Qlobal enerji bazarı: Risklər və gözləntilər
10.07.2026 [11:35]
Qlobal enerji bazarı lakmus kağızına bənzəyir və yalnız iqtisadi proseslərdən təsirlənmir. Geosiyasi amillər, xüsusilə də güc mərkəzlərinin hansısa maraqları naminə manevr etmələri də dərhal burada reaksiya doğurur.
Hazırda qlobal enerji bazarı əsas etibarı ilə Şərqi Avropada və Yaxın Şərqdə uzanan müharibələrdən, Hörmüz boğazı ətrafında yaranan gərginlikdən təsirlənir. Tez-tez adekvat olmayan və proqnozlardan daha çox kənara çıxan proseslər izlənilir - tələblə təklif arasında disbalans yaranır, bir sıra hallarda iqtisadi əsas olmadan qiymətlər dəyişir, istehsal və istehlak həcmlərində kəskin azalma və yaxud artma müşahidə edilir.
Ehtiyatların azalması fonunda artım proqnozu da verilir
Bu günlərdə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) hesabatını təqdim edərək qlobal enerji, xüsusilə də neft bazarının hazırkı vəziyyətinə aydınlıq gətitib. Bildirlir ki, qlobal neft ehtiyatları ilin ikinci rübündə gündəlik orta hesabla 5,1 milyon barel azalıb, üçüncü rübdə isə əlavə 2,2 milyon barel azalacağı gözlənilir.
Qeyd olunur ki, hazırda qlobal neft tələbatı azalma mərhələsinə qədəm qoyub. Yanacaq qiymətlərinin artması, təchizat çatışmazlığı və hökumətlərin yanacaq istehlakını məhdudlaşdırmaq üçün gördüyü tədbirlər son aylarda neft tələbatını aşağı salıb və beləliklə, qlobal neft ehtiyatlarının azalması müəyyən dərəcədə məhdudlaşıb. Qlobal neft istehlakının bu il orta hesabla gündə 1,2 milyon barel azalacağı, bu azalmanın 800 barelinin isə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olmayan ölkələrdən gələcəyi gözlənilir.
Lakin məlum səbəblərdən ayrı-ayrı ölkələrin istehsalı məhdudlaşdırması, qlobal enerji bazarında yanacaq tədarükünün azalması fonunda perspektiv üçün artım proqnozları da verilir. Cari ilin üçüncü rübünün böyük hissəsini əhatə edəcək keçid dövründən sonra neft bazarlarının tədarük bolluğuna qayıtması ehtimal edilir. Təklifin istehlakdan daha sürətli artmağa davam etməsi səbəbindən neft qiymətlərinə aşağı təzyiqin olacağı gözlənilir. Neft qiymətlərinin aşağı düşməsi və təklif axınlarının tam normal vəziyyətə qayıtması ilə neft tələbatının gələn il bərpa olunacağı proqnozlaşdırılır. Qlobal neft istehlakının 2027-ci ildə gündəlik 2 milyon barel artaraq 2025-ci ilin orta göstəricisini sutkada 800 min barel üstələyərək 104,8 milyon barelə çatacağı proqnozlaşdırılır.
Qlobal neft ehtiatları ilə bağlı da belə nikbin proqnozlar verilir. Neft ehtiyatlarının bu ilin dördüncü rübündə gündəlik orta hesabla 2,7 milyon barel, 2027-ci il ərzində isə sutkada orta hesabla 5 milyon barel artacağı gözlənilir.
