Alimlər istilik dalğalarının sağlamlıq üçün təhlükə yaratmasının səbəblərini izah ediblər
04.07.2026 [17:33]
Ekstremal isti hava insan sağlamlığı, xüsusən də yaşlılar, hamilə qadınlar, azyaşlı uşaqlar, eləcə də xroniki ürək və böyrək xəstəliklərindən əziyyət çəkən insanlar üçün ciddi təhlükə yarada bilər. Bunu yüksək temperaturun insan orqanizminə təsirinə həsr olunmuş bir sıra elmi tədqiqatların nəticələri də təsdiqləyir.
AZƏRTAC xəbər verir ki, isti havalarda orqanizm özünü soyutmağa çalışdığı üçün ürək daha intensiv işləyir və qanı dərinin səthinə yönəldir. Eyni zamanda, tərləmə artır ki, bu da orqanizmin susuzlaşmasına, qanın qatılaşmasına və qan laxtalanması riskinin yüksəlməsinə səbəb ola bilər. Yüksək temperatur bədənin su-duz balansını tənzimləyən böyrəklərin də iş yükünü artırır. Kifayət qədər maye qəbul edilmədikdə isə böyrək çatışmazlığı riski yüksəlir.
İsveçin Umeo Universitetinin tədqiqatçıları ölüm hallarının artıq 21,7°C temperaturdan etibarən artmağa başladığını göstərən model hazırlayıblar. Hesablamalara görə, temperaturun hər növbəti 1°C yüksəlməsi ilə ölüm riski təxminən 1,8 faiz artır. Maksimum temperatur ardıcıl üç gün ərzində 27°C səviyyəsində qaldıqda ölüm göstəricisi adi dövrlə müqayisədə təxminən 10 faiz, 30°C olduqda isə 20 faiz yüksək olur.
“Nature” jurnalında dərc olunmuş araşdırmaya əsasən, 2022-ci ilin yayında Avropada isti hava nəticəsində 61 mindən çox insan həyatını itirib. İsveçdə isə 2018-ci ilin anomal isti yayında ölüm halları orta göstəricini təxminən 700 nəfər üstələyib. Fransada baş verən son istilik dalğası da ölüm hallarının kəskin artması ilə müşayiət olunub. İyunun 22-dən 28-dək olan həftə ərzində adi səviyyə ilə müqayisədə 2 mindən çox əlavə ölüm halı qeydə alınıb.
Alimlərin sözlərinə görə, ekstremal istilər başa çatdıqdan sonra ölüm göstəricisi qısa müddətdə yenidən normal səviyyəyə qayıdır. Bu isə göstərir ki, istilik dalğalarının qurbanları yalnız onsuz da yaxın vaxtlarda həyatını itirə biləcək ağır xəstələr deyil, həm də ekstremal yüksək temperatur baş verməsəydi həyatını xilas etmək mümkün olan insanlardır.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

