Regional sabitliyə aparan yol
16.06.2026 [11:17]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycanın müasir tarixində mühüm siyasi hadisələrdən biri olan Şuşa Bəyannaməsinin imzalanmasının beşinci ili ərəfəsindəyik. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan bu sənəd təkcə iki qardaş dövlət arasındakı münasibətlərin yeni mərhələsini müəyyənləşdirmədi, eyni zamanda Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsinə təsir göstərən mühüm strateji addım kimi tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyəyə yüksəldiyini bütün dünyaya nümayiş etdirdi.
Şuşa şəhərinin sənədin imzalanma məkanı kimi seçilməsi xüsusi rəmzi məna daşıyırdı. Vətən müharibəsində əldə olunan tarixi Zəfərin simvoluna çevrilən Şuşa Azərbaycanın gücünü, iradəsini və milli birliyini təcəssüm etdirir. Məhz bu müqəddəs şəhərdə qəbul edilən bəyannamə işğaldan azad olunmuş torpaqlarda yeni dövrün başlanğıcını ifadə etməklə yanaşı, regionda formalaşan yeni reallıqların siyasi təsdiqi oldu.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında uzun illər ərzində formalaşmış dostluq və qardaşlıq münasibətlərinin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirdi. Sənəd dövlətlərin milli maraqlarının qorunması, suverenlik və ərazi bütövlüyünün müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və qarşılıqlı dəstək kimi fundamental məsələləri özündə ehtiva edir. Bu baxımdan bəyannamə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik mərhələsinə keçidini rəsmiləşdirən mühüm sənəd hesab olunur.
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Bir millət, iki dövlət” ideyası Şuşa Bəyannaməsində özünün ən parlaq siyasi təcəssümünü tapmışdır. Ümummilli Lider hələ illər əvvəl bildirirdi ki, “Azərbaycan ilə Türkiyənin dostluğu və qardaşlığı əbədidir”. Bu gün həmin siyasi xətt Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli fəaliyyəti nəticəsində daha da inkişaf etdirilərək müttəfiqlik səviyyəsinə yüksəldilmişdir.
Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi önəm verilir. Sənəd tərəflərin regional təhlükəsizliyin təmin olunması, müdafiə qabiliyyətinin gücləndirilməsi və qarşılıqlı dəstək mexanizmlərinin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətini nəzərdə tutur. Bu əməkdaşlıq modeli bölgədə sabitliyin qorunmasına, yeni təhlükələrin qarşısının alınmasına və sülhün möhkəmlənməsinə mühüm töhfə verir. Şuşa Bəyannaməsinin əhəmiyyəti yalnız siyasi və hərbi sahələrlə məhdudlaşmır. Sənəddə iqtisadiyyat, enerji, nəqliyyat-logistika, humanitar və mədəni əlaqələrin genişləndirilməsi də prioritet istiqamətlər kimi müəyyən edilib. Xüsusilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, regional kommunikasiyaların bərpası və Türk dünyasının inteqrasiyası baxımından bu sənəd mühüm imkanlar açır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrində Türkiyənin iştirakı iki ölkənin iqtisadi gücünü daha da artırır. Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan-Türkiyə əməkdaşlığı sabitlik və etibarlılıq nümunəsi kimi qiymətləndirilir. Şuşa Bəyannaməsi bu əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirərək regionda sülh və tərəqqiyə xidmət edən mühüm platforma formalaşdırıb. Bu sənəd həm də Türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq maraqların müdafiəsi və qarşılıqlı həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Şuşa Bəyannaməsi bizim gələcək əməkdaşlığımızın yol xəritəsidir”. Həqiqətən də, bu tarixi sənəd Azərbaycan və Türkiyənin ortaq gələcəyini müəyyən edən strateji manifest rolunu oynayır. Bu gün Şuşa Bəyannaməsi iki qardaş xalqın sarsılmaz birliyinin, ortaq milli maraqlarının və gələcəyə hesablanmış siyasi iradəsinin parlaq ifadəsi kimi öz əhəmiyyətini qoruyub saxlayır.
Şuşada imzalanan bu mühüm sənəd bir daha təsdiqlədi ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər zamanın sınağından çıxmış qardaşlıq üzərində qurulub. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin və inkişafın təmin edilməsində bundan sonra da həlledici rol oynayacaq, iki dövlətin ortaq uğurlarına yeni töhfələr verəcəkdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30

