YAP Xəzər rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis olundu
13.07.2026 [12:16]
Xəzər rayonu, Zirə qəsəbəsi, Cəlal Əliyev küçəsi 1 ünvanında Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının yeni ərazi partiya təşkilatının təsis olunması məqsədilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov Yeni Azərbaycan Partiyasının müasir müstəqil Azərbaycan dövlətinin inkişafında mühüm rolundan bəhs edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında yaradılan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvə kimi fəaliyyətini davam etdirir. O vurğulayıb ki, partiyanın həyata keçirdiyi təşəbbüslər və qəbul etdiyi qərarlar dövlətimizin daha da möhkəmlənməsinə, vətəndaşların rifah halının yüksəldilməsinə, milli həmrəyliyin gücləndirilməsinə xidmət edir. Yeni Azərbaycan Partiyası ötən dövr ərzində qazandığı uğurlarla dünənin, bu günün və gələcəyin partiyası olduğunu təsdiqləyərək yeni hədəflərə doğru inamla irəliləyir. Siyasət Həsənov həmçinin ərazi partiya təşkilatlarının fəaliyyətinin partiyanın yerli strukturlarının gücləndirilməsində, üzvlərlə səmərəli işin təşkilində, dövlət siyasətinin təbliğində və cəmiyyətlə sıx əlaqələrin qurulmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, yeni yaradılacaq ərazi təşkilatının da bu istiqamətdə fəal fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.
Daha sonra çıxış edən Zirə bələdiyyəsinin sədr müavini Anar Hüseynli ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirərək qeyd edib ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə mühüm nailiyyətlər əldə edir. O vurğulayıb ki, hazırda qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin davam etdirilməsi, Böyük Qayıdış Proqramının uğurla icrası və soydaşlarımızın doğma yurd-yuvalarına təhlükəsiz şəkildə qayıdışının təmin edilməsidir.
Anar Hüseynli bildirib ki, Heydər Əliyev ideyalarının və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçısı olan hər bir Yeni Azərbaycan Partiyası üzvü ölkəmizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və cəmiyyətin rifahı naminə üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə çalışır. O, yeni yaradılan ərazi partiya təşkilatının da bu istiqamətdə fəal fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirib.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb, ərazi partiya təşkilatının yaradılması ilə bağlı qərar qəbul edilib. Daha sonra partiyanın ərazi təşkilatına sədr və sədr müavininin seçilməsi məqsədilə açıq səsvermə keçirilib.
İştirakçıların yekdil rəyi ilə Anar Hüseynli ərazi partiya təşkilatının sədri, Vüsalə Atayeva isə sədr müavini seçilib.
Sonda çıxış edən yeni seçilmiş sədr Anar Hüseynli göstərilən etimada görə tədbir iştirakçılarına təşəkkürünü bildirib, ərazi partiya təşkilatının fəaliyyətinin Yeni Azərbaycan Partiyasının proqram və nizamnaməsinə uyğun şəkildə qurulacağını, partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi, üzvlərin fəallığının artırılması və ictimai-siyasi proseslərdə daha yaxından iştirakın təmin edilməsi istiqamətində ardıcıl fəaliyyət göstərəcəklərini qeyd edib. Tədbir iştirakçıları yeni yaradılmış ərazi partiya təşkilatının gələcək fəaliyyətinə uğurlar arzulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21

