Atəşkəs niyə pozulur?
09.05.2026 [10:35]
Tərəflər bir-birini ittiham edir
Rusiyanın Müdafiə Nazirliyi Prezident Vladimir Putinin Qələbə Günü münasibətilə mayın 8-ni və 9-unu Ukrayna ilə atəşkəs barədə əmr verdiyini açıqlayıb. Bu addım Ukrayna ilə koordinasiya edilmədən atılıb. Bununla yanaşı, bayram tədbiri hücumlarla pozulacağı təqdirdə, Kiyevin mərkəzinə raket zərbəsinin endiriləcəyi diqqətə çatdırılıb. Ondan əvvəl isə Ukrayna Prezidenti Volodimir Zelenski mayın 5-dən 6-na keçən gecə 00:00-dan atəşkəs elan edildiyini bildirmişdi.
Budanov: Kiyev atəşkəs istəyir
Ukrayna Prezidentinin Aparatının rəhbəri Kirill Budanovun sözlərinə görə, Kiyev insanların həyatını qorumaq və təhlükəsizliyi bərpa etmək üçün Rusiya ilə atəşkəs istəyir. Əgər atəşkəs qarşılıqlı olarsa, uzadıla bilər. O deyib ki, rəsmi Kiyevin təklif etdiyi atəşkəs Ukraynanın sülhün bərqərar olmasına dair səmimi istəyindən xəbər verir: “Konkret bir tarixlə bağlı deyil, həyatların qorunması və təhlükəsizlik naminə. Əgər Prezidentin elan etdiyi atəşkəs qarşılıqlı olarsa, biz onu davam etdirəcəyik və bu, kiçik olsa belə, bizə davamlı sülhün bərqərar olmasına ümid verəcək”. K.Budanovun fikrincə, Ukrayna Prezidenti Zelenski bu addımla bütün dünyaya müharibəyə son qoymağa sadiqliyini sübut edib. Növbəti addımı isə Rusiya atmalıdır. “Rəsmi Moskva insan həyatının onun üçün hər hansı bir dəyərinin olduğunu sübut etməyə hazırdırmı? Biz Moskvanın hər bir addımını diqqətlə izləyirik və hadisələrin istənilən inkişafına hazırıq”-deyə, o söyləyib.
Lakin Rusiya Kiyevin atəşkəs təşəbbüsünün əksinə hərəkət edib və Ukrayna şəhərlərinə hücumları davam etdirib. Belə ki, məhz Zelenskinin elan etdiyi atəşkəs müddətində Rusiya qüvvələri dron və raket hücumları həyata keçirib. Dnepr, Zaporojye, Xarkov və Krivoy-Roq hücuma məruz qalıb. İki dron Sumı mərkəzindəki uşaq bağçası binasına zərbə endirərək yanğına səbəb olub. Xilasedicilər dağıntılar altında iki həlak olmuş uşaq bağçası işçisinin cəsədini tapıblar və daha yeddi nəfər yaralanıb. Mayın 7-nə keçən gecə Rusiya ordusu yenidən Ukraynaya hücum edərək yeddi istiqamətdən 100-dən çox hücum dronu buraxıb. Səkkiz kamikadze dronunun altı yerə zərbə endirdiyi və onların qalıqlarının düşdüyü qeydə alınıb. Rusiya ordusu Donetsk vilayətinin Kramatorsk şəhərinin mərkəzinə 3 fuqas aviasiya bombası atıb, nəticədə 5 nəfər həlak olub, daha 5-i yaralanıb.
Rusiyanın hücumlarına adekvat cavab verilir
Ukrayna Prezidenti Zelenski deyib ki, Rusiya davam edən müharibəyə son qoymalıdır: “Rusların əksəriyyəti üçün internet kəsilsə və rabitə bağlansa belə, onların rəhbərliyinin bunkerlərindən çıxıb sülhü seçə biləcəyi tamamilə aydındır. Rusiya tərəfində bizim diplomatik təkliflərimiz var və lazım olan tək şey Moskvanın həqiqi sülhə doğru irəliləmək istəyidir”. Bununla belə, Zelenski deyib ki, Ukrayna Rusiyanın hücumlarına “uzaqmənzilli sanksiyalar” ilə adekvat cavab verəcək. Moskva diplomatiyaya hazırdırsa, Kiyev də eyni şeyi edəcək. O qeyd edib: “Ukrayna gündən-günə daha ədalətli davranacaq. Biz 6 may gecə yarısından atəşkəs təklif etdik. Amma Rusiya atəşkəs rejimini pozur”. Dövlət başçısı bildirib ki, günün əvvəlindən təcavüzkar ölkə Ukraynaya bütün mümkün vasitələrdən istifadə edərək hücumlar təşkil edir. Bunlara kamikadze dronları, raket zərbələri, cəbhə xəttində atəş və hücumlar, hava bombalarından istifadə daxildir. Zelenski vurğulayıb ki, bu, Kremlin atəşkəsi ciddi şəkildə nəzərdən keçirmədiyini göstərir və Rusiya hakimiyyətini narahat etməyə davam edən yeganə şey Qırmızı meydandakı qısamüddətli sükutdur.
