Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qazaxıstanda antiterror təlimləri keçirilir

Qazaxıstanda antiterror təlimləri keçirilir

02.07.2026 [20:16]

Qazaxıstanın Jambıl vilayətinin Taraz şəhərindəki terrorizmə qarşı mübarizə üzrə əməliyyat qərargahı “Taraz-Antiterror-2026” adlı planlı təlimlər keçirir.

AZƏRTAC Qazaxıstan Respublikasının Terrorizmə Qarşı Mübarizə Mərkəzinə istinadla xəbər verir ki, tədbirin əsas məqsədi hüquq-mühafizə orqanlarının və xüsusi təyinatlı qüvvələrin müxtəlif terror təhdidlərinə qarşı mübarizəyə hazırlığını yoxlamaqdır.

Əməliyyat qərargahı təlim tədbirləri ilə əlaqədar sakinləri və qonaqları davam edən təlimlərə, eləcə də ictimai və nəqliyyat vasitələrinin hərəkətinə qoyulan mümkün müvəqqəti məhdudiyyətlərə anlayışla yanaşmağa çağırıb.

Vətəndaşlara şəxsi təhlükəsizlik tədbirlərinə və dövlət orqanları əməkdaşlarının qanuni tələblərinə ciddi şəkildə əməl etmələri tövsiyə olunub.

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

COP29

Analitik

Diqqət ANKARAYA!!

07 İyul 10:40  

YAP xəbərləri

Ədəbiyyat

Maraqlı

Maraqlı

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31