Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ
03.08.2026 [18:05]
Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qırğızıstandır. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir.
Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik əlaqələrinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan – Qırğızıstan arasında diplomatik əlaqələr 1993-cü ilin yanvar ayında qurulmuşdur. Ulu Öndər Heydər Əliyev 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib.1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında, 1998-ci ilin may ayında Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan–Qırğızıstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır.
Prezident İlham Əliyevin iyulun 31-də Qırğızıstan Respublikasına dövlət səfəri Azərbaycan diplomatiyasının son illərdə qazandığı mühüm uğurların növbəti təsdiqi kimi dəyərləndirilə bilər. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər, qəbul edilən qərarlar və Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə – müttəfiqlik səviyyəsinə yüksəldiyini nümayiş etdirdi. Bu, təkcə ikitərəfli əlaqələrin inkişafı deyil, həm də Türk dünyasında siyasi həmrəyliyin, iqtisadi inteqrasiyanın və ortaq strateji baxışın daha da möhkəmlənməsinin göstəricisidir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müttəfiqlik münasibətləri qarşılıqlı etimadın ən yüksək forması olmaqla yanaşı, ortaq məsuliyyət də yaradır. Bu yanaşma iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsini, regional təhlükəsizlik məsələlərində ortaq mövqedən çıxış etməsini və iqtisadi əməkdaşlığı uzunmüddətli strateji hədəflər əsasında inkişaf etdirməsini nəzərdə tutur. Məhz bu baxımdan Çolpon-Atada keçirilən danışıqlar təkcə bugünkü münasibətlərin deyil, gələcək onilliklərin əməkdaşlıq modelini müəyyənləşdirən siyasi platforma kimi qiymətləndirilə bilər.
Səfərin ən mühüm nəticələrindən biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması barədə qəbul edilən qərardır. Bu addım tərəflərin iqtisadi əməkdaşlığın perspektivlərinə olan inamını əks etdirir. Fond artıq hər iki ölkədə müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsində mühüm rol oynayır və yeni qərar onun fəaliyyət imkanlarını daha da genişləndirəcək.
İnvestisiya Fondunun əsas üstünlüyü yalnız maliyyə resurslarının artırılması deyil. Bu mexanizm sənaye, kənd təsərrüfatı, logistika, turizm və emal sənayesi kimi sahələrdə birgə layihələrin həyata keçirilməsinə, yeni müəssisələrin yaradılmasına, müasir texnologiyaların tətbiqinə və əlavə iş yerlərinin açılmasına imkan yaradır. Beləliklə, iqtisadi əməkdaşlıq artıq ticarət dövriyyəsinin artması ilə məhdudlaşmır, real istehsal və ortaq iqtisadi dəyər yaradılmasına xidmət edən strateji xarakter alır.
Bu əməkdaşlığın uğurlu nümunələrindən biri İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa olunan "Baku Resort & SPA" mehmanxanasıdır. Layihə Azərbaycanın xarici investisiya siyasətinin uğurlu nümunəsi olmaqla yanaşı, iki ölkə arasında iqtisadi etimadın praktik nəticəsini nümayiş etdirir. Turizm sektoruna yönəlmiş bu investisiya həm Qırğızıstan iqtisadiyyatına töhfə verir, həm də Azərbaycan kapitalının beynəlxalq layihələrdə səmərəli iştirak imkanlarını genişləndirir.
Azərbaycan və Qırğızıstan münasibətlərinin fərqləndirici cəhəti ondan ibarətdir ki, siyasi və iqtisadi tərəfdaşlıq ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə tamamlanır. Qarabağın bərpasına Qırğızıstanın verdiyi dəstək, Ağdamda "Manas" adını daşıyan məktəbin inşası, Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldılması və adını daşıyan parkın yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan dostluq parkının salınması xalqlar arasında münasibətlərin yalnız dövlətlərarası əməkdaşlıqla məhdudlaşmadığını göstərir.
Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə dost ölkələrin verdiyi töhfə həm beynəlxalq həmrəyliyin, həm də Türk dünyasının birliyinin praktik təzahürüdür. Ağdamdakı "Manas" məktəbi yalnız təhsil ocağı deyil, qardaş xalqların ortaq tarixinin, qarşılıqlı hörmətinin və gələcəyə yönəlmiş əməkdaşlığının rəmzidir.
Son illər Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsi fonunda Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq daha intensiv xarakter alıb. Orta Dəhlizin inkişafı, nəqliyyat və logistika marşrutlarının şaxələndirilməsi, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyat istiqamətində həyata keçirilən layihələr bu əməkdaşlığa yeni məzmun qazandırır. Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qəbul olunması isə ölkəmizin regionun ayrılmaz tərəfdaşı kimi qəbul edildiyini göstərən mühüm siyasi hadisədir.
Bu qərar Azərbaycanın geostrateji əhəmiyyətinin artmasının məntiqi nəticəsidir. Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevrilən Azərbaycan bu gün Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxışında etibarlı tərəfdaş rolunu uğurla yerinə yetirir. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz, Xəzər üzərindən beynəlxalq yükdaşımalar və yeni logistika layihələri Azərbaycanı Türk dünyasının iqtisadi inteqrasiyasında aparıcı ölkələrdən birinə çevirib.
Səfər çərçivəsində dövlət başçılarına qarşılıqlı şəkildə ali dövlət mükafatlarının təqdim olunması da xüsusi siyasi məna daşıyır. Prezident İlham Əliyevin Qırğız Respublikasının I dərəcəli "Manas" ordeni, Prezident Sadır Japarovun isə Azərbaycanın "Heydər Əliyev" ordeni ilə təltif edilməsi iki ölkə arasında formalaşmış yüksək etimadın və strateji tərəfdaşlığın rəmzi ifadəsidir. Bu, eyni zamanda, dövlət rəhbərlərinin Türk dünyasının birliyinə, regional əməkdaşlığın inkişafına və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə verdikləri töhfəyə verilən yüksək qiymətdir.
Prezident İlham Əliyevin bu səfəri bir daha sübut etdi ki, Azərbaycan regional və qlobal proseslərdə etibarlı tərəfdaş, təşəbbüskar dövlət və Türk dünyasının birliyini möhkəmləndirən aparıcı siyasi mərkəzlərdən biri kimi mövqeyini ardıcıl şəkildə gücləndirir. Müttəfiqlik münasibətlərinin yeni mərhələsi isə iki qardaş ölkənin deyil, bütövlükdə Türk dünyasının gələcək inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

