Asiya İnkişaf Bankından “yaşıl investisiya”
15.05.2026 [09:17]
Bank ölkəmizdə maliyyə sektorunun inkişafına dəstək verəcək
Mərkəzi Bankın (MB) sədrinin birinci müavini Əliyar Məmmədyarov Asiya İnkişaf Bankının (AİB) Sektorlar üzrə 3-cü departamentinin baş direktoru Kristin Enqstromun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş çərçivəsində Mərkəzi Bank və AİB arasında mövcud əməkdaşlığın cari vəziyyəti, maliyyə sektorunda həyata keçirilən islahatlar, yaşıl maliyyələşmə, eləcə də maliyyə sektorunun inkişafını dəstəkləyən birgə təşəbbüslər müzakirə olunub. Həmçinin, Mərkəzi Bank və AİB arasında əlaqələrin inkişafı və texniki yardım imkanları ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
“Yaşıl maliyyə” dayanıqlı inkişafı və ətraf mühitin qorunmasını dəstəkləyən çoxsaylı maliyyə əməliyyatlarını və maliyyə məhsullarını (kredit, istiqraz, səhm və s.) özündə birləşdirir. Yaşıl maliyyənin digər əsas təməl prinsipləri ekoloji təhdidlərin azaldılması, iqlim risklərinin idarə olunması və yaşıl texnologiyalara investisiyanı stimullaşdırmaqdır. Bu, maliyyə aləti bərpaolunan enerji, enerji effektivliyi, nəqliyyat, su idarəetməsi və tullantı emalı kimi sahələrdə daha çox tətbiq edilir. Ümumilikdə, “yaşıl maliyyə”nin inkişaf etdirilməsi üçün bir sıra kanallar mövcuddur ki, onların sırasında dövlət-özəl sektor əməkdaşlığı, banklar tərəfindən beynəlxalq təşkilatlardan vəsaitlərin cəlb edilməsi, xarici maliyyə institutlarının investisiyaları və müxtəlif maliyyə alətləridir.
Yeni maliyyə çərçivəsi - “Yaşıl Taksonomiya”
“Yaşıl maliyyələşmə” Azərbaycanda müasir iqtisadi inkişafın əsas prioritetlərindən birini təşkil edir və Mərkəzi Bank bu istiqamətdə yeni instititsional çərçivə hazırlamaqla dayanıqlı maliyyə infrastrukturu yaratmaqdadır. MB tərəfindən ötən il təsdiqlənmiş “Yaşıl Taksonomiya” sənədinin əsas hədəfləri sırasında maliyyə institutları, investorlar, beynəlxalq təşkilatlar və digər tərəfdaşlarla birgə maliyyə-bank, sığorta və digər iqtisadi sektorlar üzrə “yaşıl fəaliyyət”in artırılması nəzərdə tutulur. Taksonomiya baxışlarına əsasən, bank və maliyyə bazarının iştirakçıları dünyada tətbiq edilən “yaşıl maliyyə” alətlərinin ölkəmizdə tətbiqində səy və məsuliyyətlərini artıracaq. Yaxın illərdə bank sektoru fəaliyyətini daha çox “yaşıl maliyyə” təminatlarına yönəltməli olacaq. “Yaşıl maliyyə” arxitekturasının qurulması isə böyük həcmdə sərmayələr tələb edir.
Hazırda dünya bank sektoru bu vəsaitləri müxtəlif alətlərlə təmin etməyə çalışır. Həmin alətlərdən biri “yaşıl istiqrazlar”dır. Azərbaycanın bank sistemi üçün də bu istiqrazların emissiyası vacib hesab edilir və bunun üçün qabaqcıl beynəlxalq təcrübə hərtərəfli nəzərdən keçirilir. “Yaşıl istiqrazlar” maliyyə sektorunda davamlılığı təşviq etmək, iqlimlə əlaqəli və ya digər növ xususi ekoloji layihələri dəstəkləmək və sosial və ətraf muhitin yaxşılaşdırılmasına töhfə vermək baxımından daha cəlbedicidir. Ekoloji və iqlim layihələrini dəstəkləmək uçun sabit gəlirli bir maliyyə aləti olan “yaşıl istiqraz” enerji səmərəliliyi, ekoloji çirklənmə ilə mübarizədə öz səmətəsini verməkdədir.
Yeri gəlmişkən, ötən həftə MB-nın Maliyyə Sisteminin Yaşıllaşdırılması üzrə Mərkəzi Banklar və Nəzarət Qurumları Şəbəkəsinə (NGFS) tamhüquqlu üzv qəbul olunması bu istiqamətdə yürüdülən iradəli siyasətin uğuru hesab edilə bilər. Bu üzvlük Azərbaycanın Mərkəzi Bankının qlobal şəbəkənin tamhüquqlu üzvü kimi işçi qruplarının fəaliyyətində iştirakına geniş imkanlar yaradacaq, iqlim maliyyəsi üzrə ssenarilərin hazırlanmnası və təhlili, “yaşıl maliyyə” layihələrində təmsil olunmasını təmin edəcək, dayanıqlı maliyyə gündəliyinin, o cümlədən “yaşıl taksonomiya”nın tətbiqini genişləndirəcək.
“Ölkə Tərəfdaşlığı Strategiyası” və yeni hədəflər
“Yaşıl maliyyə” proqramında Azərbaycanın ən yaxın tərəfdaşlarından biri də Asiya İnkişaf Bankıdır. Ötən ilin sonlarında AİB-in icraçı direktoru Masato Kandanın ölkəmizə səfəri çərçivəsində Azərbaycanla AİB arasında növbəti əməkdaşlıq proqramı - “Ölkə Tərəfdaşlığı Strategiyası”nın rəsmi icrasına start verilib. Yeni strateji konsepsiya Bakı metrosunun genişləndirilməsi, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun, içməli su təchizatının, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrdə, eləcə də dəmir yolu infrastrukturunun modernləşdirilməsi və digər infrastruktur layihələrini əhatə edir.
Strategiya, həmçinin, 4 il ərzində AİB-lə Azərbaycan Respublikası arasında əməkdaşlıq əsasən bərpaolunan enerji və “yaşıl nəqliyyat” sahələrini əhatə edəcək. Bu istiqamətdə, AİB tərəfindən növbəti illər ərzində regional nəqliyyat sistemləri vasitəsilə regional əməkdaşlığın gücləndirilməsi, habelə “Şimal-Cənub” və Orta Dəhliz çərçivəsində dəmir yolu sektorunda nəzərdə tutulan işlərin tamamlanması və Bakı şəhərində mobilliyin artırılmasında hökumətə dəstək verilməsi nəzərdə tutulur. M.Kanda vurğulayıb ki, Bank Ətraf Mühit Naminə Proqramı çərçivəsində enerji subsidiyası islahatlarını dəstəkləməyə davam edəcək, yaşıl dövlət xərcləri proqramlarının işlənib hazırlanması və maliyyələşdirilməsində Azərbaycanın potensial tərəfdaşı olacaq.
Xatırladaq ki, mayın 5-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Asiya İnkişaf Bankının (AİB) İllik Toplantısı çərçivəsində Azərbaycanın iştirakı ilə 2026-2031-ci illər üzrə ticarətin inkişafı və “yaşıl artım” layihəsi təsdiqlənib. Asiya Bankı Azərbaycanın da təmsil olunduğu layihənin maliyyələşdirilməsində əsas donor kimi dəstəyini ifadə edib.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35

