Yaponiyanın mərkəzi prefekturasında temperatur 40 dərəcə Selsini keçib
21.07.2026 [20:45]
Yaponiyanın mərkəzi hissəsindəki üç şəhərdə çərşənbə axşamı günü 40 dərəcə Selsi və daha yüksək temperatur müşahidə edilib ki, bu da Yaponiya Meteorologiya Agentliyinin bu ilin əvvəlində yeni istilik xəbərdarlığı kateqoriyasını tətbiq etməsindən bəri ölkənin ilk rəsmi olaraq “kokuşobi” və ya “sərt isti gün” adlandırdığı vəziyyətdir.
AZƏRTAC xəbər verir ki, “Kyodo” agentliyinin məlumatına görə, Gifu prefekturasındakı Tayimi və Quyo şəhərlərində müvafiq olaraq 40,3 dərəcə və 40 dərəcə Selsi temperatur qeydə alınıb, qonşu Ayçi prefekturasındakı Toyoda isə 40,1 dərəcə səviyyəsinə çatıb.
Aprel ayında tətbiq edilən “kokuşobi” termini temperaturun ən azı 40 dərəcə Selsi səviyyəsinə çatdığı günlərə aiddir və həyati təhlükə yaradan istilik şəraiti barədə ictimaiyyətin məlumatlılığını artırmaq məqsədi daşıyır.
Meteorologiya agentliyi bildirib ki, bazar günündən bəri Yaponiya arxipelaqının böyük hissəsini əhatə edən güclü yüksək təzyiq sistemi həm səthi, həm də yuxarı səviyyəli havanı isidib və temperaturu kəskin şəkildə artırıb.
Günortadan sonra Yaponiyanın 914 hava müşahidə məntəqəsindən 731-də maksimum 30 dərəcə və daha yüksək temperatur qeydə alınıb. Bunlardan 272-si “moşobi” və ya “həddindən artıq isti günlər, üç şəhərdə isə 40 dərəcə göstəricisi ayrıca “kokuşobi” kimi təsnif edilib.
“Kyodo”nun məlumatına görə, digər böyük şəhərlərdə də anomal istilər müşahidə olunub. Naqoyada temperatur 39,7 dərəcə, Saytama prefekturasında isə 38,6 dərəcə Selsi olub.
Meteorologiya agentliyi çərşənbə günü Yaponiyanın bir çox yerində təhlükəli dərəcədə yüksək temperaturun davam edəcəyi barədə xəbərdarlıq edib və sakinləri isti hava ilə əlaqəli xəstəliklərə qarşı tədbirlər görməyə, o cümlədən susuz qalmamağa, uzun müddət açıq havada gəzməməyə və mümkün olduqda kondisionerdən istifadə etməyə çağırıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41

