Ermənistan seçki ərəfəsində: xaos, sui-qəsd cəhdi və revanşizm
03.06.2026 [09:17]
Paşinyan hakimiyyətinə xarici təzyiqlər güclənir
Ermənistanda son aylarda müşahidə olunan siyasi gərginlik artıq normal seçki rəqabəti çərçivəsindən çıxaraq daha təhlükəli mərhələyə daxil olub. Hakimiyyət uğrunda mübarizə xüsusilə baş nazir Nikol Paşinyanla Rusiyayönümlü siyasi dairələr arasında açıq qarşıdurma formasını alıb. Seçkilərdən sonra ölkədə vəziyyət daha da gərginləşə, hətta daxili qarşıdurma səviyyəsinə çata bilər. Ermənistan cəmiyyətində uzun illərdir davam edən siyasi parçalanma, Qarabağ müharibəsindən sonra yaranmış böhran və xarici güclərin təsiri bu prosesi daha da dərinləşdirən əsas amillər hesab olunur. Müxtəlif siyasi düşərgələr artıq bir-birini dövlətçiliyə təhlükə yaratmaqda ittiham edir. Paşinyanın tərəfdarları keçmiş hakimiyyət komandalarını Moskvanın maraqlarına xidmət etməkdə günahlandırır.
Qeyd edək ki, bugünlərdə Paşinyana qarşı sui-qəsd cəhdində təqsirləndirilən şəxs saxlanılıb. Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, 2024-cü ildən bəri xarici ölkələrdən birində yaşayan M.Mirzoyanın ən azı 4 nəfərdən ibarət qrupun tərkibində Ermənistan baş nazirini siyasi və dövlət fəaliyyətinə görə qətlə yetirmək məqsədilə gizli plan qurduğuna dair əsaslı şübhələr yaranıb. Dəstə üzvlərinin cinayəti törətmək üçün lazımi vasitələr əldə etdiyi və ciddi hazırlıq işləri gördüyü aşkar edilib.
Məlumata görə, xüsusi geyim və maskalar taxan təqsirləndirilən şəxslər Nikol Paşinyanı hədələyən videoçarx hazırlayaraq internetdə yayıblar. Bundan əlavə, həmin qrupun seçkiqabağı təşviqat kampaniyasına da qanunsuz şəkildə mane olduğu bildirilir.
Faktla bağlı M.Mirzoyana qarşı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə (bir qrup şəxs tərəfindən dövlət və siyasi fəaliyyəti ilə əlaqədar qəsdən adam öldürməyə hazırlıq və təşviqatın aparılmasına mane olma) cinayət işi açılıb, cinayətkar şəbəkənin digər üzvlərinin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Əsas mübarizə 3 siyasi qüvvə arasında aparılır
Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak üçün 17 partiya və iki partiya bloku qeydiyyatdan keçib. Onların arasında baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası, həmçinin Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Ermənistan (“Hayastan”) və Narek Karapetyanın “Güclü Ermənistan” blokları da var. Rusiyalı iş adamı Samvel Karapetyanın təsis etdiyi “Güclü Ermənistan” blokuna eyniadlı partiya, “Yeni Dövr” və “Birləşmiş Ermənilər” partiyaları daxildir.
Siyasi situasiya baxımından seçkinin gedişi və nəticəsi isə Ermənistanın gələcəyi üçün olduqca böyük məna kəsb edir. Belə ki, Paşinyanın hər iki rəqibi revanşist qüvvələrin və daha çox Rusiya meyilli siyasi təmayülün təmsilçiləri sayılırlar. Bu baxımdan, seçkini “qütblərarası savaşın seçkisi” adlandıranlar da var. Məlum olduğu kimi, Nikol Paşinyan son bir neçə ildə ölkəsini Rusiya orbitindən uzaqlaşdıraraq Qərbə inteqrasiya yolunu seçib. Paralel olaraq, regional münasibətlər sisteminə baxış fərqlidir - Paşinyan ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması sənədinə imza atıb, Konstitusiya dəyişikliyini və Azərbaycan torpaqlarına əsassız iddialardan əl çəkmək yolunu seçib, ölkəsinin yeni iqtisadi nizamda logistik iştirakını təsdiqləyib. Amma digər iki namizəd məsələlərə baxışında tam fərqli bir yol təqib etməkdədir.
Revanşistlər kimlərdir?
Rusiyanın “patronajlığı” altında seçkiyə qatıldığı iddia edilən Samvel Karapetyan Ermənistan ictimaiyyətində daha çox oliqarx kimi tanınır. Ötən il iyunun 18-də “hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar etmək” maddəsi ilə ittiham olunaraq həbs edilmişdi. Həmin vaxt Ermənistan hüquq-mühafizə orqanları bildirmişdilər ki, Karapetyanın açıqlamaları və fəaliyyəti ölkənin konstitusion quruluşu üçün təhlükə yaradıb. Sonradan həbsxana təcridi ev dustaqlığı ilə əvəz edilsə də, bu ilin yanvarında Karapetyan məhkəmənin qərarı ilə yenidən “dörd divar” arasına qaytarıldı. Cəmisi 1 gün sonra isə bu qərar da dəyişdirildi - Karapetyan yenidən ev dustaqlığına qayıtdı.
