/ / Azərbaycan yalnız regional deyil, həm də Avropa siyasi sistemində söz sahibi aktor kimi mövqeyini möhkəmləndirməyə davam edir
Azərbaycan yalnız regional deyil, həm də Avropa siyasi sistemində söz sahibi aktor kimi mövqeyini möhkəmləndirməyə davam edir
08.05.2026 [12:10]
2026-cı il 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə etdiyi çıxışla dövlətimizin son illərdə formalaşdırdığı geosiyasi kursu, sülh təşəbbüslərini və Avropa institutları ilə münasibətlərdə yaranmış yeni reallıqları sistemli şəkildə təqdim etdi. Dövlət başçımız çıxışında postmünaqişə dövründə Cənubi Qafqazın transformasiyası, regional əməkdaşlıq modellərinin yenidən qurulması kimi məsələlərə toxundu.
Cənab Prezident çıxışında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın qısa müddət öncə Azərbaycana etdiyi səfəri xatırlatdı. Dövlət başçımız Ermənistanın 2028-ci ildə Avropa Siyasi Birliyinin növbəti Zirvə görüşünün Azərbaycanda keçirilməsini dəstəklədiyini bildirdi. Bu isə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm göstəricisidir. Xüsusilə Antonio Koşta və Ursula Fon der Lyayen ilə aparılan müzakirələr nəticəsində qəbul edilən bu qərar regional balansın qorunması baxımından da əhəmiyyətlidir.
Azərbaycanın 2026-cı ildə Ermənistanda keçirilən Zirvə görüşünə əvvəlcədən dəstək verməsi və qarşılıqlı olaraq 2028-ci il üçün Bakının namizədliyinin qəbul edilməsi diplomatik qarşılıqlılıq prinsipinin real tətbiqidir.
Cənab Prezidentin çıxışında vurğuladığı ən mühüm praktiki nəticələrdən biri sülhün iqtisadi dividendləridir. 1990-cı illərdən tətbiq olunan tranzit məhdudiyyətlərinin birtərəfli qaydada aradan qaldırılması və nəticədə Ermənistana 28 min ton yükün Azərbaycan ərazisindən daşınması regionda yeni iqtisadi inteqrasiya mərhələsinin başlanğıcını göstərir.
Bununla yanaşı, Azərbaycanın Ermənistana ilk dəfə olaraq neft məhsulları – benzin və dizel ixrac etməsi tərəflər arasında qarşılıqlı iqtisadi modelin formalaşdığını göstərir. 12 min ton neft məhsulunun ixracı həm ticarət göstəricisi, həm də siyasi etimadın iqtisadi müstəvidə təzahürüdür.
Dövlət başçımızın çıxışında xüsusi vurğulanan layihələrdən biri “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” oldu. Bu təşəbbüs Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, onu Orta Dəhlizin mühüm komponentinə çevirəcək. Layihə yalnız regional deyil, Avrasiya miqyasında logistika və ticarət axınlarına təsir göstərə biləcək potensiala malikdir.
Bu kontekstdə Azərbaycan artıq tranzit ölkədən daha çox – regional logistika qovşağına çevriləcəkdir. Ermənistanın da bu layihədə iştirak perspektivi isə sülhün iqtisadi əsaslarını daha da gücləndirəcək.
Cənab Prezident Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi qurumların fəaliyyətini kəskin tənqid etdi. Azərbaycanın 2001-ci ildən Avropa Şurası üzvü olmasına baxmayaraq, xüsusilə 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda separatçılığa son qoymasından sonra tətbiq edilən məhdudiyyətlər rəsmi Bakı tərəfindən siyasi motivli addım kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin arqumentinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpası beynəlxalq hüquqa uyğun olsa da, bəzi Avropa institutları bunu fərqli standartlarla qiymətləndirir. Bu isə beynəlxalq münasibətlər sistemində selektiv yanaşma problemini bir daha gündəmə gətirir.
Cənab Prezidentin vurğuladığı kimi BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik.
2021–2026-cı illər ərzində Avropa Parlamentinin Azərbaycanla bağlı 14 qətnamə qəbul etməsi qərəzli siyasi xəttdir. Cənab Prezident bu sənədləri “böhtan və yalanlarla dolu” adlandıraraq, onların sülh prosesinə töhfə vermək əvəzinə, əksinə, sabotaj xarakteri daşıdığını qeyd etdi.
Bu kontekstdə Azərbaycan Respublikasinin parlamentinin mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırması, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoyması və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlaması ilə bağlı rəsmi qərarı institusional cavabdır. Bu addım həm də Azərbaycanın beynəlxalq münasibətlərdə daha selektiv və milli maraqlara əsaslanan siyasət yürütmək niyyətinin təzahürüdür.
Çıxışın yekun hissəsində cənab Prezident Ermənistanın Baş naziri Nikol Paşinyanı Zirvə görüşünə ev sahibliyi münasibətilə təbrik edərək, Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha vurğuladı. Bu mesaj göstərir ki, bütün xarici təzyiqlərə və institusional maneələrə baxmayaraq, Bakı regional sabitliyin təmin olunmasında maraqlıdır.
Ümumilikdə, dövlət başçımızın bu çıxışı Azərbaycanın sülh vasitəsilə iqtisadi inteqrasiya, balanslı diplomatiya və beynəlxalq platformalarda daha iddialı iştirak strategiyasını aydın şəkildə nümayiş etdirir. Mövcud reallıqlar fonunda Azərbaycan yalnız regional deyil, həm də Avropa siyasi sistemində söz sahibi aktor kimi mövqeyini möhkəmləndirməyə davam edir.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45

