Düşənbədə su ehtiyatlarına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
21.05.2026 [20:42]
Mayın 25-dən 28-dək Düşənbədə 2018-2028-ci illər üçün “Davamlı inkişaf naminə su” Beynəlxalq Fəaliyyət Onilliyi üzrə Dördüncü Beynəlxalq Yüksək Səviyyəli Konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu tədbir Tacikistan hökumətinin “Davamlı inkişaf naminə su” Beynəlxalq Fəaliyyət Onilliyinin məqsədlərinin həyata keçirilməsini dəstəkləməyə yönəlmiş təşəbbüsü olan Düşənbə Su Prosesinin bir hissəsidir. Proses çərçivəsində konfranslar Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq şəraitində hər iki ildən bir keçirilir.
Qarşıdan gələn konfransın əsas məqsədi BMT Su Konfransının Fəaliyyət üçün Su Gündəliyində qeyd olunmuş könüllü öhdəliklərin həyata keçirilməsi məqsədilə kollektiv səyləri stimullaşdırmaq, yeni tərəfdaşlıqları dəstəkləmək və 2030-cu il Davamlı İnkişaf Gündəliyinin məqsədlərinə çatmaq istiqamətində fəaliyyətləri sürətləndirməkdir.
Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin beynəlxalq ictimaiyyətə müraciətində suyun təkcə təbii sərvət deyil, həm də həyatın təməlidir, insanları, iqtisadiyyatı, qida sistemlərini, enerjini, sağlamlığı və rifahı birləşdirir.
O, dünyanın artan su problemləri, o cümlədən dağıdıcı daşqınlar, quraqlıqlar, su çatışmazlığı, şirin su sistemlərinin çirklənməsi və iqlim dəyişikliyinin yaratdığı buzlaqların sürətlə əriməsi problemləri ilə üzləşdiyini qeyd edib. Nazir su sektorunda qlobal əməkdaşlığın müasir dövrdə daha aktual olduğunu vurğulayıb.
Sirociddin Muhriddin, həmçinin Düşənbə Su Prosesinin dialoq, əməkdaşlıq və praktik fəaliyyət üçün vacib qlobal platformaya çevrildiyini qeyd edib. O, hökumətləri, beynəlxalq və regional təşkilatları, maliyyə qurumlarını, akademik dairələri, vətəndaş cəmiyyətini, gəncləri, özəl sektoru və digər maraqlı tərəfləri Düşənbədə keçiriləcək konfransda iştiraka dəvət edib. Konfrans Seneqal və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən birgə keçiriləcək 2026-cı il BMT Su Konfransı üçün əsas hazırlıq tədbiri olacaq.
Forumlar və əlavə tədbirlər konfransın rəsmi açılışından bir gün əvvəl, mayın 25-də keçiriləcək. Tədbirin rəsmi açılışı və əsas müzakirələri isə mayın 25-27-sində Düşənbədə baş tutacaq. Tacikistanın su ehtiyatlarının idarə olunması sahəsində təcrübəsini öyrənmək üçün beynəlxalq iştirakçıların mayın 27-28-də sahə səfərləri və təlim turları planlaşdırılır.
Düşənbə Su Prosesinin bir hissəsi olaraq, əvvəllər “Davamlı inkişaf naminə su” Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində 2018, 2022 və 2024-cü illərdə üç yüksək səviyyəli konfrans keçirilib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19