73 yaşlı Köçəryanın isə seçkilərdəki qələbə ehtimalı zəif dəyərləndirilir - səbəb kimi isə, onun rəhbərliyi dövründə Ermənistanın aclıq və səfalət içində olması göstərilir. Bununla belə, revanşist Köçəryan komandası Rusiyanın dəstəyinə ümid edir. Lakin seçki öncəsi rəy sorğuları hazırkı baş nazir Nikol Paşinyanın başçılıq etdiyi “Mülki Müqavilə” parityasının öndə olduğunu göstərir. Bunun əsas səbəbi kimi isə Ermənistan cəmiyyətinin Paşinyanın sülh siyasətinə dəstək verməsidir. Bəlli olduğu kimi, Nikol Paşinyan Azərbaycan ilə münasibətlərin normallaşmasını, Konstitusiyanın dəyişməsini, sülh müqaviləsinin imzalanmasını proiritet elan edib. Son 7-8 ayda Ermənistan üçün mühüm yeniliklər baş verib. Azərbaycan Ermənistana yük daşınması ilə bağlı embarqosunu aradan qaldırıb, neft məhsullarının ixracına başlayıb. Bu isə Ermənistanda sosial həyatın yaxşılaşmasına təkan verir. Erməni cəmiyyəti müharibə tezisləri üzərindən təbliğat aparan namizədlərin hazırkı düzəni dağıtmasından qorxur - Paşinyanın apardığı siyasəti isə Ermənistanın “xilası” adlandırırlar. Siyasi ekspertlər bildirirlər ki, Zəngəzur dəhlizi (TRIPP) layihəsi Ermənistan üçün “iqtisadi nəfəslik” ola bilər.
Rusiya Ermənistana iqtisadi təzyiqləri artırır
Bütün bunların fonunda revanşistlər ictimai rəydə nüfuz qazanmaq üçün Qarabağ kartından yenidən istifadə etməyə çalışırlar. Digər tərəfdən, seçki öncəsi Rusiyada müəyyən dairələr Paşinyana təzyiq göstərməyə çalışırlar. Rusiyanın Ermənistana güzəştli şərtlərlə satdığı təbii qazın qiymətinin artırılacağı ilə bağlı xəbərdarlıqlar səslənir. Bundan əlavə, Moskva bəzi Ermənistan məhsullarının idxalına qadağa qoyub. Bu yöndə qadağalar daha da sərtləşməkdədir. Belə ki, Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti (“Rosselxoznadzor”) iyunun 2-dən etibarən Ermənistandan Rusiya Federasiyasına ixrac edilən bütün növ balıq və balıq məhsullarının sertifikatlaşdırılmasının təcili olaraq dayandırılmasını tələb edib. Rusiya dövlət qurumunun rəsmi bəyanatında bildirilir ki, Ermənistandakı balıq istehsalı müəssisələrində aparılan kütləvi yoxlamaların və ciddi inspeksiyaların nəticələri tamamilə qeyri-qənaətbəxş və uğursuz hesab olunub. Bu səbəbdən, yaranmış qorxulu vəziyyət tam tənzimlənənə qədər Ermənistan tərəfi Rusiyadakı alıcılara diri balıq, dondurulmuş balıq və digər balıq məhsullarının göndərilməsini tamamilə dayandırmalıdır. Rusiya tərəfi yalnız bütün ölkədə fəaliyyət göstərən nəhəng zavodlardan cəmi ikisinə istisna tətbiq edib. Lakin “Rosselxoznadzor” xüsusi olaraq vurğulayıb ki, həmin iki zavodun istehsal etdiyi məhsullar belə Rusiya sərhədini keçərkən ciddi laboratoriya monitorinqlərindən və ən sərt təhlükəsizlik yoxlamalarından keçirildikdən sonra ölkəyə buraxılacaq.
Ümumiyyətlə, Rusiyanın mövqeyi belədir ki, əgər Paşinyan hakimiyyəti Avrasiya İqtisadi Birliyini Avropa İttifaqı ilə əvəzləyərsə, Ermənistanı çətin vəziyyət gözləyir. Bundan əlavə, revanşistlər müharibə ritorikasından da danışırlar. Lakin böyük ehtimalla seçicilər revanşizmə səs verməyəcək. Çünki revanşistlər ölkəni müharibəyə sürükləyə bilər ki, bu da erməni cəmiyyəti üçün arzuolunan deyil. Ermənilər işğalçılıq siyasətinin nəticəsinin onlar üçün necə acı olduğunu gördülər. Əgər bundan sonra Azərbaycana qarşı hərbi təhdidlər olarsa, Ermənistan yenə də ordumuz tərəfindən layiqli cəzasını alacaq. Bu baxımdan, Ermənistan cəmiyyətinin parlament seçkilərində müharibəyə yox, sülhə səs verəcəyi ehtimalı böyükdür.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40

