Onların da hüquqları var...
05.05.2026 [09:14]
Əlillik ayrı-seçkiliyə səbəb deyil
Bəzilərinə ağır və çətin görünən həyat başqaları üçün adi və dəyişməz reallıqdır. Pilləkənləri çıxmaq bizim üçün sadəcə bir neçə saniyə çəksə də, bu, kimisi üçün keçilməsi mümkünsüz bir maneədir. Heç kəs əlil olmağı könüllü seçmir. Bu vəziyyət insanın iradəsindən asılı olmayaraq, qəfil və gözlənilməz şəkildə baş verə bilər. Onu əvvəlcədən tam şəkildə sığortalamaq da mümkün deyil. Yaşından, dinindən, dilindən və ya irqindən asılı olmayaraq hər kəs belə bir vəziyyətlə üzləşə bilər. Yəni, hər birimiz istənilən anda əlil olma riski ilə qarşı-qarşıyayıq.
Mayın 5-ni dünya ictimaiyyəti Beynəlxalq Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd edir. 1992-ci il mayın 5-də Avropanın 17 ölkəsində əlilliyi olan insanlar eyni vaxtda əlilliyi olan insanlar üçün bərabər hüquqlar uğrunda, fiziki, əqli və hissiyyat çatışmazlığı olan insanlara qarşı ayrı-seçkiliyə qarşı mübarizə günü keçirdilər. Həmin vaxtdan belə tədbirlər ənənəvi hal alıb və mayın 5-də də keçirilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, dünyada 1 milyarddan çox insan əlilliyə malikdir ki, bu da dünya əhalisinin təxminən 15%-nə bərabərdir. Bunlardan 100 milyondan çoxu əlilliyi olan uşaqlardır.
Bu əlamətdar gün bizə bir daha dərk etdirir ki, əlilliyi olan şəxslərin qarşılaşdığı maneələr onların fərdi xüsusiyyətlərindən deyil, əksər hallarda cəmiyyətin yaratdığı fiziki, sosial və psixoloji baryerlərdən qaynaqlanır. Bu baryerləri aradan qaldırmaq üçün hər birimizin üzərinə mühüm vəzifələr düşür. Fərqlilikləri qəbul etməyi, müxtəlifliyi zənginlik kimi görməyi və hər bir insanın öz bacarıqları ilə cəmiyyətə töhfə verə biləcəyinə inanmalıyıq. Çünki inklüzivlik yalnız bir anlayış deyil, həm də davamlı inkişafın əsas sütunlarından biridir.
2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tamhüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Həmin sahələrin hər biri üzrə lazımlı addımlar atılır.
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti Azərbaycanda əlilliyi olan şəxslərin də sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi tədbirlərinin ildən-ilə genişlənməsinə imkan verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərə əlilliyə görə pensiya və ya aylıq sosial müavinət, eləcə də 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə aylıq müavinət ödənilir. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslər, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslər pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə də təmin edilirlər. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə də Prezidentin aylıq təqaüdü ödənilir.
Bu sosial ödənişlərin ardıcıl olaraq artırılması təmin olunur. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar nəticəsində xüsusilə son 7-8 ildə bu sahədə ciddi irəliləyişlər əldə olunub.
Unutmayaq ki, həqiqətən güclü və inkişaf etmiş cəmiyyət o cəmiyyətdir ki, orada heç kim kənarda qalmır, hər kəs eşidilir, hər kəsə dəyər verilir və hər bir insan öz potensialını sərbəst şəkildə reallaşdırmaq imkanına malik olur...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

