/ / “Azərbaycan dili və əlifbası: Keçmişdən gələcəyə” - Ankarada Azərbaycan dilinin inkişaf prosesindən danışılıb
“Azərbaycan dili və əlifbası: Keçmişdən gələcəyə” - Ankarada Azərbaycan dilinin inkişaf prosesindən danışılıb
04.08.2026 [12:50]
Türkiyənin paytaxtı Ankarada “Azərbaycan dili və əlifbası: Keçmişdən gələcəyə” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə təşkil edilib.
Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankaradakı Qazi Universitetindəki Azərbaycan Dilinin Tədrisi Ocağında təşkil etdiyi tədbir Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan dilinin əhəmiyyəti və ana dilinin qorunması ilə bağlı fikirlərinin yer aldığı videoçarxın nümayişi ilə başlayıb.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov, Ankara Hacı Bayram Veli Universitetinin müəllimi, dosent İlahə Qurbanlı, Ankara Universitetinin müəllimi, dosent Mehmet Rza Heyət və Azərbaycan Milli Elmlər Akademiyasının dosenti Tahminə Bədəlova çıxış ediblər.
Natiqlər Azərbaycan dilini tarixi, mədəni və elmi aspektlərdən müxtəlif istiqamətlərdə təhlil edib, türk dili ailəsinin aparıcı dili olan Azərbaycan dilinin formalaşmasından və inkişaf prosesindən bəhs ediblər. Həmçinin “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası çərçivəsində Azərbaycan dilinin xaricdə tədrisinə yönəlmiş mədəniyyət siyasətindən danışıblar.
Proqramın akademik sessiyasında onlayn formatda iştirak edən Azərbaycan Atatürk Mərkəzinin direktoru, professor Nizami Cəfərov Azərbaycan əlifbasının tarixi inkişaf mərhələlərindən və dil siyasətinin milli kimliyin formalaşmasındakı əhəmiyyətindən bəhs edib. Nizami Cəfərov, həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətindəki xidmətləri, eləcə də latın əlifbasına keçid prosesi ilə bağlı fikirlərini bölüşüb.
Daha sonra çıxış edən Bürokratlar və Diplomatlar Birliyi Dərnəyinin sədri Yunus Şahin “Azərbaycan türkcəsi: Ortaq kök, güclü miras” mövzusunda məruzəsində Türkiyə ilə Azərbaycan arasında ortaq dil və mədəni irsin iki ölkə arasındakı münasibətlərə verdiyi töhfələrə diqqət çəkib. Ortaq sözlər üzərindən iki xalq arasında mövcud olan güclü bağlardan bəhs edən Yunus Şahin qardaşlığın daha da möhkəmləndirilməsi üçün ortaq dəyərlərin dil vasitəsilə öyrənilməsinin və yaşadılmasının vacibliyini vurğulayıb.
Proqramda, həmçinin Azərbaycan türkcəsi kurslarının məzunu və ədəbiyyatçı Neslihan Yaşar “Mənim Azərbaycan sevgim” mövzusunda çıxış edərək, Azərbaycan türkcəsini öyrənmə prosesinin onda yaratdığı mədəni şüuru və iki qardaş ölkə arasında formalaşan könül bağlarını səmimi ifadələrlə bölüşüb. Çıxışının sonunda isə bir gün əvvəl vəfat edən Azərbaycanın Xalq şairi Nəriman Həsənzadənin “Yaşa dünyada” adlı şeirini səsləndirərək, iştirakçılara duyğulu anlar yaşadıb.
İştirakçıların sualları və aparılan müzakirələrlə davam edən proqram çərçivəsində Azərbaycan dilinin qorunmasının, inkişaf etdirilməsinin və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb. Ortaq dil və mədəni irsin Türk dünyasının birlik və həmrəyliyini gücləndirən ən mühüm dəyərlərdən biri olduğu qeyd edilib.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52

