Dostluq münasibətlərinin strateji əməkdaşlıq müstəvisində uğurla davamı
25.06.2026 [11:20]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də ölkəmizə dövlət səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan–Türkmənistan münasibətlərinin hazırkı inkişaf səviyyəsini və gələcək perspektivlərini aydın şəkildə nümayiş etdirdi. Dövlət başçısı cənab İlham Əliyevin çıxışında vurğulanan məqamlar iki qardaş xalq arasında tarixən formalaşmış dostluq münasibətlərinin bu gün strateji əməkdaşlıq müstəvisində uğurla davam etdiyini bir daha təsdiqlədi.
Prezident İlham Əliyev bəyanatında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfərinin əhəmiyyətini xüsusi qeyd edərək, keçirilən təkbətək və geniş tərkibli görüşlər zamanı ikitərəfli münasibətlərin geniş spektrdə müzakirə olunduğunu bildirdi. Görüşlər zamanı siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika əlaqələri, energetika, humanitar və mədəni sahələrdə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı. Bu isə göstərir ki, Bakı ilə Aşqabad arasında münasibətlər yalnız dostluq prinsiplərinə deyil, eyni zamanda qarşılıqlı maraqlara və strateji tərəfdaşlığa əsaslanır. Dövlət başçısı çıxışında Qarabağın bərpası prosesində Türkmənistanın göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi. Xüsusilə, Türkmənistanın Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşasına başlanılmasının qardaş ölkənin Azərbaycan xalqına səmimi münasibətinin və mənəvi dəstəyinin bariz nümunəsi olduğu vurğulandı. Bu addım təkcə iki dövlət arasında münasibətlərin deyil, həm də ortaq tarixi, dini və mədəni dəyərlərin təzahürü kimi qiymətləndirilir. Azərbaycan və Türkmənistan Xəzər hövzəsində yerləşən mühüm dövlətlər kimi regional sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsində xüsusi rol oynayırlar. Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, nəqliyyat-kommunikasiya layihələri və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı hər iki ölkənin əməkdaşlığında əsas istiqamətlərdən biridir. Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycan və Türkmənistanın koordinasiyalı fəaliyyəti regionun tranzit potensialının daha da yüksəlməsinə xidmət edir.
Mətbuata bəyanat zamanı səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan–Türkmənistan münasibətləri yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır, eyni zamanda türk dünyasının birliyi və inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır. Ortaq dil, mədəniyyət, milli-mənəvi dəyərlər və tarixi köklər iki xalqı bir-birinə daha da yaxınlaşdırır. Bu amillər dövlətlərarası əlaqələrin möhkəm təməl üzərində inkişaf etməsini təmin edir.
Səfər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycan–Türkmənistan əməkdaşlığının gələcək inkişafı üçün yeni imkanlar açır. Qarşılıqlı etimada, dostluğa və qardaşlığa əsaslanan münasibətlər bundan sonra da siyasi, iqtisadi və humanitar sahələrdə daha da genişlənəcək, regionda sülhün, sabitliyin və tərəqqinin möhkəmlənməsinə mühüm töhfələr verəcəkdir. Prezident İlham Əliyevin mətbuata bəyanatı məhz bu strateji baxışın və ortaq gələcək hədəflərinin ifadəsi kimi böyük əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50

