/ / ABŞ rəhbərliyi ölkəmizi etibarlı tərəfdaş və regional sabitliyi təmin edən güc mərkəzi kimi qəbul edir
ABŞ rəhbərliyi ölkəmizi etibarlı tərəfdaş və regional sabitliyi təmin edən güc mərkəzi kimi qəbul edir
17.07.2026 [12:11]
Məlumdur ki, beynəlxalq münasibətlər sistemində liderlər səviyyəsində qurulan şəxsi etimad, qarşılıqlı hörmət və strateji dialoq dövlətlərarası əlaqələrin dinamikasına təsir edən ən mühüm amillərdən biridir. Bu təsdiqlənmiş bir reallıqdır. Elə götürək Azərbaycan-ABŞ nümunəsini.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin onun haqqında səsləndirdiyi fikirlərin yer aldığı məqaləni özünün "Truth" sosial şəbəkə hesabında paylaşıb. Geniş məqalə "Breitbart"da dərc olunub. "Azərbaycan Prezidenti İlham Əliyev Donald Trampı sülh adamı adlandırdı və Ermənistan-Azərbaycan razılaşmasını onun xidmətləri ilə əlaqələndirdi" başlıqlı məqalədə dövlətimizin başçısının Prezident Donald Tramp və onun komandasının Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəliləməsinə mühüm töhfə verdiyi, Trampı isə sülh insanı kimi xarakterizə etdiyi vurğulanıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin bu açıqlamaları iyulun 13-də keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində beynəlxalq media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirilib. Donald Trampın sülhsevər və sülhü gətirə biləcək insan olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, Donald Tramp dünyanın müxtəlif bölgələrində artıq 8 müharibəni dayandırıb: "Bu onun baxışı, təbiəti və siyasətidir. Azərbaycan-Ermənistan məsələsində də onun rolu çox vacib idi, çünki Azərbaycan və Ermənistan danışıqların yekun mərhələsində olarkən Tramp və onun komandası elə bir çərçivə yaratdı ki, sülh mümkün oldu". Prezident İlham Əliyev həmkarı Donald Trampla həm ötən ilin avqustunda Vaşinqtondakı, həm bu ilin yanvarında Davosdakı görüşlərini və vitse-prezident Ceyms Devid Vensin Azərbaycana səfərini xatırladaraq iki ölkə arasındakı münasibətlərə toxunub: "Bütün bu meyarlar nümayiş etdirir ki, Azərbaycan-ABŞ münasibətləri hazırda pik səviyyədədir".
Xüsusilə qeyd etmək lazımdır ki, ABŞ Prezidenti Donald Trampın sözügedən paylaşımından sonra Azərbaycan Prezidenti İlham Əliyev həmkarına təşəkkürünü bildirib. Dövlətimizin başçısı növbəti dəfə Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh prosesində oynadığı rolu yüksək qiymətləndirib: "Cənab Prezident, Şuşa Qlobal Media Forumunda səsləndirdiyim və "Breitbart"ın istinad etdiyi çıxışımı paylaşdığınıza görə Sizə təşəkkür edirəm. Həmin çıxışımda Sizi "Sülh adamı" adlandırmışdım". Vaşinqtonda keçirilmiş tarixi sammitin birinci ildönümünə bir aydan az vaxt qaldığını xatırladan Prezident İlham Əliyev bu münasibətlə Donald Trampa bir daha minnətdarlığını ifadə edib: "Sizin liderliyiniz regionumuzun sülhə, sabitliyə və rifaha daha da yaxınlaşmasına tarixi töhfə verib".
Onu da qeyd edək ki, Donald Trampın Prezident İlham Əliyevin onun haqqında səsləndirdiyi fikirlərin yer aldığı məqaləni özünün rəsmi sosial platformasında paylaşması Azərbaycan dövlətinin və onun liderinin qlobal miqyasda qəbul olunan nüfuzunun bariz göstəricisidir. Eyni zamanda dövlətimizin başçısının rəyinin dünya nəhəngləri tərəfindən yüksək dəyərləndirildiyinin təzahürüdür. Eləcə də Bakı ilə Vaşinqton arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının təcəssümüdür. Azərbaycan Prezidentinin Şuşa Forumunda səsləndirdiyi fikirlərin Ağ Ev rəhbəri tərəfindən dərhal paylaşılması rəsmi Bakının xarici siyasət gündəliyinin Vaşinqtonda nə dərəcədə yaxından izlənildiyini də nümayiş etdirir. Bu, həm də İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni regional reallıqların dünyanın birnömrəli gücü tərəfindən tam qəbul olunmasının növbəti təsdiqidir. Dəfələrlə qeyd olunduğu kimi, ABŞ-nin əvvəlki administrasiyasının birtərəfli və qərəzli yanaşmalarından fərqli olaraq, Donald Tramp və onun komandası tərəflərin maraqlarına hörmət edən, balanslaşdırılmış və nəticəyə yönəlmiş sülh platformasının təşəbbüskarı olub. Məhz bu konstruktiv çərçivə Cənubi Qafqazda tarixi sülhün əldə olunmasında mühüm rol oynayıb. Dövlətimizin başçısı bu məqamı vurğulayaraq həmkarına təşəkkürünü bildirib.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin ABŞ Prezidenti ilə ötən ilin avqustunda Vaşinqtonda, bu ilin yanvarında Davos İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlər, eləcə də ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri Bakı-Vaşinqton əlaqələrindəki intensivliyin əsas göstəriciləridir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bütün yüksəksəviyyəli təmaslar Azərbaycan - ABŞ münasibətlərinin hazırda pik səviyyədə olduğunun isbatıdır. Sirr deyil ki, münasibətlərin bu səviyyəyə yüksəlməsi Azərbaycanın regionda təhlükəsizliyin qarantı, qlobal enerji və nəqliyyat dəhlizlərinin mərkəzi kimi çıxış etməsi ilə birbaşa bağlıdır. ABŞ rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş, müstəqil xarici siyasət yürüdən və regional sabitliyi təmin edən güc mərkəzi kimi qəbul edir. Bununla həm də ölkəmizin regionun əsas geosiyasi oyunçusu və sülhün əsas memarı olduğunu təsdiqləyir.
Ən əsası, ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevin sözlərini paylaşması Azərbaycan liderinin qlobal nüfuzunun bariz göstəricisidir!
Arif Kərimov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Təhsil Sektoru ərazi partiya təşkilatının üzvü, partiya veteranı
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28

