Samuxda İnformasiya mübarizəsi və müasir gənclik mövzusunda dəyirmi masa keçirilib
21.07.2026 [14:48]
İyulun 21-də YAP Samux rayon təşkilatında Samux rayon İcra Hakimiyyətinin, YAP Samux rayon təşkilatının və Gəncə - Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Günü münasibətilə “İnformasiya mübarizəsi və müasir gənclik” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Həsən bəy Zərdabinin 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı bu gün müasir çağırışlara uyğun inkişaf edərək ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasında, ictimai rəyin formalaşdırılmasında və dövlət siyasətinin cəmiyyətə düzgün çatdırılmasında mühüm missiya yerinə yetirir. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə peşəkar, operativ və məsuliyyətli jurnalistikanın əhəmiyyəti daha da artır.
Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə media sahəsinin inkişafı, söz və məlumat azadlığının təmin olunması, informasiya mühitinin təkmilləşdirilməsi və jurnalistlərin fəaliyyətinin dəstəklənməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Bu siyasətin mühüm tərkib hissəsi kimi keçirilən IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan nüfuzunu bir daha nümayiş etdirib. Dünyanın müxtəlif ölkələrindən media rəhbərlərinin, jurnalistlərin, ekspertlərin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi forum ölkəmizin qlobal media dialoqunun mühüm platformalarından birinə çevrildiyini təsdiqləyib.
Daha sonra tədbirdə iştirak edən Samux rayon İcra Hakimiyyəti Başçısının Aparatının müavini - ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux şəhər Ağsaqqallar Şurasının üzvü Gəray Bayramov, Yeni Samux qəzetinin baş redaktoru Azər Əhmədov və Samux rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Tural Qurbanov çıxış edərək bildiriblər ki, beynəlxalq tədbirlərin məhz Şuşada keçirilməsi Azərbaycanın əldə etdiyi tarixi Zəfərin yaratdığı yeni reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Forum çərçivəsində aparılan müzakirələr dezinformasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyinin gücləndirilməsi, süni intellekt dövründə medianın üzərinə düşən vəzifələr və peşəkar jurnalistikanın gələcəyi kimi aktual məsələləri əhatə edib. Bu platforma Azərbaycanın haqq səsinin beynəlxalq auditoriyaya daha geniş çatdırılmasına, ölkəmizin mövqeyinin obyektiv şəkildə təqdim olunmasına və beynəlxalq media ilə əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.
Bildiriblər ki, müasir dövrdə güclü media yalnız cəmiyyətin məlumatlandırılması vasitəsi deyil, eyni zamanda dövlətin milli maraqlarının qorunmasına, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına və informasiya təhlükəsizliyinin təmin edilməsinə xidmət edən mühüm strateji amildir. Bu baxımdan Azərbaycanda media sahəsində aparılan islahatlar və beynəlxalq media əməkdaşlığının genişləndirilməsi ölkənin davamlı inkişafına və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Söz və məlumat azadlığının təmin olunması, müasir media mühitinin formalaşdırılması, jurnalistlərin peşəkarlığının artırılması və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

