/ / Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri beynəlxalq medianın diqqət mərkəzində qalmaqdadır
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri beynəlxalq medianın diqqət mərkəzində qalmaqdadır
22.07.2026 [19:57]
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri beynəlxalq media tərəfindən geniş işıqlandırılmaqdadır.
AZƏRTAC xəbər verir ki, dünyanın bir sıra ölkələrinin müxtəlif qurumlarının media resursları, eləcə də beynəlxalq səviyyədə informasiya yayımı həyata keçirən nəşrlər səfər çərçivəsində keçirilən görüşlər, Azərbaycan-Almaniya əməkdaşlığının daha da dərinləşdirilməsi istiqamətində aparılan müzakirələr, ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin imzalanmasını və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasını, eləcə də liderlərin mətbuata bəyanatlarında səsləndirdikləri fikirləri geniş işıqlandırıblar.
Almaniya Xarici İşlər Nazirliyi (XİN) Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri çərçivəsində ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin imzalanmasını qarşılıqlı münasibətlərin inkişafı baxımından mühüm addım kimi qiymətləndirib. Nazirliyin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner X platformasında Almaniya XİN adından etdiyi paylaşımda sənədin iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyini vurğulayıb.
“Bu gün Almaniya ilə Azərbaycan arasındakı güclü münasibətləri Strateji Gündəlik vasitəsilə daha da dərinləşdirdik. Müxtəlif sahələr üzrə əməkdaşlığımızı genişləndirmək üçün çalışacağıq və Ermənistanla Azərbaycan arasında münasibətlərdə yaranmış tarixi dinamikanı alqışlayırıq”, - deyə paylaşımda qeyd olunub. Paylaşımda, həmçinin Birgə Bəyannamənin tam mətni də təqdim olunub.
Dövlətimizin başçısının səfəri Vyetnam mediası tərəfindən də geniş işıqlandırılıb. Bu ölkənin “Vietnam.vn”, “Baomoi.com” və “Quang Minh Viet Nam” portalları Prezident İlham Əliyevin rəsmi səfərini əsasən enerji təhlükəsizliyi, strateji tərəfdaşlıq və nəqliyyat-logistika əməkdaşlığı kontekstində işıqlandırıb. Nəşrlər Almaniyanın Azərbaycanla Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamasını və enerji, nəqliyyat, ticarət, investisiya, infrastruktur, elm və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsini səfərin əsas nəticələri kimi təqdim ediblər. Məqalələrdə xüsusilə Avropanın Rusiyadan enerji resurslarından asılılığının azaldılması fonunda Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi artan rolu, Cənub Qaz Dəhlizinin əhəmiyyəti və Almaniyaya qaz tədarükünün artırılması perspektivi vurğulanıb. Eyni zamanda, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən, geosiyasi risklər fonunda alternativ və strateji nəqliyyat marşrutu kimi təqdim olunub, Azərbaycanın Ələt limanına və tranzit infrastrukturuna yatırımları Avropanın təchizat zəncirlərinin şaxələndirilməsi baxımından mühüm amil kimi qiymətləndirilir.
Ümumilikdə, Vyetnam mediası Azərbaycan-Almaniya münasibətlərini təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də Avropanın enerji təhlükəsizliyi, regional bağlantıların inkişafı və qlobal logistika sistemlərinin yenidən formalaşması prosesinin mühüm elementi kimi təqdim edib.
Küveytin “Nabd.com” xəbər portalı da Azərbaycan Prezidentinin səfərini əsasən enerji təhlükəsizliyi, ticarət əlaqələri və Avropanın Rusiyanın enerji asılılığından çıxış strategiyası kontekstində təqdim edib. Məqalədə Almaniyanın Azərbaycan qazına marağı, Cənub Qaz Dəhlizinin rolu, mümkün qaz ixracının artırılması və Orta Dəhlizin Avropa ilə Asiya arasında ticarətdə əhəmiyyəti vurğulanıb. Bu baxımdan Azərbaycan-Almaniya əməkdaşlığı təkcə regional deyil, daha geniş qlobal enerji və logistika proseslərinin bir hissəsi kimi qiymətləndirilib. Məqalədə Azərbaycanın enerji resursları ilə yanaşı, tranzit imkanlarının da Avropa üçün strateji dəyər qazandığı xüsusi vurğulanıb.
Bir sıra beynəlxalq media qurumları Bakıda Rusiya və Almaniyanın keçmiş yüksəkvəzifəli nümayəndələri arasında Ukraynadakı müharibənin dayandırılması imkanlarının müzakirə olunduğu qeyri-rəsmi görüş barədə Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamasına geniş yer veriblər. Bu barədə xəbərlər əsasən Azərbaycanın bu təmas barədə əvvəlcədən məlumatlandırılmadığı və Kansler Fridrix Mertsin Almaniya hökumətinin həmin görüşə aidiyyəti olmadığını bildirməsi kontekstində təqdim edilib. Bu mövzuda məlumatlar Polşanın “Rzeczpospolita”, “Onet”, “Interia”, “Money.pl” və “Newsweek Polska”, Rumıniyanın “Digi24”, “HotNews” və “News.ro”, Xorvatiyanın “Index.hr” və “Dnevnik.hr”, Bolqarıstanın “Dnevnik”, “Focus News”, “News.bg” və “Vesti.bg”, Slovakiyanın “SME”, “Teraz.sk” və “Topky.sk” nəşrlərində yayımlanıb.
Bir sıra digər media qurumlarının materiallarında isə əsas diqqət Prezident İlham Əliyevin açıqlamasının beynəlxalq siyasi gündəmdə əks-sədası, Ukrayna müharibəsi ilə bağlı mümkün diplomatik təmaslar və tərəflərin mövqeləri üzərində cəmlənib. Məlumatlar Serbiyanın “Politika”, “Tanjug”, “Novosti” və “N1 Srbija”, Bosniya və Herseqovinanın “Oslobođenje” və “Vijesti.ba”, Xorvatiyanın “HRT”, Türkiyənin “Habertürk” və “Haberler”, Gürcüstanın “1TV.ge” və “Imedi News”, İspaniyanın “ABC”, Cənubi Koreyanın “KBS World” kimi media platformalarında da yayımlanıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50

