/ / Azərbaycan Milli Mətbuatının yaranmasının 151 illiyi münasibətilə “Milli Mətbuat - dövlətçilik və milli dəyərlərin keşikçisi” adlı tədbir keçirilib
Azərbaycan Milli Mətbuatının yaranmasının 151 illiyi münasibətilə “Milli Mətbuat - dövlətçilik və milli dəyərlərin keşikçisi” adlı tədbir keçirilib
22.07.2026 [22:03]
YAP Yasamal rayon təşkilatının və Mərkəzi Elmi Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının yaranmasının 151 illiyi münasibətilə “Milli Mətbuat - dövlətçilik və milli dəyərlərin keşikçisi” adlı tədbir baş tutub.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, “Səs” qəzetinin təsisçisi və baş redaktoru Bəhruz Quliyev, YAP Yasamal rayon təşkilatının və AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşları, ərazi partiya təşkilatlarının üzvləri, media nümayəndələri və ictimai xadimlər iştirak edib.
Tədbiri giriş nitqi ilə açan MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov öncə media nümayəndələrinə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təbrikini çatdırıb. MEK rəhbəri cəmiyyətin maariflənməsində, obyektiv informasiyanın çatdırılmasında və milli-mənəvi dəyərlərimizin təbliğində mətbuatın mühüm rol oynadığını bildirib. Direktor qeyd edib ki, Mərkəzi Elmi Kitabxana ilə media arasında formalaşmış səmərəli əməkdaşlıq elmin, kitabın və mütaliə mədəniyyətinin geniş ictimaiyyətə çatdırılmasına əhəmiyyətli töhfə verir. “Kitabxanamızın fəaliyyətinin işıqlandırılmasında göstərdiyiniz dəstəyi yüksək qiymətləndiririk və bir daha hər birinizi Milli Mətbuat Günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları və peşə fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram”, - deyə kitabxana rəhbəri vurğulayıb.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında Azərbaycan mətbuatının dövlətçilik tarixindəki mühüm rolundan danışıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkədə olduğu kimi, milli mətbuatın inkişafında da yeni mərhələnin əsasını qoyub. Qeyd edib ki, 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman mətbuatın sərbəst fəaliyyətinin təmin olunması və medianın demokratik inkişafına xidmət edən mühüm sənədlərdən biri olub.
B.Nəbiyev vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni inkişaf mərhələsinə qədəm qoyub. O qeyd edib ki, 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycan mediası yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirərək ölkənin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, dezinformasiyaya qarşı mübarizəyə və tarixi Zəfərin salnaməsinin yaradılmasına mühüm töhfə verib. Sonda Bəxtiyar Nəbiyev media nümayəndələrini 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib.
Tədbirdə “Səs” qəzetinin təsisçisi və baş redaktoru Bəhruz Quliyev əsas məruzə ilə çıxış edərək bildirib ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən 151 il ərzində xalqın maariflənməsində, milli özünüdərkin formalaşmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynayıb.
O, Azərbaycan mətbuatının inkişaf tarixini çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti, sovet dövrü və müstəqillik mərhələləri üzrə təhlil edərək, hər bir dövrdə mətbuatın cəmiyyətin ictimai-siyasi həyatına verdiyi töhfələrdən bəhs edib. Məruzədə Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli və digər görkəmli ziyalıların milli mətbuatın və dövlətçilik ideyalarının formalaşmasındakı xidmətləri xüsusi vurğulanıb.
Bəhruz Quliyev qeyd edib ki, müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi media siyasəti Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin əsasını qoyub, 1998-ci ildə senzuranın ləğvi isə söz və mətbuat azadlığının təmin olunmasında tarixi addım olub. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, media sahəsində həyata keçirilən islahatlar və rəqəmsallaşma prosesi Azərbaycan informasiya məkanının inkişafına mühüm töhfə verir.
Sonda natiq vurğulayıb ki, “Əkinçi”dən başlanan 151 illik yol bu gün müasir rəqəmsal media mərhələsində davam edir və Azərbaycan mətbuatı bundan sonra da dövlətçilik dəyərlərinin qorunmasına, cəmiyyətin obyektiv məlumatlandırılmasına və ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə xidmət edəcək.
MEK-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mina İbrahimova da öz növbəsində Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolundan, onun dövlətçilik, milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətin maarifləndirilməsindəki rolundan bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu media siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, postmüharibə dövründə isə Azərbaycan mediasının ölkənin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, dezinformasiyaya qarşı mübarizə və dövlət maraqlarının müdafiəsində mühüm xidmətlər göstərdiyini vurğulayıb. Çıxışda, həmçinin Mərkəzi Elmi Kitabxananın fəaliyyətinin işıqlandırılmasında media nümayəndələrinin rolu yüksək qiymətləndirilib.
Tədbirin sonunda Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndəsi YAP Yasamal rayonu təşkilatı tərəfindən Fəxri Fərman və Təşəkkürnamə, həmçinin Mərkəzi Elmi Kitabxana tərəfindən Təşəkkürnamə ilə təltif edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi başa çatıb.
Daha sonra iştirakçılar Mərkəzi Elmi Kitabxananın Sərgi salonunda nümayiş etdirilən daimi və tematik sərgilərlə tanış olublar, bu günün tarixini əks etdirən kitab sərgisinə baxış keçiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35

