/ / Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq zirvəsini təşkil edən tarixi sənəddir
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq zirvəsini təşkil edən tarixi sənəddir
16.06.2026 [10:53]
2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” müasir tariximizin ən mühüm siyasi hadisələrindən biridir. Milli Qurtuluş Günündə imzalanan bu sənəd iki qardaş dövlət arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldərək strateji tərəfdaşlığı rəsmi müttəfiqlik səviyyəsinə çatdırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Şuşada imzalanan Bəyannamə təkcə iki dövlət üçün deyil, bütövlükdə regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm geosiyasi sənəd kimi tarixə düşdü.
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin hüquqi və siyasi təsdiqi olmaqla yanaşı, bütün dünyaya ünvanlanan mühüm strateji mesajdır. Tarix, mədəniyyət, dil və milli-mənəvi dəyərlərlə bağlı olan iki xalqın münasibətləri bu sənədlə daha da möhkəmləndirildi. İki dövlət arasında əməkdaşlıq ortaq tarixi köklərə, qarşılıqlı etimada və uzunmüddətli strateji hədəflərə əsaslanır. Bəyannamənin Şuşada imzalanması sənədə xüsusi rəmzi məna qazandırdı. Qarabağın mədəniyyət paytaxtında imzalanan bu sənəd Zəfərin siyasi nəticələrinin beynəlxalq səviyyədə təsdiqi kimi dəyərləndirilir. Bəyannamə tərəflərin suverenliyinə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin toxunulmazlığına və milli maraqlarına qarşı yönələn təhdidlərə qarşı birgə fəaliyyət mexanizmlərini müəyyənləşdirir. Sənəd Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişaf xəritəsini müəyyən edən strateji yol xəritəsidir. Bəyannamənin əsas mahiyyəti iki qardaş dövlət arasında mövcud olan əməkdaşlığın sistemli və davamlı şəkildə inkişaf etdirilməsi, regional və qlobal proseslərdə koordinasiyanın gücləndirilməsi, qarşılıqlı dəstək mexanizmlərinin möhkəmləndirilməsindən ibarətdir.
Şuşa Bəyannaməsi yalnız siyasi və hərbi əməkdaşlığı deyil, iqtisadiyyat, enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, gənclər siyasəti, informasiya təhlükəsizliyi və humanitar sahələri də əhatə edir. Sənəd iki dövlət arasında əlaqələrin hərtərəfli inkişafını təmin edən kompleks əməkdaşlıq modelini formalaşdırır. Bu model tərəflərin qarşılıqlı maraqlarına xidmət etməklə yanaşı, bütövlükdə regionun inkişafına və sabitliyinə də mühüm töhfələr verir. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsini təşkil edən tarixi sənəddir. Bu Bəyannamə iki qardaş dövlət arasında mövcud olan birliyin, həmrəyliyin və qarşılıqlı etimadın hüquqi-siyasi ifadəsidir. Sənəd regional təhlükəsizliyin möhkəmləndirilməsinə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə, nəqliyyat-kommunikasiya layihələrinin inkişafına, türk dünyasının inteqrasiyasına və beynəlxalq münasibətlər sistemində yeni əməkdaşlıq modelinin formalaşmasına xidmət edir. Həmin sənəd regionda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına xidmət edən tarixi sənəd kimi yadda qalacaqdır.
Teymurşah İşıqov
YAP Xaçmaz rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03