Zelenski Moskvanın təklifini “qəribə” adlandırıb
Onun sözlərinə görə, Ukrayna atəşkəs rejiminə tam əməl etməyə hazır idi, lakin bu sülh təklifinə cavab olaraq Rusiyadan yalnız yeni zərbələr və yeni təhdidlər gəldi: “Onlar Ukraynadan ildə bir dəfə meydana çıxaraq təhlükəsiz parad keçirmək üçün icazə almaq, sonra isə yenidən insanlarımızı öldürmək və müharibəni davam etdirmək istəyirlər”. Zelenski Rusiyanın mayın 9-da keçirilməsi nəzərdə tutulan hərbi paradla bağlı atəşkəs təklifini “qəribə” adlandırıb: “Rusiya rəhbərliyinin məntiqi heyrət doğurur və tamamilə qeyri-adekvatdır. Rusiyaya yaxın bəzi dövlətlərdən nümayəndələrin Moskvada olacağı ilə bağlı müraciətlər də var. Qəribə istəkdir, biz bunu tövsiyə etmirik”. O, dəqiqliyə görə ukraynalı hərbçilərə, Ukraynanın Xüsusi Təyinatlı Qüvvələrinə və ölkənin müdafiəsini təmin edən digər qüvvələrə minnətdarlığını bildirib. “Uzaqmənzilli zərbələrin nəticələri var. Xüsusilə Xəzər dənizi regionunda “Kalibr” raketlərini buraxa bilən raket gəmisinə qarşı. Həmçinin Perm regionunda neft sənayesi obyektinə zərbə endirilib. Halbuki bu obyekt dövlət sərhədimizdən 1500 kilometrdən çox məsafədə yerləşir. Başqa hədəflərə də zərbələr olub. Kəşfiyyatımızın məlumatına görə, Bryansk istiqamətində, Tuapsedə və Rusiyanın bəzi xüsusi neft obyektlərinə qarşı cavab tədbirlərimizin nəticələri bizi qane edir”, - deyə V.Zelenski əlavə edib.
Moskva eyni iddia ilə Kiyevi ittiham edir
Moskva da, eyni iddia ilə Kiyevi ittiham edir. Belə ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, mayın 8-də elan edilən atəşkəs rejimindən bəri Ukrayna Silahlı Qüvvələri 1365 dəfə onu pozub. Nazirlik qeyd edib ki, mayın 8-i Moskva vaxtı ilə saat 00:00-a olan məlumata görə, xüsusi hərbi əməliyyat zonasındakı Rusiya qoşun qrupları “döyüş əməliyyatlarını tamamilə dayandırıb” və əvvəllər işğal etdikləri xətlərdə və mövqelərdə qalıblar. Ukrayna qüvvələri artilleriya, çoxsaylı raket sistemləri, minaatanlar və tanklardan istifadə edərək Rusiya mövqelərinə 153 artilleriya hücumu həyata keçirib, həmçinin 887 dron zərbəsi endirib.
Bundan əlavə, nazirliyin məlumatına görə, xüsusi hərbi əməliyyat zonasından kənarda yerləşən Rusiya hava hücumundan müdafiə sistemləri 390 dron və altı “Neptun” raketi də daxil olmaqla 396 hava hücumu silahını vurub. Bu arada, Rusiya Nəqliyyat Nazirliyi bildirib ki, pilotsuz uçuş aparatının aeronaviqasiya binasına zərbə endirməsi səbəbindən Rusiyanın cənubundakı 13 hava limanında əməliyyatlar dayandırılıb.
Görünən odur ki, Moskvada 9 may paradı atəşkəs şəraitində keçməyəcək. Kiyev, onun atəşkəs təklifinə əməl etməyən Moskvanı eyni yanaşma ilə “cəzalandırmaq” istəyir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

