Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ağstafada “Heydər Əliyev İrsi: dünən, bu Gün və sabah” mövzusunda tədbir keçirilib

Ağstafada “Heydər Əliyev İrsi: dünən, bu Gün və sabah” mövzusunda tədbir keçirilib

07.07.2026 [13:07]

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Rafiq Alıcanov 14”, “Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi”, “Dəmiryolu işçiləri” və “Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsi” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə “Heydər Əliyev İrsi: dünən, bu Gün və sabah” mövzusunda tədbir keçirilib.

Tədbirdə ilk öncə partiyamızın qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, Heydər Əliyev Azərbaycanın müasir tarixində mühüm rol oynamış dövlət xadimlərindən biridir. Onun rəhbərliyi dövründə ölkədə siyasi sabitliyin təmin olunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və sosial-iqtisadi inkişaf istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Məhz bu səbəbdən onun fəaliyyəti Azərbaycanın inkişaf tarixində geniş şəkildə öyrənilir və qiymətləndirilir.

Daha sonra çıxış edən natiqlər – Qarayazı Dövlət Təbiət Qoruğunun direktor müavini Elxan Bayramov, “Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi” Ərazi Partiya Təşkilatının fəalı Uday Mustafazadə və “Rafiq Alıcanov 14” Ərazi Partiya Təşkilatının fəalı Tofiq İsmayılov bildiriblər ki, Ulu Öndərin siyasi fəaliyyətinin əsas məqsədlərindən biri müstəqil və güclü dövlət qurmaq idi. O, müxtəlif dövrlərdə idarəçilik təcrübəsi ilə ölkənin inkişafına töhfə vermiş, milli maraqların qorunmasına və dövlət institutlarının formalaşmasına çalışmışdır. Heydər Əliyevin irsi Azərbaycanın tarixinin mühüm hissələrindən biri kimi qiymətləndirilir. Onun fəaliyyəti və dövlətçilik təcrübəsi ölkənin keçmişini anlamaq, bu gününü dəyərləndirmək və gələcəyə baxış formalaşdırmaq baxımından əhəmiyyət kəsb edir.

Paylaş:
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

COP29

Analitik

Diqqət ANKARAYA!!

07 İyul 10:40  

YAP xəbərləri

Ədəbiyyat

Maraqlı

Maraqlı

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31