Əvəzsiz tarixi şəxsiyyət - Ulu Öndər Heydər Əliyev
08.05.2026 [12:08]
Müasir Azərbaycan dövlətinin qurucusu və memarı olan Heydər Əliyev xalqımızın taleyində mühüm rol oynamış dahi şəxsiyyətdir. XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə hökm sürən siyasi böhran, xaos, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması Azərbaycan dövlətçiliyini ciddi təhlükə qarşısında qoymuşdu. Həmin ağır və taleyüklü dövrdə xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi, ölkədə sabitlik və inkişafın əsasını qoydu.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində dövlət idarəçiliyi möhkəmləndirildi, qanunçuluq və sabitlik təmin edildi, ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı.Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi, ölkəmizin dünya birliyində nüfuzu artdı. Məhz onun rəhbərliyi dövründə Azərbaycanın gələcək inkişaf strategiyası müəyyənləşdirildi və dövlətçiliyimizin möhkəm təməlləri formalaşdırıldı.
Ulu Öndər Heydər Əliyev həm Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə, həm də müstəqillik dövründə dövlətimizin inkişafına mühüm töhfələr vermişdir. O, Azərbaycanın iqtisadiyyatının, xüsusilə kənd təsərrüfatı və sənaye sahələrinin inkişafına böyük diqqət yetirmiş, respublikamızı keçmiş ittifaqın ən qabaqcıl bölgələrindən birinə çevirmişdir.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər ölkəmizi ağır təhlükələrdən xilas etdi.
Həmin dövrdə Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi hökm sürür, dövlətçiliyimiz məhv olmaq və xalqımız parçalanmaq təhlükəsi ilə üz-üzə qalırdı.
Məhz Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyəti nəticəsində Gəncədə baş verən qiyamın qarşısı alındı, ölkədə sabitlik bərpa edildi və Azərbaycan dövlətçiliyi qorunub saxlanıldı.
1993-cü ilin 15 İyun tarixi xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu. Bu tarix Azərbaycanın müstəqilliyinin xilası, dövlətimizin dirçəlişi və gələcək inkişaf yolunun başlanğıcı oldu. Heydər Əliyev yalnız böyük siyasətçi deyil, həm də xalqını ürəkdən sevən dahi şəxsiyyət idi. O, hər zaman milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi diqqət yetirmiş, azərbaycançılıq ideologiyasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirmişdir. Onun zəngin siyasi fəaliyyəti, xalqına və dövlətinə sonsuz bağlılığı Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində və inkişafında mühüm rol oynamışdır. Ulu Öndərin adı Azərbaycan tarixinin ən şərəfli səhifələrinə qızıl hərflərlə yazılmışdır. Ulu Öndərin əsasını qoyduğu siyasi kurs bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan daha da güclənərək beynəlxalq arenada öz mövqeyini möhkəmləndirir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə böyük inkişaf yolu keçmiş, iqtisadi, siyasi və hərbi baxımdan regionun ən güclü dövlətinə çevrilmişdir. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə milli birlik daha da möhkəmlənmiş, xalq-iqtidar birliyi ən yüksək səviyyəyə çatmışdır.
Azərbaycan xalqının ən böyük arzusu olan torpaqlarımızın işğaldan azad edilməsi də məhz Prezident İlham Əliyevin qətiyyətli siyasəti və güclü liderliyi nəticəsində reallaşdı. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tarixi Qələbə qazandı. Bu Zəfər nəticəsində illərlə işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur azad edildi, Azərbaycanın ərazi bütövlüyü böyük ölçüdə təmin olundu.
Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın milli ruhunun, vətənpərvərliyinin və dövlətimizə olan bağlılığının parlaq təcəssümü oldu. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin şücaəti və ordumuzun gücü sayəsində Azərbaycan dünyaya öz qüdrətini nümayiş etdirdi. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” çağırışı xalqımızın milli həmrəyliyinin rəmzinə çevrildi.
2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. Bununla da Azərbaycan dövləti öz tarixi ədalətini və beynəlxalq hüquqa əsaslanan haqqını təmin etdi. Dövlət başçısının qətiyyətli siyasəti nəticəsində separatizmə son qoyuldu və Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi təmin edildi.
Hazırda işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, yollar, hava limanları, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri inşa edilir.Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı artıq reallığa çevrilmişdir.
Bu gün Qarabağ və Şərqi Zəngəzur dünyanın ən müasir şəhərsalma layihələrinin həyata keçirildiyi bölgələrdən birinə çevrilir. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri Azərbaycanın müasir inkişaf modelinin göstəricisidir. Bütün bunlar dövlət başçısının xalqın rifahına, dövlətimizin gələcəyinə və milli maraqlarımıza xidmət edən uğurlu siyasətinin nəticəsidir. Azərbaycan xalqı xoşbəxtdir ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin qüdrətlənməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması, Qarabağın yenidən dirçəldilməsi və Böyük Qayıdışın həyata keçirilməsi müasir Azərbaycanın ən şanlı tarix səhifələridir. Bu uğurlar xalqımızın birliyinin, dövlətimizə inamının və güclü siyasi iradənin nəticəsidir.Bu gün də Heydər Əliyevin ideyaları yaşayır və uğurla davam etdirilir. Azərbaycan xalqı onun əziz xatirəsini daim böyük ehtiramla yad edir. Çünki o, yalnız bir siyasi lider deyil, həm də xalqının taleyini düşünən böyük dövlət xadimi, xilaskar və əbədiyaşar lider idi. Onun Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri tariximizin ən şərəfli səhifələrindən biri olaraq daim yaşayacaqdır.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47

