Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Estoniya və Latviyada hava hücumu xəbərdarlığı elan edilib

Estoniya və Latviyada hava hücumu xəbərdarlığı elan edilib

03.06.2026 [13:34]

Estoniya və Latviyada hava hücumu xəbərdarlığı elan edilib. Buna həmin ölkələrin hava məkanında pilotsuz uçuş aparatlarının aşkarlanması səbəb olub.

AZƏRTAC xəbər verir ki, Estoniyanın İctimai Yayım Korporasiyasının məlumatına görə, ölkənin şərq və cənub bölgələrində yaşayan sakinlərə ehtiyatlı olmaları tapşırılıb. Buna baxmayaraq, Tallin hava limanı fəaliyyətini normal qaydada davam etdirir və uçuşlar cədvələ uyğun həyata keçirilir.

Latviyanın Silahlı Qüvvələri Aluksne rayonunda mümkün hava təhdidi ilə əlaqədar xəbərdarlıq yayıb. Yerli medianın məlumatına görə, NATO-nun Baltik dənizindəki missiyasına aid qırıcı təyyarələr havaya qaldırılıb.

Hazırda həm Estoniyada, həm də Latviyada elan olunmuş hava hücumu xəbərdarlıqları ləğv edilib. Hadisə ilə bağlı araşdırmalar başlayıb.

Paylaş:
Baxılıb: 506 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Siyasət

22-ci səfər...

16 Sentyabr 11:39  

İqtisadiyyat

Siyasət

Analitik

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30