Bu cür nikbin proqnozlara əsas verən amillər də var. Bildirilir ki, bəzi Körfəz istehsalçıları Hörmüz boğazından istifadə etmədən daşınmaları alternativ marşrutlara yönləndiriblər, bundan başqa, Yaxın Şərqdən kənarda, əsasən Şimali və Cənubi Amerikada istehsalçılar xam neft ixracını artırıblar. Həmçinin ABŞ-ın və bəzi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin strateji neft ehtiyatlarından bazara neft tədarükü bərpa olunub. Neft axınlarının bərpası ilə Yaxın Şərqdə xam neft istehsalının əvvəllər proqnozlaşdırılandan daha məhdud şəkildə azalması gözlənilir. İyun ayında istehsal azalmaları orta hesabla gündəlik 8,3 milyon barel təşkil edib ki, bu da may ayında qeydə alınan sutkalıq 11,2 milyon barel pik səviyyəsindən aşağıdır. İlin sonuna qədər xam neft istehsalı və ticarətinin əksəriyyətinin münaqişədən əvvəlki səviyyələrə yaxınlaşacağı gözlənilsə də, dördüncü rübdə gündəlik orta hesabla 1,4 milyon barel istehsalın dayandırılacağı, bu istehsal gücünün böyük hissəsinin isə 2027-ci ilin birinci rübündə yenidən bərpa olunacağı proqnozlaşdırılır.
Səudiyyə Ərəbistanından sürpriz qiymət endirimləri
Bu arada dünyanın ən böyük neft istehsalçılarından olan Səudiyyə Ərəbistanından sürpriz sayıla biləcək qiymət endirimləri xəbəri gəlib. Verilən məlumatda bu ölkənin Asiya bazarı üçün “Arab Light” markalı xam neftin rəsmi satış qiymətinə son 26 ildə ən böyük endirim etdiyi bildirilir.
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Aramco” gələn ay üzrə “Arab Light” markalı xam neftin bir barelinin qiymətini 11 dollar endirəcək və bu, regional etalon qiymətdən 1,50 dollar aşağı olacaq. Səudiyyə Ərəbistanı 2020-ci ildən bəri ilk dəfə olaraq nefti endirimli qiymətə satacaq. “Aramco” əvvəllər bu növ nefti yalnız 2020-ci və 2015-ci illərdəki qiymət “müharibələri” zamanı endirimlə satmışdı.
Bundan başqa, fevral ayından bəri ilk dəfə olaraq Səudiyyə Ərəbistanı xam neftini daşıyan iki supertanker ABŞ-a doğru hərəkət edib. Gəmi izləmə məlumatlarına görə, sözügedən iki tanker martın əvvəlində yüklənib və iyunun sonuna qədər Körfəzdə qalıb.
ABŞ-ın Energetika Nazirliyinin məlumatlarına görə, fevralın 28-də Yaxın Şərqdə başlayan müharibədən əvvəl Səudiyyə Ərəbistanı adətən gündəlik təxminən 300 min barel xam nefti ABŞ-ın Körfəzdəki və Qərb sahilindəki neft emalı zavodlarına göndərirdi.
Avropada strateji səhvin bərpası - atom enerjisinə qayıdış
Qlobal yanacaq bazarında izlənilən proseslər fonunda Avropada atom enerjisinə qayıdış gündəmə gəlib. “Avropa İttifaqının atom energetikasının payının azaldılması Avropa üçün strateji səhv olub”. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Fransada keçirilən nüvə energetikası üzrə sammitdə bildirib.”1990-cı ildə Avropada elektrik enerjisinin üçdəbiri atom elektrik stansiyalarında istehsal olunurdu. Hazırda bu göstərici təxminən 15 faizdir. Atom energetikasının payının azaldılması düşünülmüş seçim idi və geriyə baxdıqda demək olar ki, Avropanın etibarlı və əlçatan aşağıkarbonlu enerji mənbəyindən imtina etməsi strateji səhv olub”, - deyə o bildirib.
Fon der Lyayenin sözlərinə görə, Avropa Komissiyası kiçik modul reaktorlarla bağlı yeni Avropa strategiyası təklif edir. Bu reaktorların Avropada ən geci 2030-cu illərdə istismara verilməsi nəzərdə tutulur. Aİ rəsmisi bildirib ki, kiçik modul reaktorlar ənənəvi nüvə reaktorları ilə yanaşı “çevik, təhlükəsiz və səmərəli” Avropa enerji sistemində əsas rol oynamalıdır. Bu, həmçinin Aİ-nin fosil yanacaq idxalından asılılığını azaltmalıdır.
Bundan əlavə, Avropa İttifaqı innovativ nüvə texnologiyalarına investisiyaları dəstəkləmək üçün 200 milyon avro məbləğində zəmanət təqdim edəcəyini bildirib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

