“Bitcoin”in qiyməti rekord həddə ucuzalaşıb
06.06.2026 [09:54]
Rəqəmsal pulun dəyəri 120 mindən 64 min dollara düşüb
Dünya rəqəmsal valyuta bazarı yenidən təşviş mərhələsinə daxil olub. Bazarda satışlar güclənərək rekord həddə çatıb ki, bu da qorxu indeksinin 21 bəndə düşməsinə gətirib çıxarıb. İyunun 4-də qlobal kriptovalyuta bazarının kapitallaşması 1,79 faiz azalaraq 2,25 trilyon dollara enib. Ən bahalı kriptovalyuta olan “Bitcoin”in dəyəri daha kəskin ucuzlaşıb. Bir ay əvvəl 120-125 min dollara yüksələn bu rəqəmsal pul indi 64 min dollara düşüb. Bu, maliyyə aləti son altı ayda ən kəskin eniş yaşayaraq psixoloji 70 min dollar səviyyəsindən də aşağı düşməklə bazar iştirakçılarına şok yaşadıb. Bazarın ikinci ən böyük kriptovalyutası olan “Ethereum”un qiyməti isə 1810 dollara qədər geriləyib. Kriptobazarda ilk beşlikdə yer alan digər aktivlərdən “BNB”nin qiyməti 618 dollara qədər enib. “PAX Gold” 4460 dollara, “Tether Gold” isə 4443 dollara düşüb. Bu tendensiya xüsusilə “risk-off” mərhələsinin gücləndiyini nümayiş etdirir.
ABŞ və İran arasında gərginlik kriptovalyuta bazarına təsir edir
“Bitcoin”in qiymətinin dəyişməsi əsasən tələb və təklif balansından, investorların psixologiyasından və qlobal makroiqtisadi vəziyyətdən asılıdır. Kriptovalyuta bazarlarında qısamüddətli ucuzlaşmaların arxasında bir neçə əsas səbəb dayanır. Onlardan birincisi ABŞ və İran arasında gərginliyin yenidən artması, investorların riskli aktivlərdən çıxması və bazarda kütləvi likvidasiyaların baş verməsidir. Son 2 gündə kriptovalyuta bazarında təxminən 1,4 milyard dollar həcmində bazar seqmenti bağlanıb. Bu isə “Bitcoin”in qiymətinin son yeddi həftənin ən aşağı səviyyələrinə enməsi də satış təzyiqini daha da artırıb.
Bazar iştirakçıları ABŞ-İran qarşıdurmasının inkişafını və onun qlobal maliyyə bazarlarına təsirini izləyirlər. Geosiyasi risklərin artması fonunda investorların daha təhlükəsiz aktivlərə üstünlük verməsi kriptovalyutalara təzyiq göstərməkdə davam edir. Mövcud şəraitdə investorlar kapitallarını qızıl və qızıla bağlı rəqəmsal aktivlərə yönəltməkdədir.
Baş verənlər investorlar arasında güclü ehtiyatlılığın əlaməti olmaqla, risklərin davam etdiyini təsdiqləyir. Analitiklərə görə, kriptovalyuta bazarındakı enişə satış təzyiqi də təsir göstərən amillərdəndir. Belə ki, qiymət müəyyən bir zirvəyə çatdıqda, əvvəllər aşağı qiymətlərlə “Bitcoin” almış investorlar (xüsusilə böyük portfeli olanlar) qazanclarını götürmək üçün kütləvi satışlar edirlər. Bu isə qəfil satış dalğası yaradaraq qiyməti aşağı salır. Bundan başqa, institusional axınlar və investisiya fondlarının və birjaların nizamsız hərəkətləri də “Bitcoin”in korporativ investorların aktiv satışlarını artırır, bu isə likvidliyi azaldaraq qiyməti aşağı çəkir. Digər faktorlardan biri isə makroiqtisadi qeyri-müəyyənliklərlə əlaqəli hesab edilir.
