Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / BMT Türkmənistanın təşəbbüsü ilə 2028-ci ili Beynəlxalq Hüquq İli elan edib

BMT Türkmənistanın təşəbbüsü ilə 2028-ci ili Beynəlxalq Hüquq İli elan edib

27.07.2026 [21:59]

BMT Baş Assambleyası 2028-ci ili Beynəlxalq Hüquq İli elan edən qətnamə qəbul edib. AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, qətnamənin təşəbbüskarı Türkmənistandır.

Qəbul edilmiş qətnamədə beynəlxalq hüquqa riayət olunmasının və ona hörmət edilməsinin sülhün və təhlükəsizliyin qorunması, çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, dövlətlər arasında dostluq münasibətlərinin inkişafı üçün zəruriliyi vurğulanır.

Sənəddə BMT-nin üzv dövlətləri, təşkilatın strukturları və digər maraqlı tərəflər 2028-ci il ərzində beynəlxalq hüququn təşviqinə yönəlmiş təhsil, elmi və maarifləndirmə tədbirləri keçirməyə çağırılır.

Qətnamədə mübahisələrin sülh yolu ilə həllinə, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə və hüquqi təhsilin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. O, həmçinin gənclərin, elmi ictimaiyyətin nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının və hüquqşünasların beynəlxalq hüquq prinsiplərinin təşviqinə daha fəal cəlb edilməsini təklif edir.

Baş Assambleya, həmçinin Türkmənistanın 2028-ci ilin dekabr ayında Beynəlxalq Hüquq üzrə Qlobal Forum keçirmək təşəbbüsünü alqışlayıb. Forumun bu çərçivədə əsas tədbir olacağı və BMT-nin üzv dövlətlərini, beynəlxalq təşkilatları, akademik ictimaiyyətin nümayəndələrini və vətəndaş cəmiyyətini bir araya gətirəcəyi gözlənilir.

Beynəlxalq Hüquq İlinin elan edilməsi BMT-nin Beynəlxalq Hüquqa Yardım Proqramının həyata keçirilməsi və Beynəlxalq Hüquq Komissiyasının fəaliyyəti də daxil olmaqla, beynəlxalq hüququn tədrisi və öyrənilməsini inkişaf etdirmək üçün uzunmüddətli səylər əsaslanır.

Paylaş:
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31