Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransada muzeydən 4 milyon avro dəyərində zərgərlik məmulatları oğurlanıb

Fransada muzeydən 4 milyon avro dəyərində zərgərlik məmulatları oğurlanıb

06.07.2026 [11:19]

Fransanın şərqində yerləşən Vingen-sur-Moder kommunasındakı Lalique muzeyində oğurluq hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Məlumata görə, muzeydən təxminən 20 zərgərlik məmulatı oğurlanıb. İlkin hesablamalara əsasən, zərərin məbləği 4 milyon avroya yaxındır.

Oğurluq zamanı təhlükəsizlik siqnalizasiyası işə düşsə də, hadisəni törədən şəxslər hadisə yerindən qaçmağa müvəffəq olublar. Hadisə ilə bağlı araşdırma aparılır.

Lalique muzeyi 2011-ci ildə məşhur fransız rəssamı və zərgəri Rene Laliqin irsinə həsr olunaraq açılıb. Muzeyin kolleksiyasında 650-dən çox eksponat nümayiş etdirilir.

Paylaş:
Baxılıb: 337 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31