ABŞ FES-nin qərarları investorları geri çəkilməyə məcbur edir
ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələri ilə bağlı qərarları və qlobal iqtisadi siyasətlər kriptovalyuta bazarına birbaşa təsir edir. FES-in yürütdüyü siyasət son aylarda maliyyə sisteminə müəyyən təsirlər edir ki, bu da dollar və virtual valyuta qarşıdurmaları fonunda qeyri-müəyyənlikləri artırır. Belə ki, kriptovalyuta bazarı daha çox likvidlik hesabına böyüyən və ondan qidalanan bazardır. Əgər pul dövriyyəsinə məhdudiyyətlər tətbiq edilirsə və bazarda likvidlik azalırsa, bu, ilk növbədə “Bitcoin” və digər riskli aktivlərə təzyiq göstərir. Belə şəraitdə kripto bazarı likvidlik riskləri ilə üzləşir. Bu şəraitdə bazar iştirakçıları faiz dərəcələrinin azaldılacağına ümid etsə də, son siqnallar göstərir ki, FES yüksək inflyasiya risklərinə görə, öz sərt siyasətindən geri çəkilməyə tələsmir. Yüksək faiz dərəcələri isə kreditlərin bahalaşması, dollar və istiqrazların investorlar üçün daha cəlbedici olması və nəticə olaraq riskli aktivlərə, o cümlədən kriptovalyutalara axan likvidliyin azalması deməkdir. Nəticədə, bir çox institusional və iri investorlar portfellərində risk səviyyəsini aşağı salmaq üçün kripto mövqelərini ixtisar etməyə başlayır.
Ekspertlər hesab edir ki, yaxın dövr üçün proqnoz vermək çətindir. Bu, həm FED-in siyasətindən, həm də kriptovalyuta bazarının tənzimlənməsi ilə bağlı qərarlardan asılı olacaq. Mərkəzi bankların nəzarəti gücləndirməsi və bazarın tənzimlənməsi ilə bağlı təşəbbüslər artarsa, kriptovalyutalara əlavə təzyiq yarana bilər.
Azərbaycanın kriptovalyutalara konservativ baxışı
Azərbaycanda kriptovalyutalara monetar baxış konservativdir, blokçeyn texnologiyalarından istifadəyə müsbət yanaşılsa da, kriptovalyuta sektoru yüksək riskli investisiya aktivləri olduğundan onun maliyyə sektorunda tətbiqi təhlükəli sayılır. Bu sahədə hüquqi infrastrukturun olmaması belə sərt xarici şoklar yarada, daxili valyuta bazarında sabitlik pozula bilər. Eyni zamanda, hazırda ölkəmizdə kriptovalyutaların onlayn alışı və satışı halları mövcud olmasına baxmayaraq, bu risk alətlərinin tənzimlənməsi üçün qəti addımların atılması da aktualdır. Mərkəzi Bank bu sahədə tənzimlənmənin aparılması üçün müxtəlif ssenarilər işləyir və öz strategiyası çərçivəsində bu istiqamətdə tədbirlər görmək niyyətindədir. Bir neçə aydır ki, sınaq testinin keçirilməsi kriptovalyutaya hazırlıq kimi dəyərləndirilə bilər.
Millət vəkili Vüqar Bayramov Azərbaycanda da kriptovalyutalardan istifadə ediləcəyini istisna etmir. Onun fikrincə, Mərkəzi Bank xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrlərini başa çatdırıb və bu müddətdə 4 innovativ məhsulun qiymətləndirilməsi həyata keçirilib. Belə ki, 2 istiqamət üzrə qiymətləndirmə nəticələri uğurlu hesab olunub, digərləri üzrə məqsədəuyğun hesab edilməyib. Həmin dəstəkləyici layihələr sırasında kriptovalyuta əməliyyatları ilə bağlı müsbət siqnallar var. Belə ki, kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçün “m10” tətbiqinin “Binance” platformasına inteqrasiyası nəzərdə tutulur. İstifadəçilər bu inteqrasiya vasitəsilə “Binance” cüzdanlarına mədaxil və məxaric edə bilərlər. Digər layihə “kriptobroker platforması” virtual aktivlərinin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır. Xüsusi tənzimləmə rejimi çərçivəsində sınaqların keçirilməsində məqsəd həmçinin bu istiqamətdə normativ-hüquqi bazanı formalaşdırmaq və təkmilləşdirməkdir.
Beləliklə, Mərkəzi Bankın test layihələri daha yaxın gələcəkdə Azərbaycanda kriptovalyutaların buraxılması və istifadəsinə imkan yarada bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46

