Dəqiq ölçü, düzgün nəticə...
20.05.2026 [08:37]
Metrologiya keyfiyyət, təhlükəsizlik və etibarın təməlidir
Müasir dövrdə metrologiya cəmiyyətin həyatında olduqca mühüm yer tutur. Aydındır ki, elm, istehsalat və iqtisadi sahələr ölçmə prosesləri olmadan normal fəaliyyət göstərə bilməz. Dünyada hər an milyardlarla ölçmə əməliyyatı həyata keçirilir. İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada ölçmənin, sınağın və nəzarətin nəticələrindən istifadə edilməsin. Onların alınması üçün milyonlarla insanların əməyindən və böyük maliyyə vəsaitlərindən istifadə edilir. Təqribən ictimai əməyin 15 faizi ölçmələrin yerinə yetirilməsinə sərf olunur.
Metrik Konvensiyası
1875-ci ilin 20 mayında inkişaf etmiş 17 ölkənin hökumət nümayəndələri Parisdə məşhur Metrik Konvensiyasını imzalayıblar. Bununla da hər il bütün dünyada qeyd olunan Ümumdünya Metrologiya Gününün əsası qoyulub. Konvensiyaya uyğun olaraq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BİPM) yaradılıb, ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanıb.
Metrik Konvensiyası bütün ölkələrdə elmi-texniki tərəqqiyə təsir edib. Belə ki, məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib, onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıb. Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir.
Həqiqi dəyəri bilmək mümkün deyil
Həqiqi dəyər obyektin və ya hadisənin ideal və mütləq ölçüsüdür, lakin bu dəyəri birbaşa ölçmək mümkün deyil. Bütün ölçmələr təxmini dəyərləri verir, çünki həmişə müəyyən bir ölçü səhvi mövcuddur. Həqiqi dəyəri tam bilmək mümkün olmasa da, dəqiq ölçmə metodları ilə ona yaxınlaşmaq mümkündür.
Metrologiyada bu, ölçmə qeyri-müəyyənliyi adlanır. Bəzən ölçmə qeyri-müəyyənliyi o qədər də əhəmiyyət daşımır. 187 sm, ya da 189 sm boyda olmaq həqiqətən də önəmli deyil. Lakin ticarət və istehsalat sahəsində bu daha vacibdir.
Metrologiyada fundamental anlayış - İzlənilmə
Metrologiyada izlənilmə hər hansı bir ölçmə nəticəsinin müəyyən bir milli və ya beynəlxalq standartla əlaqələndirilə bilməsi prosesidir. Bu əlaqə hər mərhələdəki ölçmə qeydləri və səhvlər barədə məlumatların sənədləşdirilməsi ilə təsdiq edilir.
İzlənilmə ölçmənin bir etalon və ya standart vasitəsilə daha yüksək səviyyəli standartlara qədər dayanıqlı və sənədləşdirilmiş bir zəncirlə bağlanmasını təmin edir. Bu anlayış ölçmələrin dəqiq, müqayisəli və beynəlxalq səviyyədə tanınmış olmasını təmin etmək üçün vacibdir. İzlənilmə yalnız texniki bir proses deyil, həm də keyfiyyətin və etibarlılığın təminatıdır.
Kalibrlənmə - dəqiqliyin təminatı
Kalibrlənmə ölçmə cihazının göstəricilərinin müəyyən bir etalon və ya standart ilə müqayisə edilərək dəqiqliyinin yoxlanılması və zəruri hallarda tənzimlənməsi prosesidir. Bu proses ölçmə nəticələrinin milli və ya beynəlxalq standartlarla uyğunluğunu təmin etmək məqsədi daşıyır.
Kalibrlənmə olmadan ölçmə cihazlarının göstəricilərinə etibar etmək mümkün deyil. Hər bir sahədə, xüsusilə də təhlükəsizlik, keyfiyyət və standartların təmin olunmasında kalibrlənmə mühüm rol oynayır.
Azərbaycanda metroloji təminatın əsası
Müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi bu gün dövlətimizin də diqqətində olan ən vacib məsələlərdəndir. Çünki yalnız ölçmələrin düzgün nəticələri məhsulun keyfiyyətinə və təhlükəsizliyinə, tibbi diaqnostikanın səmərəliliyinə təminat verir, ədalətli ticarətə və ətraf mühitin təmizliyinə imkan yaradır. Heydər Əliyev tərəfindən 13 iyun 2000-ci ildə təsdiq olunmuş “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirib və metrologiyanın inkişafına ciddi təkan olub. Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmizin ixrac qabiliyyəti yüksəlib, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətlənib. Bütün bunlar isə metroloji təminatın inkişafından xəbər verir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28

