Almaniyanın XİN başçısı BMT-yə maliyyə töhfələrinin azaldılması ilə bağlı fikirlərə etiraz edib
05.06.2026 [14:45]
Almaniyanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilə bilməməsindən sonra ölkədə təşkilata maliyyə töhfələrinin azaldılması ilə bağlı müzakirələr başlayıb. Almaniyanın xarici işlər naziri Yohan Vadeful belə bir addıma açıq şəkildə qarşı çıxdığını bildirib.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, nazir Almaniyanın beynəlxalq təşkilata ayırdığı vəsaitin həcmi barədə yekun qərarın parlament tərəfindən qəbul olunduğunu qeyd edib. Bununla belə, o, ölkəsinin indiyədək olduğu kimi BMT-də fəal iştirakının davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
“BMT beynəlxalq səviyyədə sülhün, insan hüquqlarının və təhlükəsizliyin qorunmasına xidmət edən əsas institut olaraq qalır. Almaniya BMT sistemində bundan sonra da tam şəkildə iştirak edəcək və təşkilatı qlobal sülhün təmin olunmasında əsas platforma hesab edir”, - deyə o əlavə edib.
Xatırladaq ki, Almaniya 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü ilə bağlı iyunun 3-də keçirilən seçkilərdə uğursuzluqla üzləşib. Bununla bağlı qızışan müzakirələr fonunda Almaniyanın Hessen əyalətinin beynəlxalq məsələlər üzrə naziri Manfred Pents ölkənin bundan sonra BMT-yə böyük həcmdə maliyyə töhfələri ayırmasının məqsədəuyğunluğunun yenidən nəzərdən keçirilməsini təklif edib. Onun sözlərinə görə, Almaniya təşkilatda layiq olduğu təsir imkanlarına malik deyilsə, maliyyə öhdəliklərinin həcmi ilə bağlı suallar yaranır. Bu mövqe Almaniya siyasi dairələrində də tənqidlə qarşılanıb.
Qeyd edək ki, Almaniya ABŞ, Çin və Yaponiyadan sonra BMT-yə ən böyük maliyyə töhfəsi verən dördüncü ölkədir.
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57

