səsləndirdiyi “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri səfərin əsas siyasi məzmununu ifadə etdi. Bu yanaşma göstərdi ki, müttəfiqlik yalnız dostluq münasibətlərini deyil, eyni zamanda çətin məqamlarda qarşılıqlı dəstəyi, beynəlxalq platformalarda vahid mövqedən çıxış etməyi, təhlükəsizlik, iqtisadi inkişaf və regional əməkdaşlıq sahələrində koordinasiyalı fəaliyyəti də əhatə edir. Bu gün Azərbaycan və Qırğızıstan arasında formalaşan əlaqələr qarşılıqlı hörmət və etimada əsaslanan uğurlu əməkdaşlıq nümunəsi kimi qiymətləndirilə bilər.Səfər çərçivəsində qəbul edilən iqtisadi qərarlar da xüsusi diqqət çəkdi. Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının 200 milyon dollara çatdırılması iki dövlətin iqtisadi tərəfdaşlığa uzunmüddətli perspektivdən yanaşdığını nümayiş etdirdi. Bu addım yeni investisiya layihələrinin həyata keçirilməsi, istehsal sahələrinin genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi üçün mühüm zəmin formalaşdırır. Dövlət başçısının vurğuladığı kimi, Fondun uğurlu fəaliyyəti gələcəkdə maliyyə imkanlarının daha da artırılmasına şərait yarada bilər.
İssık-Kul gölü sahilində Azərbaycanın maliyyə dəstəyi ilə tikilən və “Baku Resort & Spa” adı verilən beşulduzlu otelin istifadəyə verilməsi iqtisadi əməkdaşlığın ən uğurlu nümunələrindən biri oldu. Həmin layihə Azərbaycanın yalnız enerji sektorunda deyil, regionun müxtəlif istiqamətlərində investisiya təşəbbüsləri həyata keçirən güclü iqtisadi tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi. Kompleksin “Bakı” adını daşıması isə ölkəmizin dost dövlətlərlə qurduğu səmimi münasibətlərin və etibarlı əməkdaşlıq siyasətinin rəmzi kimi dəyərləndirilə bilər.Humanitar əməkdaşlıq sahəsində əldə olunan nəticələr də mühüm əhəmiyyət daşıyır. Ağdam rayonunda Qırğızıstanın dəstəyi ilə inşa edilən “Manas” məktəbi Qarabağın yenidən qurulması prosesində türk dövlətlərinin həmrəyliyini əks etdirən mühüm layihələrdən biridir. Bununla yanaşı, Bakıda Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının yaradılması və qarşılıqlı Mədəniyyət Günlərinin təşkili xalqlar arasında ortaq tarixi və mədəni dəyərlərin münasibətlərin inkişafında mühüm rol oynadığını göstərir.
Çolpon-Atada imzalanan Bəyannamə və digər mühüm sənədlər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının daha da genişləndiyini ortaya qoydu. Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qismində qəbul edilməsi ölkəmizin regionun siyasi və iqtisadi proseslərində artan rolunun beynəlxalq səviyyədə tanındığını təsdiqləyən mühüm addım oldu. Bu qərar Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütövlükdə türk dünyasının strateji inkişafında mühüm aktorlardan birinə çevrildiyini nümayiş etdirir.Səfər zamanı Prezident İlham Əliyevə göstərilən yüksək hörmət və səmimi münasibət də diqqətdən kənarda qalmadı. Rəsmi qarşılama mərasimindən başlayaraq bütün tədbirlərdə nümayiş etdirilən ehtiram həm Azərbaycan dövlətinə, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və ardıcıl siyasi kursa verilən yüksək qiymətin ifadəsi idi. Bu yanaşma ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun və etibarlı tərəfdaş statusunun daha bir göstəricisi kimi qiymətləndirilə bilər.
Dövlət səfərinin ən mühüm siyasi hadisələrindən biri Prezident İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatı olan birinci dərəcəli “Manas” ordeni ilə təltif edilməsi oldu. Eyni zamanda Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanın ən ali dövlət mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif edilməsi iki ölkə arasında münasibətlərin yüksək etimad səviyyəsinə çatdığını nümayiş etdirdi. Bu cür qarşılıqlı ali təltiflər diplomatik ənənədən daha çox, dövlətlər və xalqlar arasında möhkəm dostluğun, liderlər arasında qarşılıqlı etimadın və ortaq gələcək baxışının rəmzi kimi qəbul edilir.Çolpon-Atada baş verən hadisələr daha geniş geosiyasi mənzərəni də ortaya qoydu. Bu gün Prezident İlham Əliyev yalnız Azərbaycanın rəhbəri kimi deyil, həm də türk dünyasında təşəbbüslərinə böyük önəm verilən və regional proseslərə təsir göstərən nüfuzlu siyasi lider kimi qəbul edilir. Azərbaycanın son illərdə həyata keçirdiyi balanslı xarici siyasət, iqtisadi imkanlarının genişlənməsi, beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, sülh təşəbbüslərində fəal iştirakı və Türk Dövlətləri Təşkilatı çərçivəsində irəli sürdüyü layihələr ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirib. Qırğızıstanda Prezident İlham Əliyevə göstərilən yüksək ehtiram da məhz bu nüfuzun və etimadın təzahürü kimi qiymətləndirilməlidir.
Səfərin yekunları göstərdi ki, Azərbaycan–Qırğızıstan münasibətləri artıq ikitərəfli əməkdaşlıq formatından çıxaraq türk dünyasının siyasi və iqtisadi inteqrasiyasına xidmət edən strateji müttəfiqlik modelinə çevrilməkdədir. Prezident İlham Əliyevin bu dövlət səfəri Azərbaycanın ardıcıl xarici siyasət kursunun uğurlarını bir daha nümayiş etdirməklə yanaşı, türk dövlətləri arasında həmrəyliyin möhkəmlənməsinə və ortaq inkişaf hədəflərinin reallaşmasına yeni təkan verdi.
Rail Tağızadə
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45

