Ölkədə nəqliyyat sektorunun gəlirləri 8 faiz artıb
14.07.2026 [14:41]
Azərbaycanda nəqliyyat sektorunun gəlirləri 8 faiz artıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, son illər ərzində Azərbaycanın beynəlxalq tranzit qovşağına çevrilməsi, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması, mülki aviasiya donanmasının modernləşdirilməsi, yeni tranzit marşrutlarının yaradılması, avtobus və taksi parkının yenilənməsi, həmçinin Bakı şəhərində mobilliyin artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində nəqliyyat sektoru ölkə iqtisadiyyatının əsas sahələrindən birinə çevrilib. Xüsusilə tranzit daşımalarında əldə olunan nəticələr Azərbaycanın Avrasiya məkanında etibarlı tranzit tərəfdaşı kimi mövqeyinin daha da möhkəmləndiyini göstərir. Bu ilin birinci yarısında ölkə ərazisindən keçən tranzit yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artaraq 7,7 milyon tonu ötüb. Bu artım Azərbaycanın beynəlxalq ticarət marşrutlarında rolunun gücləndiyini və Orta Dəhliz üzrə strateji tranzit qovşağı kimi mövqeyinin daha da möhkəmləndiyini təsdiqləyir.
Bundan əlavə, hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5 faiz artaraq 1,9 milyon nəfərə, tranzit sərnişinlərin sayı isə 40 faiz artaraq 276 min nəfərə çatıb. Görülən işlər nəticəsində ilin birinci yarısında Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8 faiz artaraq 7,8 milyard manatı ötüb. Bununla da sektorun ÜDM-də payı 6,7 faizdən 7,3 faizə yüksəlib.
Xəbər lenti
Hamısına baxGündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43

