WUF13-ə bir gün qaldı...
16.05.2026 [10:53]
Avropa İttifaqı WUF13-ə faydalı beynəlxalq platforma hesab edir
Ümumdünya Şəhərsalma Forumunun (WUF13) başlanmasına sayılı saatlar qalır. Azərbaycan hökuməti ona həvalə və etibar edilmiş bu, mötəbər qlobal tədbirin hazırlıq işlərini yüksək səviyyədə başa çatdırıb və şəhərsalmada həmrəyliyin növbəti nümunəsini beynəlxalq ictimaiyyətə təqdim etməyə hazırdır. 180 ölkədən 32 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi tədbirin təşkilatçılıq işləri COP-29-da olduğu kimi, mükəmməl hazırlanıb. Paytaxtda bütün zəruri infrastruktur tədbirlər planına uyğun olaraq qurulub, nəqliyyatın hərəkəti - metro, avtobus, dəmir yolu, hava limanı ekspress marşrutu, taksi xidmətləri və mikromobillik vasitələri çevik iş qrafikinə uyğun fəaliyyətdədir. Xarici qonaqların nəqliyyatdan istifadəsi üçün ödəniş alətləri və mobil tətbiqlər, QR bilet və NFC təmassız ödəniş vasitələri arxitekturası tam işlək rejimdədir. Ekspress avtobuslar hava limanı ilə şəhər mərkəzi arasında 24 saat fasiləsiz nəqliyyat əlaqəsini təmin etməkdədir.
Tədbir məkanı olan Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb. Qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri vahid əməliyyat sistemi kimi təşkil olunub. Yüksəksəviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi zonalar ayrılıb. Burada dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi məkanlar nəzərdə tutulub.
Bakı yenə ilkə imza atacaq - Liderlərin Zirvə Görüşünü təşkil edəcək
Ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində regional abadlıq və yenidənqurma işləri genişlənib, şəhər və rayonlarda çoxmənzilli binaların fasadlarının yenilənməsi, yeni səkilərin salınması, fəvvarələrin təmiri və qanunsuz hasarların sökülməsi tədbirləri həyata keçirilib və davam etdirilir. Eləcə də memarlıq irsinin təbliği istiqamətində xüsusi sərgilər, elmi müzakirələr və maarifləndirici tədbirlər təşkil edilir.
“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində təşkil olunan tədbir və beynəlxalq konfranslar da Azərbaycan paytaxtının şəhərsalma problemlərinin həlli, şəhərlərin inkişafı və mənzil siyasətinin həyata keçirilməsi sahəsində böyük təcrübə meydanına çevrildiyini əks etdirir.
WUF13 çərçivəsində tarixində ilk dəfə olaraq Liderlərin Zirvə Görüşünün keçirilməsi də rəsmi Bakının xüsusi təşəbbüskarlığının nümunəsidir. Dünyanın müxtəlif bölgələrində münaqişlərin davam etdiyi, geosiyasi risklərin artdığı bir vaxtda Azərbaycan dövlətinin dünya liderlərini bir yerə gətirməsi və dayanıqlı inkişaf mövzularında səmərəverici müzakirələr təşkil etməsi bütün dünya ölkələri üçün yeni bir nümunə, tərəqqi platformasıdır.
Aİ Azərbaycanla şəhərsalma sahəsində əməkdaşlığa önəm verir
Foruma dünyanın müxtəlif regionlarından nümayəndələr artıq Bakıya gəlib və digər nümayəndə heyətləri mayın 16-17-da paytaxtda olacaq. Tədbirdə iştirakı nəzərdə tutulan heyətlərdən biri də Avropa İttifaqının (Aİ) yüksək vəzifəli şəxsləridir. Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç Avropa Günü münasibətilə keçirilən tədbirdə bildirib ki, WUF13 qitə ölkələri üçün mühüm əhəmiyyət daşıyır. Aİ BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşəbbüslərini dəstəkləyərək dayanıqlı şəhərsalma, “ağıllı şəhərlər” və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə xüsusi önəm verir, Bakı Forumunu faydalı beynəlxalq platforma hesab edir.
M. Kuyundziç vurğulayıb ki, Azərbaycan və Avropa İttifaqı arasında şəhərsalma, dayanıqlı inkişaf və regional planlaşdırma sahəsində əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi də yüksək səviyyədədir. Aİ ekspertləri Azərbaycanda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin reallaşdırılmasında, ekoloji təmiz, rəqəmsal və yaşıl şəhərlərin planlaşdırılmasında tövsiyələrini təklif edirlər. Aİ-nin məkan planlaşdırılması (spatial planning) üzrə təcrübəsi işğaldan azad edilmiş ərazilərdə infrastrukturun, yaşayış məntəqələrinin və sosial obyektlərin müasir standartlara uyğun yenidən qurulmasında istifadə oluna bilər.
Avropa İttifaqı və Azərbaycan arasında “yaşıl tikinti” və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq də “yaşıl keçid” strategiyasının mühüm hissəsi kimi yer alır. Bu əməkdaşlıq əsasən enerji səmərəliliyi, bərpaolunan enerji mənbələrinin binalarda tətbiqi və beynəlxalq “yaşıl tikinti” prinsipləri tətbiqini əhatə edir. Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası ilə Beynəlxalq Maliyyə Korporasiyası (BMK) arasında əməkdaşlıqda da Aİ əlaqələndirici rol oynamaqdadır.
OECD heyəti foruma fəal iş planı ilə qatılır
WUF13 çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən dayanıqlı şəhər inkişafı, iqlim dayanıqlılığı, mənzil siyasəti və məlumat əsaslı şəhər idarəçiliyinə həsr olunmuş bir sıra tədbirlərin təşkili də planlaşdırılır. OECD proqramı çərçivəsində “Şəhər sərgisi”, Biznes və İnnovasiya Mərkəzində investorların praktik görüşü, eləcə də beynəlxalq ekspertlər, tədqiqatçılar və yerli tərəfdaşlarla birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Həmçinin, OECD-nin “Yerli məlumat portalı” platformasının yenilənmiş versiyasının təqdimatı da olacaq. Bu, mənzil, dayanıqlılıq və davamlı şəhər gələcəyi baxımından mühüm informasiya mənbəyi deməkdir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos” ilə tərəfdaşlıq çərçivəsində “Şəhərlərin daha keyfiyyətli məlumatlarla gücləndirilməsi - siyasət və qərar qəbulu üçün əlçatan və praktik məlumatlar” adlı tədbir də təşkil ediləcək. Sessiyada əlçatan və etibarlı məlumatların, rəqəmsal innovasiyaların və geoməkan texnologiyalarının “ağıllı” və dayanıqlı şəhər idarəçiliyində rolu müzakirə ediləcək. Təşkilat forumda öz yeni hesabatını da təqdim etməyi planlaşdırır. Bu tədbirlər beynəlxalq dialoqun gücləndirilməsi, təcrübə və fikir mübadiləsinin təşviqi baxımından mühüm əhəmiyyət daşımaqla bərabər, Bakının dayanıqlı şəhər inkişafı və innovasiya sahəsində qlobal əməkdaşlıq platforması kimi rolunu daha da möhkəmləndirəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

